Loading alternative title

GÜNÜN XƏBƏR MƏNZƏRƏSİ

alternative title

Daha bir ölkə Lukaşenkonu prezident kimi tanımadı

18:13     26-Sep-2020     83

Kanada avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşnenkonun legitimliyini tanımaqdan imtina edən ölkələrin sırasına qoşulub. QALANEWS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər naziri Fransua Flipp Şampanın rəsmi açıqlamasında deyilir. Bundan başqa, “Reuters” agentliyi yazır ki, Kanada, ABŞ və İngiltərə Belarusa qarşı sanksiyalar hazırlayır. Qeyd edək ki, daha əvvəl ABŞ, Almaniya, Slovakiya, Çexiya, Danimarka, Niderland, Polşa, Ukrayna və s. dövlətlər A.Lukaşenkonun qanuni olaraq prezident seçilmədiyini elan etmişdilər.

Ətraflı
alternative title

Hülya Avşar ada aldı - FOTO

18:12     26-Sep-2020     83

Türkiyəli məşhur aktrisa Hülya Avşar Ayvalık bölgəsində yerləşən Çiçək adasını alıb. Bu barədə “Haber Global” məlumat yayıb. Aktrisa ada üçün 55 milyon türk lirəsi (təxminən 12.2 milyon manat) ödəyib. H.Avşarın aldığı adada malikanə və tennis kortlarının, həmçinin, müxtəlif idman meydançalarının olacağı qeyd olunur. Aktrisa adanın memarlıq işlərini qızı Zəhra Çilingiroğluna əmanət edib.

Ətraflı
alternative title

Müdafiə Nazirliyində yeni TƏYİNAT - FOTO

18:11     26-Sep-2020     162

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub. Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən, KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

Ətraflı
alternative title

Teleaparıcı Nailə Əsgər-zadə “evdə onu gözləyən” koronavirus barədə danışdı

17:50     26-Sep-2020     231

“Russia 1” telekanalının aparıcısı Nailə Əsgər-zadə koronavirusa yoluxub. “Telegram” kanalında bu barədə məlumat verən aparıcı bildirib ki, o, bütün ailəsi virusa yoluxandan sonra koronavirusa tutulub; koronavirus onu “evdə gözləyib”. Teleparıcı “Nədənsə, sadəlövhlüklə maska, əlcək və antiseptik vasitənin məni koronavirusdan qurtaracağına inandım. Onlara qarşı kampaniya apardığımı düşünməyin. Onlar lazımdır. Ancaq bütün ailə, dünyada ən yaxın və sevimli insanlar hərarət və koronavirusla, müdafiəsiz halda yataqda olanda və siz onlara baxası olan yeganə sağlam insan olsanız, maskalar kömək etməyəcək”, - yazıb. O, koronavirusdan qaça bilməyəcəyini anlayıb, bundan sonra özünü təcridə və gündə iki dəfə ekspress-test etməyə qərar verib. Bunun sayəsində infeksiya ilk 12 saatda aşkar edilib. Əsgər-zadə əlavə edib ki, hazırda sağlamdır və xəstəlik “mümkün qədər minimum itki ilə” keçib. O, Rusiyada və dünyada virusa yoluxanların sayının getdikcə artdığını vurğulayaraq, insanları məsafə saxlamağa, ünsiyyəti azaltmağa, maskalar və əlcəklər taxmağa və antiseptik vasitələrdən istifadəyə davam etməyə çağırıb.

Ətraflı
alternative title

Azərbaycanda dəhşətli qəzada maşın dərəyə yuvarlandı: Sürücünün başı qopdu

17:49     26-Sep-2020     233

Ağsu rayonunun Çaparlı kəndi ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. İsmayıllı rayon sakini, 1970-ci il təvəllüdlü Şirinov Qərib Fərmayıl oğlu “VAZ-2115” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, maşın dərəyə yuvarlanıb. Dəhşətli hadisə nəticəsində sürücü hadisə yerində həyatını itirib. Qəzada sürücünün başı qopub. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
alternative title

Alimlər: Tibbi maskalar metallarla təkmilləşdirilir

17:28     26-Sep-2020     281

Rusiyanın Milli Tədqiqat Texnoloji Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Biokimyəvi Fizika İnstitutunun əməkdaşları müəyyən ediblər ki, nanohissəciklərin köməyilə tibbi maskanı antibakterial etmək olar. QALANEWS “Nauka i jizn” saytına istinadla xəbər verir ki, tədqiqatçılar dəmir, tantal və digər metal nanohissəciklərdən ibarət su-spirt məhlulu hazırlayıblar. Onlar pambıq parçanı bu məhlulda islatdıqdan sonra bakteriya hopdurulmuş bərk səthin üstünə qoyublar. Antibakterial təsirə malik nanohissəciklər bakteriyaların artmasının qarşısını alıb, tantal nanohissəciyinin təsiri daha çox olub. Təcrübə zamanı nanohissəcikli məhlulları “Bacillus subtilis” və “Escherichia coli” bakteriyalarında yoxlayıblar. Həmin bakteriyalarda hüceyrə qılafı fərqli olsa da, hissəciklər onları dağıda bilib və bakteriyalar məhv olub. Həmçinin məlum olub ki, nanohissəciklər xlorid benzalkoniya və xlorid benzetoniya kimi antiseptiklərdən effektiv təsir göstərib. Lakin təcrübə heyvanlar üzərində aparılmayıb, insanlar da hələ ki nanohissəcikli maska taxmayıblar. Tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.

Ətraflı
alternative title

Payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər

17:27     26-Sep-2020     250

Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib. Professor bildirib ki, əgər COVID-19 xəstəliyi qriplə birlikdə rast gəlinərsə, bu, xəstəliyin daha ağır getməsinə səbəb ola bilər. Ona görə də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd aparılması işləri aktuallaşıb. Demək olar ki, dünyanın bütün ölkələri bununla əlaqədar tədbirlər görməkdədir. Əslində qrip əleyhinə vaksinasiya indiki dövrdə elə COVID-19-a qarşı əks-epidemik tədbirlərin də bir hissəsidir. O, əvvəllər də ölkəmizdə qrip əleyhinə vaksinasiya tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb. A.Qurbanov bildirib ki, o zamanlar vaksinasiya belə ciddi şəkildə tətbiq olunmayıb: "Hazırda biz digər bir virusun - COVID-19-un yaratdığı pandemiya dövründə yaşayırıq. Payız-qış aylarında pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda, yəni gələn ildən etibarən koronavirusa qarşı vaksinlərin istifadəsi bizim pandemiya təhlükəsindən xilas olmağımıza kömək edəcək".

Ətraflı
alternative title

Səkkiz ayda paytaxtın ictimai iaşə dövriyyəsi azalıb

17:26     26-Sep-2020     259

Yanvar-avqust aylarında Bakının ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 57,3 faiz azalaraq 288,4 milyon manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsi xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 61,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 38,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Səkkiz ayda hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalaraq 179,3 milyon manat olub.

Ətraflı
alternative title

Luis Suaresin “Atletiko”dakı yeni forma nömrəsi bəlli olub

17:24     26-Sep-2020     214

“Barselona” klubunun sabiq futbolçusu Luis Suaresin “Atletiko”dakı yeni forma nömrəsi bəlli olub. Hücumçu “Atletiko Madrid”də 9 nömrə altında çıxış edəcək. Madrid “Atletiko”su bu transfer üçün Kataloniya təmsilçisinə 6 milyon avro təzminat ödəyib. Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”da çıxış edirdi. O, ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Ətraflı
alternative title

Atletimiz Sabir Kazımov NPC-nin ilk Avropa çempionatında iştirak edəcək

17:23     26-Sep-2020     296

Oktyabrın 7-10-da NPC-nin (Milli Bədən Tərbiyəsi Komitəsi) təşkilatçılığı ilə bodibildinq və fitness üzrə ilk Avropa çempionatı təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, mötəbər yarışda ölkəmizi Sabir Kazımov mens fizik və klassik fizik kateqoriyalarında 183 santimetrdən yuxarı idmançıların yarışında təmsil edəcək. “Pro card” qazanmaq uğrunda mübarizə aparacaq atletimiz NPC-nin təşkilatçılığı ilə keçirilən yarışlarda mükafatçılar sırasına düşən ilk azərbaycanlı idmançıdır. Belə ki, həmyerlimiz ötən il Almaniyada təşkil olunan yarışda gümüş medal qazanıb. Yarışa hazırlığı plan uyğun olaraq davam etdirən S.Kazımov deyib: “Turnirdə uğurla çıxış edərək “pro card”a sahib olmaq istəyirəm. Çünki gələcəkdə peşəkar atlet kimi mübarizə aparmaq üçün bu kartın olması vacibdir. Bu karta sahib olduqdan sonra “Mr.Olimpiya” yarışlarına qatılmağı düşünürəm”. “Bu il koronavirus pandemiyasına görə yarışların çoxu ləğv olunub. Son iki aydır yarışların bərpasına başlanıb. NPC Avropa çempionatı da həmin yarışlarındadır. Bu yarışlara adətən ABŞ ev sahibliyi edir. Ancaq bu ilki yarış İspaniyanın Alikante şəhərində baş tutacaq”, - deyə S.Kazımov əlavə edib.

Ətraflı
alternative title

Bolqarıstanda koronavirusa yoluxanların sayı artır

17:21     26-Sep-2020     274

Bolqarıstanda sutka ərzində koronavirusa 255 yeni yoluxma halı baş verib. Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahı xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 19 min 828 nəfərə çatıb,14 min 132 nəfər sağalıb, 789 nəfər ölüb. Xəstəxanalarda 782 koronaviruslu xəstə yerləşir, onlardan 36-sı reanimasiya şöbələrindədir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırır.

Ətraflı
alternative title

İmişli və Tərtər sakinlərindən odlu silahlar götürülüb

17:20     26-Sep-2020     205

İmişli və Tərtər sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan iki ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri götürülüb. Eyni zamanda, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Rəcəbəyli kənd sakini R.Şirinovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Ətraflı
alternative title

Bakıda poliklinikanı pozğunluq yuvasına çevirdilər

17:19     26-Sep-2020     241

Bakının Səbail rayon polisinə klinikalardan birinin mühafizəçisi barəsində şikayət daxil olub. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. 8-ci Polis Bölməsinin ərazisində yerləşən tibb müəssisəsinin rəhbərliyi Sədrəddin adlı bir mühafizəçinin iş yerini pozğunluq yuvasına çevirdiyini və gecə oraya fahişələri gətirdiyini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır. Şübhəli hələ tutulmayıb.

Ətraflı
alternative title

Rumıniyada koronavirusa yoluxanların sayı 121 mini keçib

17:18     26-Sep-2020     199

Rumıniyada koronavirusa yoluxanların sayı 121 min 235 nəfərə çatıb. Rumıniya Səhiyyə Nazirliyi xəbər verir ki, son 24 saat ərzində 1552 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 4687 nəfərdir, 97 min 554 nəfər sağalıb. Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

Ətraflı
alternative title

Belarusda koronavirusa yoluxanların sayı 77 mini ötüb

17:17     26-Sep-2020     189

Belarusda koronavirusa yoluxanların sayı 77 min 289 nəfərdir. Belarus Səhiyyə Nazirliyi xəbər verir ki, onlardan 74 min 46-sı sağalaraq evə buraxılıb, 813 nəfəri həyatını itirib. Ölkədə pandemiya dövründə 1 milyon 809 min 522 test aparılıb.

Ətraflı
alternative title

“Təmiz sahil, təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirildi - FOTO

17:04     26-Sep-2020     294

“Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə “Təmiz sahil, təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Buzovna qəsəbəsinin dəniz sahilində keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Nəqliyyat və Dövlət Turizm Agentliklərinin nümayəndələri və könüllülər iştirak edib. Aksiya zamanı üç hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb. Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır. Xatırladaq ki, “Beynəlxalq Dəniz günü” dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.

Ətraflı
alternative title

Goranboyda ağır qəza: Ölən var

17:02     26-Sep-2020     225

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, Goranboy-Tərtər avtomagistralında “Moskviç” və “KamAZ” toqquşub. Baş verən hadisə nəticəsində Balakürd kənd sakini, 1961-ci il təvəllüdlü Fariz Camal oğlu Nəbiyev vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Ətraflı
alternative title

Lənkəranda usta faciəli şəkildə öldü

16:47     26-Sep-2020     329

Lənkəranda usta hündürlükdən yıxılıb. Ağır yaralanan 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Bədbəxt hadisə axşam saatlarında Lənkəranın Viravul kəndində baş verib. Belə ki, Masallı rayonunun Kolatan kənd sakini, 61 yaşlı Sübhan Cahangirov usta işlədiyi fərdi yaşayış evində damdan yıxılaraq ağır xəsarət alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya ilkin olaraq qapalı kəllə-beyin travması və daxili qulaq qanaxması diaqnozu qoyulub. O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Sübhan Cahangirov səhərə yaxın xəstəxanada ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Ətraflı
image title here

Some title