Loading alternative title

“Bakı Caz Festivalı-2020” koronavirus pandemiyası səbəbindən AzTV məkanından təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, artıq ənənəyə çevrilmiş festival oktyabrın 9-dan 11-dək “Round midnight” ənənəvi caz standartına uyğun olaraq keçiriləcək. Festivalın xüsusi seçilən hadisəsi dünya caz ulduzlarının Bakıda keçirilmiş caz festivalları zamanı səhnəarxası həyatı barədə xüsusi buraxılış verilişləri olacaq.

Caz telemarafonu Azərbaycan caz musiqiçilərinin qala-konsertlərini nümayiş edəcək. Həmçinin Bakını ziyarət etmiş dünya caz musiqi ulduzları tərəfindən xüsusi təbriklər və müxtəlif ölkələrin adından çıxış edən musiqiçilərin onlayn “jam sessions”ları təqdim olunacaq. Telemarafonun xüsusi qonaqları Kendi Dalfer (Niderland), “Küspert & Kollegen” (Almaniya), “Gaspar Karoly Trio” (Macarıstan) ansamblları, Şahin Növrəsli, İsfar Sarabski və onların caz dostları olacaq.

On beş illik zaman ərzində Bakı Caz Festivalı Bakı şəhəri musiqi həyatının ayrılmaz hissəsinə çevrilib. Festival ərzində tamaşaçılara caz musiqisi üslublarının xüsusi rəngarəngliyi ilə seçilən konsertləri təqdim ediləcək. Onların arasında avanqard, ənənəvi caz, etnocaz kimi cərəyanlar nümayiş olunacaq. Bu hadisə dünyanın aparıcı telekanallarının diqqətini daima cəlb edir, hər il “Euronews” kanalı tərəfindən geniş işıqlandırılır.

  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:13     20-Oct-2020     1205
  • alternative title 12:18     20-Oct-2020     1075
  • alternative title 11:47     20-Oct-2020     539
  • alternative title 11:46     20-Oct-2020     1170
  • alternative title 15:59     19-Oct-2020     1339
image title here

Some title