Loading alternative title

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Mənim Bakım” layihəsi çərçivəsində “İçərişəhərin məscidləri” adlı yeni videoçarxla izləyicilərin görüşünə gəlib.

AZƏRTAC xəbər verir ki, mədəniyyətimizin, tarixi-mədəni irsimizin təbliği məqsədilə həyata keçirilən layihə çərçivəsində bundan əvvəl “İçərişəhər haqqında”, “İçərişəhər filmlərdə”, “İçərişəhərin məhəllələri” adlı videoçarxlar Azərbaycan və rus dillərində hazırlanaraq kitabxananın sosial şəbəkələrində paylaşılıb.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır.

Bununla əlaqədar videoçarxda dini-mənəvi abidələr haqqında məlumat izləyicilərə Xalq artisti, mərhum kaman ustası Habil Əliyevin ifa etdiyi “Bayatı-Şiraz” muğamının müşayiəti ilə nümayiş etdirilir.

Videoçarx kitabxananın “Instagram” və “Facebook” sosial şəbəkə hesablarında izləyicilərə təqdim olunub. Təqdim olunan videoçarxı, həmçinin Binəqədi rayon MKS-nin “YouTube” kanalından da izləmək mümkündür.

Layihə çərçivəsində İçərişəhərin tarixi, mədəni həyatı haqqında mütəmadi silsilə videoçarxlar təqdim olunacaq.

  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:13     20-Oct-2020     1205
  • alternative title 12:18     20-Oct-2020     1075
  • alternative title 11:47     20-Oct-2020     539
  • alternative title 11:46     20-Oct-2020     1170
  • alternative title 15:59     19-Oct-2020     1339
image title here

Some title