Loading alternative title

Ölkə başçısının imzaladığı Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xətai rayonu ərazisində təmirə ehtiyacı olan 23,8 kilometr uzunluğa malik 18 küçə və yolda genişmiqyaslı təmir-tikinti işləri davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təmir-tikinti işləri çərçivəsində rayon üzrə ümumi uzunluğu 7,9 kilometr olan İnqilab İsmayılov, Qaçaq Nəbi, Məzahir Rüstəmov, Seyid Əzim Şirvani və Yavər Əliyev küçələri yenidən qurulub.

Küçələr boyu mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, üzərinə tamet daşlar döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri, həmçinin avtobus dayanacaqlarında xüsusi cibli hissələr yaradılıb.

Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Daha sonra küçələrə yeni asfalt-beton örtüyü döşənib, küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Hazırda rayonun yol infrastrukturu baxımından ən işlək küçələrdən hesab olunan Admiral Naximov və Nəsrəddin Tusi küçələrində yenidənqurma işlər davam etdirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Sözügedən ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq dövlət başçısının Sərəncamı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına rayonun Qaçaq Nəbi, Məzahir Rüstəmov, Xudu Məmmədov, N.Tusi, S.Ə.Şirvani, İnqilab İsmayılov, General Ə.Şıxlinski, Admiral Naximov, Yavər Əliyev, Musazadə, Sovxoz, R.Bağırov, Qafqaz, İ.Həbibov, Aşıq Ələsgər, A.Novruzov və Zeytun küçələrinin təmiri nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə bir-neçə küçədə yenidənqurma işləri yekunlaşdırılıb.

  • Paylaş:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 14:13     20-Oct-2020     1205
  • alternative title 12:18     20-Oct-2020     1075
  • alternative title 11:47     20-Oct-2020     539
  • alternative title 11:46     20-Oct-2020     1170
  • alternative title 15:59     19-Oct-2020     1339
image title here

Some title