Loading alternative title

Rusiyada Moskva vilayətinin Solneçnoqorsk rayonunda əlilliyi olan təqaüdçü təyyarəyə atəş açıb.

Mk.ru xəbər verir ki, özəl aedroma 10 metrlik məsafədə yaşayan 58 yaşlı Viktor adlı şəxs oradan gələn səs-küyə tab gətirməyib.

O, ov tüfəngi ilə yüngül mühərrikli təyyarənin gövdəsindən vurub.

“Payper-28” təyyarəsində 54 yaşlı şəxs həvəskar gəzintiyə çıxıbmış.

Təyyarəyə dəyən güllələr onun uçmasına mane olub və hava gəmisi təcili eniş edib.

Hadisəni törədən Viktor qaçmağı ağlına gətirmədən, tərəddüdsüz həmin əraziyə çağırılan polis maşınına əyləşib. Onu bir sutka həbs ediblər. “Xuliqanlıq” maddəsi ilə cinayət işinin başladılması məsələsinə baxılır.

Oğlunun dediyinə görə, onun silahının sənədi olub və sakitlik üçün belə hərəkət edib.

Yerli camaat çoxdan ərazidə yerləşən Şüvlino aerodromundan şikayətçidirlər.

İnsanlar təyyarələrin fövqəladə vəziyyət yaranaraq evlərinə düşəcəyindən narahat olurlar.

2018-ci ildə özəl aerodromun fəaliyyəti qadağan edilsə də, hava limanı bu günə qədər fəaliyyət göstərir. Anqarlarda ən azı 50 təyyarə var. Atışmadan sonra da aerodrom bağlanmayıb - təyyarələr eyni rejimdə havaya qalxmağa davam edirlər.


  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:23     24-Sep-2020     1308
  • alternative title 16:22     24-Sep-2020     1143
  • alternative title 15:45     24-Sep-2020     462
  • alternative title 15:24     24-Sep-2020     990
  • alternative title 15:18     24-Sep-2020     980
image title here

Some title