Loading alternative title

Avropa İttifaqı Serbiya və Monteneqronu koronavirusa az yoluxmuş ölkələr siyahısından çıxarıb. Bu barədə qərar iyulun 14-də qəbul olunub.

Avropa İttifaqı sözügedən ölkələrin vətəndaşlarının birliyə daxil olan ölkələrə sərbəst giriş-çıxışlarını yenidən məhdudlaşdırır və buna səbəb kimi həmin ərazilərdə koronavirusa yoluxma sayının yenidən artdığını göstərir. Yenilənmiş siyahı sabah dərc olunacaq. Lakin Aİ-yə daxil olan 27 ölkə bu siyahıya əməl etmək məcburiyyətində deyil.

Siyahıya daxil 14 qeyri-birlik ölkəsinin vətəndaşları Aİ-yə daxil ölkələrə karantin tətbiq olunmadan giriş-çıxış imkanına malik idilər. Siyahı həmin ölkələrdəki epidemioloji göstəricilərə əsasən yenilənir.

Hazırda Əlcəzair və Mərakeşin də həmin siyahıdan çıxarılması barədə müzakirələr aparılır.

Serbiya və Monteneqronun siyahıdan çıxarılmasından sonra orada hələlik Əlcəzair, Avstraliya, Kanada, Çin, Gürcüstan, Yaponiya, Mərakeş, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay qalır.

Çinin də adının siyahıda olmasına baxmayaraq, ora uçuşlar yalnız ikitərəfli əsasda açıla bilər. Digər ölkələrə belə qayda şamil olunmayıb.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:09     03-Aug-2020     4311
  • alternative title 14:11     03-Aug-2020     4774
  • alternative title 12:41     03-Aug-2020     5108
  • alternative title 12:38     03-Aug-2020     5302
  • alternative title 12:22     03-Aug-2020     5185
image title here

Some title