• az
    • Ru
    • En
    • Tr

Sosial, Ölkə

VENESİYAYA XOŞ GƏLMİŞSİNİZ

“Azərsu” ASC-nin sədri Qorxmaz Quliyev Bakıda yağış yağanda bəzi ...

  • 07.11.2019
  • 5578

“Azərsu” ASC-nin sədri Qorxmaz Quliyev Bakıda yağış yağanda bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib. 

 AS sədri bildirib ki, Bakıda bütün kanalizasiya xətləri mütəmadi təmizlənir:

“Xüsusilə yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir. Kanalizasiya xətlərinə yad tullantlar atılır. Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Burada kanalizasiyalarda problem ola bilər. Kanalizasiya tutulur, yağış suları çox olduğuna görə kanalizasiya sistemləri çatdıra bilmir”.

“Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”, - deyə sədr qeyd edib.

Foto:Oxuaz


Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies