• az
    • Ru
    • En
    • Tr

İdman

UEFA Avro-2020 üçün rəsmi oyun topunun adı açıqlanıb

UEFA Avro-2020 üçün rəsmi oyun topunun adı açıqlanıb. Yüksək səvi...

  • 07.11.2019
  • 5200

UEFA Avro-2020 üçün rəsmi oyun topunun adı açıqlanıb. 

Yüksək səviyyəli milli komanda yarışının topu ingiliscə “birlik” (unity) və “eyforiya” (euphoria) sözlərinin birləşməsi ilə “Uniforia” adlandırılıb.

UEFA Avropa Çempionatının 60 illiyini qeyd etmək məqsədilə gələn yay keçiriləcək Avro-2020 final mərhələsinin matçları Avropanın 12 müxtəlif ölkəsində oynanılacaq və turnirin məhz bu yeni formatı rəsmi oyun topunun tərtibatı üçün ilham mənbəyi olub.

“Uniforia”nın tərtibatı körpülərin kəsişməsi, hüdudların qarışması, həmçinin, sənət və futbolun təkrarolunmaz qarışığı ilə turniri müşayiət edəcək müxtəliflik anlayışlarını əhatə edir. Bu elementlər ötən il start götürmüş tərtibat prosesinin başlanğıc nöqtələri olub.

“Rəsmi matç topunun tərtibatı zamanı biz həmişə mədəniyyəti əks etdirməyə çalışırıq. Yəni stadionda qürurla nümayiş etdirə biləcəyimiz küçənin ruhunu”, – deyə “Adidas”ın məhsul dizayneri Anika Mari Keno bildirib.

Foto:Goaltime

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies