• az
    • Ru
    • En
    • Tr

Sosial, İqtisadiyyat

Toy mövsümünün başlaması ilə bağlı noyabrda qızılın qiymətində artımlar müşahidə olunacaq.

Toy mövsümünün başlaması ilə bağlı noyabrda qızılın qiymətin...

  • 21.10.2019
  • 5008

Toy mövsümünün başlaması ilə bağlı noyabrda qızılın qiymətində artımlar müşahidə olunacaq.

Bunu  açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov qızılın qiyməti ilə bağlı gözlənilən proqnozları şərh edərkən deyib.

O, bildirib ki qızılın qiyməti daha çox dünya bazarındakı qiymətə uyğun olaraq müəyyənləşir:

“Ölkəmiz əsəsən dörd ölkədən - Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan qızıl idxal edir. Həmin ölkələrdə də qiymət dünya bazarındakı qızılın qiymətinə uyğun olaraq müəyyənləşir. Son bir ildə dünya bazarında qızılın qiymətində 22 faiz artım olub. Bu, son illərin rekord göstəricisidir. Artım qlobal ticarət savaşı ilə bağlıdır. Son altı ayda qızılın qiymətində 17 faiz artım, son bir ayda isə 2,3 faiz azalma müşahidə olunub. Bu da birbaşa həm qızılın qiymətində əvvəlki dövrlərdəki kəskin artım və bundan ehtiyatlanan investorların bir qisminin qızıl bazarındakı sərmayəsini geri çəkməsi, həm ABŞ ilə Çin arasındakı münasibətlərin müəyyən qədər normallaşması, həm də ABŞ-ın Avropa Birliyinə tətbiq edəcəyi yüksək tariflərin yubanması ilə bağlıdır.

Foto:Oxuaz

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies