• az
    • Ru
    • En
    • Tr

Hadisə

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğram...

  • 05.11.2019
  • 2481

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb. 

Hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir. 

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəza Svetloqorsk-Blaqodarnı-Budyonnovsk avtomobil yolunun 78-ci kilometrində baş verib. “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb. 

Qəzanın başvermə səbəbləri araşdırılır. 

Foto:Oxuaz

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies