• az
    • Ru
    • En
    • Tr

Hərbi, Ölkə

"Qarabağ Azərbaycandır!" devizi altında bayraq yürüşü keçirilib - FOTOLAR

"Qarabağ Azərbaycandır!" devizi altında bayraq yürüşü keçirilib. Qarab...

  • 09.11.2019
  • 5165

"Qarabağ Azərbaycandır!" devizi altında bayraq yürüşü keçirilib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təşkil olunan, bayraq gününə həsr olunan aksiya "Avtoyürüş" Qazaxda şəhərin mərkəzində yaradılan Şəhidlər xiyabanından start götürüb. Yürüş iştirakşıları ilk öncə Vətənin ərazi bütövlüyü ugrunda həlak olmuş şəhidlərin abidə kompleksini ziyarət edib və şəhidlərin ruhunu bir dəqiqəlik sukutla yad ediblər Kampaniyanın keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu nümayiş etdirməkdir.  Avtoyürüşə qazilərə dövlət tərəfindən verilən  avtomillər qatılıb. Üzü gəncə istiqamətində hərbçilərin müşayəti ilə yola düşən karvana Ağstafa, Tovuz və Şəmkirdən də avtomobil karvanı qoşulub. Yürüşdə hər rayonun Rayon İcra Hakimiyyətinin rəhbər və əməkdaşları , Müdafiə Nazirliyinin bir qrup rəsmisi,hərbçilər, rayon ziyalıları, müəllim və şagird kollektivləri və mətbuat nümayəndələri iştirak edirlər. Yürüş Gəncədəki “N” saylı hərbi hissələrin birində başa çatıb.

Foto:Qala News

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies