• az
    • Ru
    • En
    • Tr

Maraqlı

QADINLAR ORQAZMA ÇATMAQ ÜZRƏ FƏRQLİ QRUPLARA BÖLÜNÜRMÜŞLƏR

Çox qadınlar seksdə istədikləri kimi tez-tez orqazm yaşamırlar. Artıq ...

  • 01.11.2019
  • 6243

Çox qadınlar seksdə istədikləri kimi tez-tez orqazm yaşamırlar. Artıq vəziyyəti dəyişmək vaxtıdır.

  • Daimi orqazm hissi keçirən qadınlar (partnyorla və ya tək) döş xərçənginə tutulma ehtimalını 15%, daxili cinsi orqanların xərçəngi 15%, infarkt 13%, insulta tutulma riskini 10% azaldır.
  • Fransız seksoloqları araşdırıblar ki, orqazm keçirən qadınlar digərlərinə nisbətən 2,5 dəfə çox gülümsəyir. Məsələ ondadır ki, orqazm zamanı endorfin – insan əhvalını yüksəldən hormon ifraz olunur. Həmçinin məlum olub ki, həftədə iki dəfədən az sekslə məşğul olanlar əhvalın düşgünlüyündən əziyyət çəkir. Müntəzəm sekslə məşğul olan qadınlar isə bu problemlə üzləşmir.
  • Dietoloqlar arıqlama vasitəsi kimi seksi məsləhət görürlər. Çünki orqazm zamanı feniletilamin ifraz olunur. Bu da öz növbəsində iştahanı azaldır.
  • Həmçinin mütəzəm seks yuxusuzluğun dərmanıdır. Gün ərzində yığılan gərginlik aradan qalxır və beləliklə insan rahatlaşaraq yuxuya getməyə hazır olur.
  • Orqazm zamanı biz infeksiyaları məhv edən fizioloji reaksiya keçiririk (temperaturun yüksəlməsi, tərləmə, nəbzin sürətlənməsi ).
  • Cinsi əlaqə zamanı eyni vaxtda orqazm olan partnyorlar daha uzun müddət evli qalırlar.
  • Statistikaya əsasən qadınların cəmi 30% mütəmadi olaraq seks zamanı orqazm yaşayırlar. Daha 30% cinsi akt zamanı orqazm hissini əlavə stimullaşdırmanın hesabına (misal üçün klitorun əllə stimullaşdırılması) əldə edə bilirlər, yerdə qalan qadınlar isə klassik seks zamanı heç bir vaxt orqazm hissi keçirmirlər. Lakin misal üçün oral seks, klitorun əllə stimulaşdırılması, masturbasiya və s. üsullarla həzzin pik nöqtəsinə çata bilirlər. Əgər siz axırıncı qadınların aid edildiyi qrupa daxilsinizsə, özünüzü tam olmayan kimi hesab etmək lazım deyil. Orqazm onun hansı yolla əldə edilməsindən asılı olmayaraq elə orqazm olaraq qalır       
  • Foto:sensualety

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies