• az
    • Ru
    • En
    • Tr

Hərbi

Pentaqon Suriyada keçirilmiş əməliyyat zamanı məhv edilən İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülmə anının videosunu yayımlayıb

Pentaqon Suriyada keçirilmiş əməliyyat zamanı məhv edilən İŞİD lideri ...

  • 31.10.2019
  • 8769

Pentaqon Suriyada keçirilmiş əməliyyat zamanı məhv edilən İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülmə anının videosunu yayımlayıb.

ABŞ-ın iddiasına görə, terrorçu videoda göstərilən balaca binada olub. Kadrlarda binaya hər iki tərəfdən insanların yaxınlaşdığı görünür.

"Burada biz obyekt görürük... harada ki, Bağdadi gizlənmişdi. Daha əvvəl qeyd etdiyim kimi, bu təcrid olunmuş obyekt Suriyanın şimal-qərbində İdlib əyalətində yerləşirdi", - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi deyib.

Generalın sözlərinə görə, DNT analizi tam dəqiqliyi ilə öldürülən şəxsin məhz əl-Bağdadi olduğunu təsdiqləyib. Pentaqon nümayəndəsi qeyd edib ki, İŞİD lideri özünü və iki uşağını partladıb. O, Əl-Bağdadinin cəsədinin dənizə atıldığını vurğulayıb.

Foto:xebercom

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies