• az
    • Ru
    • En
    • Tr

Anomaliya

Nevadada “51-ci bölgə” (Area 51) kimi tanınan ABŞ-ın HHQ-nə məxsus bazasına iki mindən artıq insan toplaşıb

Nevadada “51-ci bölgə” (Area 51) kimi tanınan ABŞ-ın HHQ-nə məxsus baz...

  • 21.09.2019
  • 1797

Nevadada “51-ci bölgə” (Area 51) kimi tanınan ABŞ-ın HHQ-nə məxsus bazasına iki mindən artıq insan toplaşıb.

Onlar bazaya “hücum”u özünəməxsus festival kimi qeyd ediblər.

Bazaya daxil olmağa heç kəs risk etməyib. Nevadaya toplaşanların əksəriyyəti yaxınlıqdakı Hayko və Reyçel şəhərciklərində şənləniblər.

“Biz hamımız başa düşürük ki, darvazaları keçmək olmaz. Amma biz buraya yığışaraq pivə içib musiqiyə qulaq asırıq və bu, artıq uğurdur”, - bunu yürüş iştirakçılarından biri deyib.

Nevada ştatındakı “51-ci bölgə” hərbi bazası uzun müddət məxfi sayılıb və burada Yer kürəsinə gəlmiş yadplanetlilərin olduğu, onlar üzərində tədqiqatlar aparıldığı iddia edilir.

2013-cü ildə ABŞ dövləti bazanın mövcudluğunu təsdiq edib. Obyekt güclü mühafizə altındadır.

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies