• az
    • Ru
    • En
    • Tr

Ölkə

Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”i təsdiqləyib

Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədinə aid Tələblə...

  • 08.11.2019
  • 1354

Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”i təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əqli Mülkiyyət Agentliyi patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması, təqdim edilməsi qaydasını, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması, istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrini müəyyən etməlidir.

Qeyd edək ki, bu tələblər “Patent haqqında” qanunun 27-ci maddəsinin 6-cı hissəsinə əsasən hazırlanıb.

Tələblər Azərbaycanda ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması üçün Əqli Mülkiyyət Agentliyinə verilən iddia sənədinə dair tələbləri müəyyən edir.

Foto:Ölkəaz

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies