• az
    • Ru
    • En
    • Tr

Sosial

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTOLAR

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarl...

  • 05.11.2019
  • 6139

Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 91/A ünvanında fiziki şəxs Əliyev Elşan Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib.


AQTA-dan "Qala News"verilən məlumata görə, ilkin baxış zamanı antisanitar şəraitdə, qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi, sanitariya norma və qaydaların, gigiyena normativlərinin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin məlum olmadığı, eləcə də temperatur rejimi gözlənilmədən saxlanıldığı, hazır məhsulların laborator müayinələrdən keçirilmədiyi və dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb.


Müəssisədə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq havada rəflərə yığılaraq soyudulduğu müəyyən edilib.


Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Foto:Qala News

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies