• az
    • Ru
    • En
    • Tr

Paralimpiya, Müsahibə

İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin Prezidenti

İlqar müəllim ilk olaraq sizi yaxından tanıyaq ! Mən 7 fevral 196...

  • 30.11.-0001
  • 5588


İlqar müəllim ilk olaraq sizi yaxından tanıyaq !

 

Mən 7 fevral 1964-cü ildə Bakı şəhərində  ziyalı ailəsində doğulmuşam. 1971- ci ildə orta məktəbdə təhsil almağa başlamışam.Məktəbi qızıl medalla bitirmişəm.

Məktəbi bitirəndən sonra imtahan verdim və “Moskva Energetika İnstitutuna” daxil oldum .Hardasa, 1981 -1983 cü illəri əhatə edirdi.O zamanlar, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın gənc tələbələri fərqli ölkələrə təhsil almağa gedirdilər.Mən də, bu proqramla Moskvaya təhsil almağa getmişdim.Qayıtdıqdan sonra isə, 1983-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsilimə davam etdim . İxtisasım  İqtisadçıdır.


Universiteti bitirəndən sonra isə  1986-1987-ci illərdə Bakı şəhər Nizami rayon Maliyyə şöbəsində iqtisadçı, 1987-1991-ci illərdə Maliyyə Nazirliyində aparıcı məsləhətçi, baş iqtisadçı, 1991-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadi - Siyasət məsələləri üzrə vəzifədə çalışmışam.1993 -1999 – cu illərdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini, 1999-2004-cü illərdə nazirin birinci müavini, 2004-2018-ci illərdə nazir müavini vəzifəsini icra etmişəm.1996-cı ildə bir qrup təşəbbüskar tərəfindən Azərbaycanda Milli Paralimpiya Komitəsi yaradıldı.Elə həmin zaman mən təşəbbüs qrupuna daxil oldum , həmin qrupun qərarı ilə komitənin prezidenti seçildim.Bu günə kimi də, bu vəzifəni icra edirəm.

 

    İdman sevilən ,seçilən peşədir. Siz uzun illərdir önəmli peşəni yerinə yetirirsiz, nə kimi  məsulliyəti var?

 

İdman sadə baxışdan çox maraqlı ,əyləncəli ,vaxt keçirmək üçün ,əla vasitədir Lakin işlə bağlıdırsa bu artıq böyük məsuliyyətdir ,idmanla bağlı sahədə çalışan insanlar artıq dərk edirlər ki ,məsuliyyətli və çətin peşələrdən biri ilə məşğuldurlar.Məsuliyyət  hər mənada önəmlidir. İdman sahəsi isə bir başqa məsuliyyət tələb edir.İstər idmançılarla münasibət ,idmanı dünyada tanıtmaq istərsə də beynəlxalq layihələr və . s kimi işlər birbaşa məsuliyyət tələb edir.

2007 - ci ildə Cənab prezident   İlham Əliyev MOK- nin prezidenti seçiləndən sonra  mən idarə heyyətinə üzv seçildim həmin zaman paralimpiyaçıları təmsil edirdim, eyni zamanda da idmanın digər məsələlərinə də diqqət yetirirdim.

Cənab Prezidentin diqqəti sayəsində Azərbaycanda idman  ,inkişaf etdi və bütün dünyada tanındı.Son illər Azərbaycanda idman sürətlə inkişaf edir.

Buna misal olaraq ,Azərbaycanda keçirilən Formula-1, I -Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları , Cüdo  üzrə dünya çempionatını göstərmək olar.

İdmanda sevindirici hallardan biri də  olimpiya və paralimpiya idmançılarının bir yerdə məşq etməsidir , deməli biz, baryerləri aşmışıq.

Hal-hazırda Paralimpiya komitəsi bir neçə böyük layihəyə hazırlaşır.Bildiyiniz kimi may ayında Para- cüdo yarışları var, biz də komanda olaraq yarışlara həvəslə hazırlaşırıq.

 

Daha bir layihəmiz  var , şərti olaraq layihəni ”Inkluziv Cəmiyyət” ! İnkluziv  idman, adlandırmışıq.Bu layihəyə “Gənclər və İdman Nazirliyi” “Unicef” də, dəstəkdi.Belə layihələrlə biz bəzi stereotipləri qırırıq.Bizim qrumun  istək və məqsədi ondan ibarətdir ki, fiziki məhdud və məhdudiyyəti var deyə insanlara ayrı seçkilik göstərməsinlər.

Nəyə  görə fiziki məhdudiyyəti olan gənc çəkinməlidir cəmiyyətdən ?Biz bu baryerləri qırıb onları öz  aramıza dəvət etdik .

Deməli , 2013  cü ildən uşaq paralimpiya hərəkatının inkişafında istəyimizə  nail olduq.Hansi ki evin bir küncündə gizlənən o uşaqları qruma  dəvət etdik . Artıq onlar idman arenalarındadır məşq edirlər ,günlərini aktiv keçirirlər .Ən əsası məşğul olduqları peşə var.

 

Bilirsiz illər öncə ,hər hansı  bir ölkəyə gedirdin ,istər küçədə, konsertdə, istərsə də idmanda ,fiziki məhdudiyyəti olan , insanlar görürdün qayıdırdın ölkəyə bir nəfər  də olsa küçədə, parkda əlil arabasında olan şəxs görmürdün.İndi artıq belə deyil onlar bizim aramızda bizimlə bərabər çalışırlar.

 

   Bilirsiz, İlqar müəllim  illər öncə bu baryeri aşmaq onlar üçün çətin idi ! Çünki ,fiziki məhdudiyyəti olan insanlara əlilliyini çox pis formada çatdırırdılar ,onlar isə  çarəni cəmiyyətdən qaçmaqda görürdülər .


 

 

Hal- hazırda hansı  idmanla məşğul olursunuz ?

Özüm gənclik illərimdə ,yüngül- atletika ilə məşğul olmuşam vaxtında böyüklər arasında ikinci dərəcəm var idi ,və kifayət qədər yüksək dərəcə idi , həmin  illər 1976 – 77 ci illərə təsadüf edirdi və əksər cavanların sevdiyi idman növü olan futbolu mən də sevib məşğul olurdum .

 

 

Komitədə neçə nəfər əməkdaş heyyəti ,idmançılar çalışır?

 

İyirmi nəfər əməkdaş çalışır, onlardan sırf  komitədə çalışan 7 -nəfəri fiziki məhdudiyyəti olan  şəxslərdir.

 

 

Azərbaycan bir çox  önəmli yarışlara ev sahibliyi edib, hal hazırda da edir ,və bildiyimizə görə Paralimpiya üzrə böyük yarış gözlənilir .


Bəli ,Paralimpiya Komitəsi olaraq Para -cüdo  üzrə ilk böyük Qran- Pri yarışı keçiriləcək hal-hazırda hazırlıq işləri gedir, deməli, 40-a yaxın  ölkə olacaq,400 ə yaxın beynəlxalq nümayəndələr iştirak edəcək ,300- ə yaxın para- cüdo idmançıları olacaq.Biz paralimpiya olaraq bu yarışa sadə idman yarışı kimi yanaşmırıq, bu yarışa fiziki məhdud insanların  bayramı kimi yanaşırıq.

Elə bu yarışın əməkdaşları, könüllüləri də fiziki məhdudiyyətli gənclər olacaqlar.Biz artıq tədbirlər planı hazırlamışıq ,məkan olaraq isə “Heydər Əliyev” adına arenada baş tutacaqdır.İştirakçılar May- ayının 10-da artıq Bakıda olacaqlar ,tez gəlmək səbəbləri isə bildiyiniz kimi,bizim yarış digər yarışlardan tibbi təsnifata görə seçilir. Para – cüdo yarışlarında ya tam görmə qabiliyyətin olmamalıdır ,yada ümumiyyətlə zəif olmalıdır .Onun üçün xüsusi olaraq ölkələrdən  beynəlxalq təsnifatçılar gələcəklər.İsrail ,Avstraliyadan ,Almaniya Keniya ,Braziliya


Bu tədbirlə bağlı biz “Zərifə Əliyeva adına göz klinikası”ilə danışmışıq üç panel  hər paneldə , iki həkim olmaqla 120 -ə yaxın idmançı orda təsnifat mərhələsindən keçəcəklər.Hansı ki ,beynəlxalq təsnifat komandası onlara rəy verməlidir ki ,onlar bu yarışda iştirak edə bilsinlər.Çünki belə oyunlarda göz məsələləri ciddi şəkildə araşdırılır.Oyunlara zidd hallar ola bilər, bu səbəbdən də belə ciddi şəkildə araşdırmalar olacaq. Hətta elə hallar olur ki ,olimpiya idmançıları paralimpiya oyunlarına keçid edirlər.  

Bu yarış çox önəmlidir təbii hər kəs istəyər ki ,Tokioda qızıl medal qazansın.Azərbaycandan  7- çəki dərəcəsində 13- kişi idmançı ,6 - çəki dərəcəsində 11- xanım idmançı ilə yarışa qatılacaq.


11 -12 May tibbi  təsnifat, 13 -14 May yarış günü olacaq.


   Sizcə yarış əks -səda sala biləcək?


Bilirsiz biz ölkə olaraq ilk  dəfə deyil ki ,nəhəng layihələrə ev sahibliyi edirik.Məsələn ,fiziki məhdudiyyətli insanlar üçün yollar ,nəqliyyat xidməti ,arenalarda xidmətlər var  yəni bütün bunlar hazır vəziyyətdədir.

Bizə bu yarışda Cüdo Federasiyası dəstək olacaq, onlar artıq böyük yarışlara ev sahibi olmuş qrumdur.

Yarışa kimi bir çox aktiv layihələrimiz ,tədbirlərimiz olacaq.

Sərgi keçiriləcək, hansı ki ,fiziki məhdudiyyətli gənclərin öz əl işləri olacaq.

Biz də ,bu yarışı yadda qalan etməyi qarşımıza məqsəd qoymuşuq.


Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies