• az
    • Ru
    • En
    • Tr

İdman

İlqar Rəhimov: Bakıda keçiriləcək “Yenilməzlər” adlı beynəlxalq qala tədbiri özünəməxsusluğu ilə seçiləcək

Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə Bakıda keçir...

  • 07.11.2019
  • 5702

Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə Bakıda keçiriləcək “Yenilməzlər” adlı beynəlxalq qala tədbirində qeyri-adi şou proqram təqdim olunacaq. Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə noyabrın 13-də baş tutacaq tədbir özünəməxsusluğu ilə seçiləcək.

 Bu sözləri noyabrın 6-da AMPK-nın ofisində keçirilən mətbuat konfransında komitənin prezidenti İlqar Rəhimov deyib.

AMPK-nın prezidenti bildirib ki, bu tədbir ölkəmizdə korporativ sosial məsuliyyət dəyərlərinin təbliğinə yönəlib. Beynəlxalq qala təqdimatında paralimpiyaçıların həyat hekayələri bədii çalarlarla səhnələşdiriləcək. Bu səhnə işinin qəhrəmanları da paralimpiyaçıların özləri olacaqlar.

“Beynəlxalq səviyyədə Paralimpiya Hərəkatına dəstək göstərən insanlar, o cümlədən Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti Sir Filip Kreven, Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri prezidenti Entoni Sainsbari, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul, BMT-nin Pakistandakı sülhməramlı səfiri Numiba Mazari, AMPK-nın baş katibi Kamal Məmmədov və eşitmə əngəlli aktyor Mahmud Səfərov tədbirin əsas qonaqları olacaqlar. Tədbir kölgə tamaşası, ultrabənövşəyi şou və digər maraqlı məqamlarla yadda qalacaq. Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətə və iş adamlarına korporativ sosial məsuliyyətlə bağlı mesajlar verməkdir”, - deyə İ.Rəhimov əlavə edib.

AMPK-nın rəsmisi noyabrın 14-də Bakıda keçiriləcək V Uşaq Paralimpiya Oyunları haqqında da söz açıb. İ.Rəhimovun sözlərinə görə, sayca beşinci Uşaq Paralimpiya Oyunlarında idmanın 8 növü üzrə Naxçıvan da daxil olmaqla ölkəmizin bütün regionlarından paralimpiyaçı uşaqlar iştirak edəcəklər. Bu yarışlara Gürcüstanı təmsil edən paralimpiyaçı uşaqlar da qatılacaqlar.

Sonda AMPK-nın prezidenti 6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü ilə əlaqədar ölkəmizdə Paralimpiya hərəkatının təbliğinə dəstək göstərən jurnalistlərə təşəkkürnamələr və hədiyyələr təqdim edib.

Foto:azərtac

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies