• az
    • Ru
    • En
    • Tr

Hadisə

Göyçayda yol qəzası olub, xəsarət alanlar var

Göyçayda yol qəzası olub, xəsarət alanlar varGöyçay rayonunda iki nəfə...

  • 06.11.2019
  • 3699

Göyçayda yol qəzası olub, xəsarət alanlar var

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.  


"Qala News"xəbərinə görə, qəza bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.  


Bakı sakini 1983-cü il təvəllüdlü Poladxanov Ramin Elxan oğlunun idarə etdiyi "Hyundai" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.  


Hadisə zamanı minik avtomobilinin sürücüsü və sərnişini, 1992-ci il təvəllüdlü Hilal Müslümov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.

Foto:Qalanews 

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies