• az
    • Ru
    • En
    • Tr

Sosial

Göyçayda tikilən iki uşaq bağçası və sosial-inzibati binalar kompleksi istifadəyə verilib

Göyçayda tikilən iki uşaq bağçası və sosial-inzibati binalar kompleksi...

  • 09.11.2019
  • 6630

Göyçayda tikilən iki uşaq bağçası və sosial-inzibati binalar kompleksi istifadəyə verilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay rayonunun Qarabaqqal kəndində tikilən 60 yerlik uşaq bağçası və Müskürlü kəndində inşa edilən sosial-inzibati binalar kompleksi istifadəyə verilib.


"Qala News"xəbərinə görə, rayon rəhbərliyinin, Milli Məclisin deputatlarının, ölkənin tanınmış yazıçı və şairlərinin iştirak etdiyi açılış mərasimlərində məlumat verilib ki, Qarabaqqal kənd uşaq bağçası ötən əsrin 70-ci illərində fəaliyyətə başlayıb. Təlim-tərbiyə ocağının binası vaxtlı-vaxtında təmir edilmədiyindən qəzalı vəziyyətə düşüb. Uşaq bağçası bu səbəbdən iki il əvvəl fəaliyyətini dayandırıb.


2019-cu ilin əvvəlində Heydər Əliyev Fondunun dəstəyi ilə kənddə müasir körpələr evinin inşasına başlanılıb. 350 kv/m sahəni əhatə edən 60 yerlik uşaq bağçasında böyük və kiçik yaşlı uşaqlar üçün qruplar, məşğələ, yataq otaqları, camaşırxana, yeməkxana mövcuddur. Uşaq bağçası istilik sistemi və digər lazımi şəraitlə təmin edilib, ehtiyat və içməli su anbarları, eləcə də mebel və yataq dəstləri, digər zəruri avadanlıqlarla təchiz olunub.

Foto:Qala News

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies