• az
    • Ru
    • En
    • Tr

Hadisə

Göyçayda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb, iki kəndə elektrik verilişi dayanıb

Göyçayda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb, iki kəndə ...

  • 10.11.2019
  • 6134

Göyçayda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb, iki kəndə elektrik verilişi dayanıb

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Qala News"xəbərinə görə, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.


Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Anar. Xəlilov dünyasını dəyişib.


Avtomobilin çırpıldığı  elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb.    


Faktla bağlı araşdırma aparılır.

Foto:Qalanews 

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies