• az
    • Ru
    • En
    • Tr

Sosial, Dünyada

“Facebook” İsrail şirkətinə qarşı məhkəmə iddiası qaldırıb - iSRAİL şirkəti “WhatsApp” istifadəçilərini qanunsuz izləməkdə ittiham olunur

“Facebook” İsrail şirkətinə qarşı məhkəmə iddiası qaldırıb."NSO Group”...

  • 30.10.2019
  • 5014

“Facebook” İsrail şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

"NSO Group” şirkəti “WhatsApp” istifadəçilərini qanunsuz izləməkdə ittiham olunur.

Kaliforniya məhkəməsinə verilən iddiada bildirilir ki, İsrail şirkəti “WhatsApp”ın ABŞ-da və digər ölkələrdə serverlərindən istifadə edərək istifadəçilərə ziyanverici proqram təminatı yollayıb. Bu proqram təminatı gizli izləmə həyata keçirmək üçün vasitədir. Bununla da qanunsuz olaraq istifadəçilərin yerdəyişməsi, zəngləri və mesajları izlənib.

Bu ilin may ayında “Facebook” və ona məxsus “WhatsApp” İsrail şirkətinin qanunsuz fəaliyyətinin izinə düşüb və onun qarşısını alıb. Lakin “NSO Group”un fəaliyyəti zamanı 1400 nəfərə yaxın insanın zərər çəkdiyi bildirilir.

Foto:CNN

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies