• az
    • Ru
    • En
    • Tr

Siyasət, Hərbi

Birləşmiş Ştatlar Suriyanın neft bölgəsində iki yeni hərbi baza qurur - RUSİYA ETİRAZ EDİR

Birləşmiş Ştatlar Suriyanın neft bölgəsində iki yeni hərbi baza qurur....

  • 05.11.2019
  • 6204

Birləşmiş Ştatlar Suriyanın neft bölgəsində iki yeni hərbi baza qurur.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ bölgəyə 250-300 əsgər, eləcə də zirehli texnikalar, ağır silahlar və döyüş sursatlarını göndərib.

Qeyd edək ki, dəfələrlə dünya ölkələri tərəfindən Trampın Suriyanın neft mədənlərin qarşı işğal siyasəti yürütdüyü bildirilib.

Pentaqon rəhbəri Mark Esperin sözlərinə görə, ABŞ qoşunları neft yataqlarını müdafiə etmək üçün buradadır və bura hücum etmək istəyən istənilən ölkənin cavabını verəcək.

Rusiya Müdafiə Nazirliyi  isə ABŞ-ın Suriyadakı “neft yataqlarını qoruması”nın mövcud beynəlxalq qanunlara zidd olduğunu bildirib.

Foto:NBC

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies