• az
    • Ru
    • En
    • Tr

Ölkə

Bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olan gəncin diz çökdürüldüyü görüntüdə yer alanlar "Bizimləsən" verilişinin müzakirə obyektinə çevrilib

Bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olan gəncin diz çök...

  • 09.11.2019
  • 4351

Bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olan gəncin diz çökdürüldüyü görüntüdə yer alanlar "Bizimləsən" verilişinin müzakirə obyektinə çevrilib. 

Bərdədə yaşanan hadisədə bir kişi azyaşlı oğlanı diz çökdürüb, onu hədələyib və özünə qeyri-etik sözlər deməsini məcbur edib. Hər iki ailə verilişə qatılaraq yaşananlarla bağlı danışıb.

Proqramda qonaq olan müğənni Roza Zərgərli gənci təhqir edən Arif adlı şəxslə qalmaqal yaşayıb. İfaçı proqram zamanı əsəblərinə hakim ola bilməyib:

"Barışıq məqsədilə insanı evinə çağırırsan. Amma gənci diz üstə qoyursan, oğlun da onu vurur. Nə haqla bunu edirsən? Sən hansı millətdənsən? Mənim millətimin vətəndaşı başqa uşağa sitəm eləməz. Mənim başıma bu gəlsəydi, araşdırardım. Bu uşağın günahı yoxdur".

Onlar arasında mübahisə reklam fasiləsində də davam edib. Roza kişiyə "Mənim oğlum elə söz desəydi, sən heç nə edə bilməzdin. Mən olan yerdə heç bir şey etməzdin. Özünə bunları yaraşdırmamalıydın. Onu da ana doğub" sözlərini deyərək, səsini ucaldıb. Ətrafdıkar müğənnini sakitləşdirməyə çalışıb.

Foto:Reportaz

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies