• az
    • Ru
    • En
    • Tr

Sosial, Ölkə

Bakıda su filtrlərinin reklamı ilə “Azərsu”nun sakinlərə verdiyi suyu antireklam edirlər

Bakıda su filtrlərinin reklamı ilə “Azərsu”nun sakinlərə verdiyi suyu ...

  • 07.11.2019
  • 6728

Bakıda su filtrlərinin reklamı ilə “Azərsu”nun sakinlərə verdiyi suyu antireklam edirlər.

Bunu qurumun sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir:

“Çünki həmin filtrlər çox ciddi xidmət tələb edir. Amma bu filtrlərin reklamı ilə “Azərsu”nun verdiyi suyun keyfiyyətinə şübhə formalaşdırırlar. Həmin şübhələrin heç bir əsası yoxdur”. 

Q.Hüseynov korporativ binalarda suyun çirkli olması məsələsindən də danışıb.

Sədr qeyd edib ki, korporativ binaların özlərinin su anbarları olur: 

“Su anbarları ən azı ildə bir dəfə təmizlənməlidir və yuyulmalıdır. Ancaq təəssüflər olsun ki, bir çox korporativ binalarda bunu etmirlər. Biz Bakı Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birgə bu istiqamətdə monitorinq və maarifləndirmə işləri aparılır”.

Foto:Mətbuataz

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies