• az
    • Ru
    • En
    • Tr

Hadisə, Maraqlı

Bakıda əvvəllər məhkum olunmuş ər-arvad oğurluğa görə tutulub

Bakıda əvvəllər məhkum olunmuş ər-arvad saxlanılıb.Oktyabr ayının 31-d...

  • 02.11.2019
  • 5783

Bakıda əvvəllər məhkum olunmuş ər-arvad saxlanılıb.

Oktyabr ayının 31-dən noyabr ayının 1-ə keçən gecə paytaxtın Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. 

Hadisə bir yox, iki nəfər tərəfindən həyata keçirilib. Daha da maraqlısı odur ki, oğurluq edən şəxslər daha əvvəl məhkum olunmuş ər-arvad olub.

Belə ki, 1990-ci il təvəlüdlü Amid Əli oğlu Əliyev və arvadı, 1988-ci il təvəllüdlü Tehran Nizami qızı Məmmədova Xəzər rayonu ərazisində yerləşən, Rauf Abdullayevə məxsus evə girərək oradan televizor və digər məişət avadanlıqlarını oğurlayıblar. 

Onu da qeyd edək ki,  T.Məmmədova daha əvvəl CM-nin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), əri A.Əliyev isə CM-nin 177-ci maddəsi ilə ( Oğurluq) məhkum olunublar. 

Onların analoji hadisələrlə əlaqələrinin olub-olmaması ilə bağlı araşdırma aparılır. 

Foto:Reportaz

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies