• az
    • Ru
    • En
    • Tr

Sosial

“Azərsu”: Qazdığımız yolları biz təmir etməməliyik

“Azərsu” ASC sosial şəbəkələrdə “Azərsu” gəlir yolu qazır, borula...

  • 07.11.2019
  • 7603

“Azərsu” ASC sosial şəbəkələrdə “Azərsu” gəlir yolu qazır, boruları təmir edir, yol təmirsiz qalır” məsələsinə aydınlıq gətirib.

Qurumun sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib ki, cəmiyyətdə bu fikir haqlı şəkildə formalaşıb:

“Biz qəza olursa, mütləq oranı qazmalı və təmir işləri aparmalıyıq. “Azərsu” yolu qazdı, təmir etmədi və getdi” demək düzgün yanaşma deyil. Bizim qurumun asfalt təsərrüfatı yoxdur.  Biz 2-3 kvadrat metr yol qazırıq. AAYDA-nın da o imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib ərazini düzəltsin. Ərazinin bərpası üçün bir neçə gün vaxt lazım olur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz iş aparırıq ki, belə hallar minimuma çevrilsin”.

“Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal qurğular alıb”, - deyə sədr qeyd edib.

Foto:Milliaz

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies