• az
    • Ru
    • En
    • Tr

Sosial

ATV-də yayımlanan “Bizimləsən” sosial tok-şouda verilişin aparıcısı Zaur Baxşəliyev atdığı addımla izləyiciləri təəcübləndirib

ATV-də yayımlanan “Bizimləsən” sosial tok-şouda verilişin aparıcısı Za...

  • 04.11.2019
  • 3113

ATV-də yayımlanan “Bizimləsən” sosial tok-şouda verilişin aparıcısı Zaur Baxşəliyev atdığı addımla izləyiciləri təəcübləndirib.

Proqramda kimsəsiz cütlüklərə toy edən verilişin layihə rəhbəri Zaur gəlinə gözlənilmədən sürpriz edib.

Belə ki, verilişdə qonaq olan ifaçı Zeynəb cütlüyə hədiyyə vermək istəyib.

Zaurun “Hədiyyə gətirdinmi gəlinə?” sualına müğənni “Hədiyyə avtomobilimdədir” cavabını verib. Baxşəliyev isə Zeynəbin bu cavabına “Bəlkə, boynuna taxdığın zinət əşyasının birini verəsən?” təklifi ilə çıxış edib.

İfaçı isə boynundan qızıl boyunbağını çıxararaq Zaura təqdim edib. Proqramın aparıcısı “Sonra gəlib almayacaqsan ki?” deyərək Zeynəbə söz atıb. O isə “Halal xoşu olsun” deyib.

“Görürsən, qızıl boyunbağı daha çox gəlinimizə yaraşdı, nəinki sənə” deyə Z.Baxşəliyev hədiyyə söhbətini zarafatla yekunlaşdırıb.

Foto:Mtv

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies