• az
    • Ru
    • En
    • Tr

İqtisadiyyat

“Aqrolizinq” ASC-nin əsas fəaliyyət prinsipləri haqqında yeni tədbir keçirilib

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

  • 25.10.2019
  • 3790

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyət İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 

Hal-hazırda “Aqrolizinq” ASC-nin əsas fəaliyyət prinsipləri - kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqidir. Səhmdar Cəmiyyət tərəfindən bu prinsiplər əsasında da yüksək səviyyədə xidmət təşkil etmişdir.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində Regional nümayəndəliklərin və rayon bölmələrinin böyük rolu var. Hazırda Səhmdar Cəmiyyətin 9 regional nümayəndəliyi, 44 rayon bölməsi və 3 təchizat bazası fəaliyyət göstərir. Bu bölmələr “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən texnikaların, o cümlədən kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının komplektləşdirilməsini, istifadə edilməsini və lizinq yolu ilə satışını həyata keçirir.

Qeyd edək ki, cari il ərzində “Aqrolizinq” ASC hüquqi və fiziki şəxslərə strateji əhəmiyyətli kənd təsərrüfatı məhsulu hesab edilən taxıl bitkilərinin biçininə dəstək olmaq üçün kifayət qədər kənd təsərrüfatı texnikaları ayırmışdır. Belə ki, 2019-cu ilin taxıl biçini zamanı 738 ədəd müasir tipli kombaynlardan istifadə etməklə, 20 gün tez operativ və itkisiz biçin həyata keçirilmişdir, biçinin sürətli və keyfiyyətli aparılması üçün GPS nəzarət sistemindən istifadə edilib.  

Cari il üçün pambıq məhsulunun yetişdirilməsi və pambıq yığımı zamanı aqrotexniki xidmətlər yüksək səviyyədə təşkil edilib.

Foto:Qala News

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies