• az
    • Ru
    • En
    • Tr

Mədəniyyət

Aktyor Ziya Ağa sosial şəbəkədəki paylaşımı ilə gündəmə gəlib

Aktyor Ziya Ağa sosial şəbəkədəki paylaşımı ilə gündəmə gəlib. On...

  • 09.11.2019
  • 3958

Aktyor Ziya Ağa sosial şəbəkədəki paylaşımı ilə gündəmə gəlib.

 Onun ünvanına yazılan qınaqlara cavabı müzakirələrə səbəb olub. Belə ki, Ziya statusunda qeyri-etik ifadələr işlədib:

"Dünən eşitmişəm ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında - Azər Paşa Nemətovun rəhbərlik etdiyi teatrda işlədiyim üçün məni qınayanlar, artıq-əskık danışanlar var. "Ziya üstündən keçir, çox şeyi udur" deyənlər var. Heyif ki, dəqiq bilmirəm kimdir, amma yəqin anasını tanıyıram.

Teatrla, peşə ilə məşğulam. Fərq etməz rəhbər kimdir. Həmin adamlara səslənirəm, bircə qram ürəyiniz, oğlanlığınız varsa, gəlin üzümə deyin, mən də bilim kimdir. Çıxardım şalvarınızı sizi şəhərin görmədiyiniz yerlərində gəzdirim.

Üzr istəyirəm "ana" söhbətinə görə, amma belələrinə başqa cür davranmaq olmur. Təbii ki, formal qatda olan söyüşdür, əgər kişilikdən bixəbər deyilsə, toxunsun qayıtsın deyə yazmışam".

Aktyor ondan əvvəl yazdığı "Uzun sözün qısası, kimin nə problemi var, getsin problemini yaşasın. Mən səhnə ilə, peşə ilə məşğulam. Fərq etməz rəhbər kimdir, kimin rəhbəridir. Əlavə olaraq kim istəsə, anası ilə məşğul ola bilərəm" sözləri daha sonra silib.

Qeyd edək ki, bir neçə müddətdir bir neçə Xalq, Əməkdar artistlər və aktyorlar  Azər Paşa Nemətovu tənqid edirlər.

Foto:Milliaz

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies