• az
    • Ru
    • En
    • Tr

Hərbi

ABŞ Hərbi Hava Qüvvələri üçün lazer silahı vasitəsilə düşmənin pilotsuz uçan aparatlarını vura biləcək - HƏRB SƏNAYESİNDƏ İNQİLAB

"Raytheon" şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün lazer silahı vasitəsi...

  • 31.10.2019
  • 5463

"Raytheon" şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün lazer silahı vasitəsilə düşmən pilotsuz uçan aparatlarını bir neçə saniyəyə məhv etməyə imkan verən sistem yaradıb.

2018-ci ilin martında keçirilən ilk sınaqlar zamanı antidron sistemi vasitəsilə onlarla dron vurulub. ABŞ HHQ texnologiyanın nümayişi üçün 2 milyon dollar ödəyib. Uğurlu testlərdən sonra lazer sistemi döyüş növbətçiliyinə qəbul edilib. Hərbçilərin planlarına ABŞ-dan kənarda döyüş meydanları zonalarında səhra şəraitində əlavə testlərin keçirilməsi daxildir.

Məlumata görə, yeni silah "Raytheon" lazeri və pilotsuz uçan aparatların "özünkü və ya düşmən" prinsipi üzrə izlənilməsi və müəyyənləşdirilməsi üçün nəzərdə tutulan çoxspektral tuşlama sistemindən ibarətdir. Qayda pozucusu aşkarlandıqdan sonra antidron sistemi bir neçə lazer atışı etməklə dərhal pilotsuz uçan aparatı məhv edir.

Foto:BBC

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies