• az
    • Ru
    • En
    • Tr

Hadisə

Ağsuda yük maşını aşıb, xəsarət alan var FOTOLAR

Ağsuda yük maşını aşıb, xəsarət alan var Ağsu rayonunda yük avtomobili...

  • 06.11.2019
  • 6648

Ağsuda yük maşını aşıb, xəsarət alan var 

Ağsu rayonunda yük avtomobilinin təkərinin partlaması yol qəzasına səbəb olub. 


"Qala News"xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Hacıqabul rayon sakini, 1971-ci il təvəllüdlü Pirizadə Vasif Piriverdi oğlu idarə etdiyi “Shacman” markalı yük maşını ilə hərəkətdə olarkən qəfildən təkər partlayaraq yerindən çıxıb. Nəticədə yük maşını idarəetmədən çıxaraq aşıb. 


Hadisə zamanı sürücü V.Pirizadə müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies