• az
    • Ru
    • En
    • Tr

Hadisə

Ağcabədi rayonunda oğurluqla məşğul olan dostlar tutulub

Ağcabədi rayonunda oğurluqla məşğul olan dostlar tutulubAğcabədi rayon...

  • 30.11.2019
  • 2004

Ağcabədi rayonunda oğurluqla məşğul olan dostlar tutulub


Ağcabədi rayonunda mənzildən oğurluq edən dostlar yaxalanıb.


"Qala News" məlumatına görə, rayonun Hindarx qəsəbə sakini Məhərrəm Mammedov Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus yaşayış evindən naməlum şəxs və yaxud şəxslər oğurluq edərək 2 min manata yaxın ziyan vurublar. 


Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri Xaliq Tağıyev və Ruslan İsmayılov saxlanılıblar.


Saxlanan şəxslər istintaqa ifadəsində törətdikləri cinayəti etiraf edərək mənzildən oğurladıqları əşyaları sataraq qazanc əldə etdiklərini bildiriblər.


Saxlanan şəxs X.Tağıyevin üzərinə baxış keçirilən zaman ondan 3.131 qram narkotik vasitə hesab olunan heroin aşkar edilib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Foto:Qala News

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies