• az
    • Ru
    • En
    • Tr

Ölkə

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.Bunu ...

  • 02.12.2019
  • 6783

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.

Bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:


“Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub”.

Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

“Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.

Foto:oxuaz

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies