• az
    • Ru
    • En
    • Tr

Dünyada

Aylarla zorlanan qızın onu zorlayan terrorçuya sualı - Mənə bunu niyə etdin?

14 yaşında ikən İŞİD terrorçusunun əlinə keçən qız, aylarla işgəncə və...

  • 02.12.2019
  • 3780

14 yaşında ikən İŞİD terrorçusunun əlinə keçən qız, aylarla işgəncə və təcavüzə məruz qaldı. Sonradan yeni həyata başlamaq istədi, lakin Almaniyada həyatını qaraldan insanla təkrar qarşılaşdı. İraqa qayıdan yezidi qadın 4 ildən sonra terrorçudan yaşadıqlarının hesabını istədi.

Bu barədə “Haber Global” xəbər verib.

Məlumata görə, Aşvak Hacı Hamid 14 yaşında olarkən Mosulda qul bazarından 100 dollara satın alınıb, bundan sonra 3 ay boyunca işgəncə və təcavüzə məruz qalıb. İŞİD terrorçusunun əlində onun həyatı tam mənası ilə kabusa çevrilib.

İraqdan qaçan yezidi qadın 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya sığınıb. Ancaq burada da iki il fasilələrlə həyatını kabusa çevirən adamla qarşılaşıb. Yezidi qadın polisə müraciət etsə də, hüquq mühafizəçiləri İŞİD terrorçusunun artıq miqrant statusu aldığı üçün ona qarşı heç nə edə  bilməyəcəklərini bildiriblər.

Bundan sonra 19 yaşlı qadın İraqa geri qayıdaraq qaçqın düşərgəsində yaşamağa başlayıb.

Gənc qadın illər keçdikdən sonra İŞİD terrorçusu ilə təkrar qarşılaşıb. İraq Beynəlxalq Kəşfiyyat Xidmətinin qeydə aldığı görüntü İraq televiziyası ilə yayımlanıb. Kadrlardan görünür ki, Hamid 4 il sonra  həyatını qaraldan terrorçunun qarşısına keçərək onunla hesablaşır.

Foto:Haberglobal

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies