• az
    • Ru
    • En
    • Tr

Hadisə

Şamaxıda sement dolu yük maşını 45 metr hündürlükdən dərəyə aşıb FOTOLAR

Şamaxıda sement dolu yük maşını 45 metr hündürlükdən dərəyə aşıbŞamaxı...

  • 07.11.2019
  • 1942

Şamaxıda sement dolu yük maşını 45 metr hündürlükdən dərəyə aşıb

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


"Qala News" xəbərinə görə, hadisə bu gün axşam saat 18:00 radələrində Şamaxı-Çöl Göylər avtomobil yolunda qeydə alınıb. Xaçmaz sakini, 1991-ci il təvəllüdlü Musayev Təhmasib İsrar oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə sement daşıyarkən idarəetməni itirib, avtomobil 45 metr hündürlükdən dərəyə aşıb. Dağdan yuvarlanan avtomobildən zərbənin təsiri nəticəsində çıxan sürücü T. Musayev 20 metr kənarda ağır vəziyyətdə tapılıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.

Foto:Qalanews 

Oxşar xəbərlər

  • qalanews ofical logo

QalaNewsTeam-unikal geniş miqyaslı xəbər portalı yaradan gənc mütəxəssislər komandasıdır. Məqsədimiz-siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı onları dinləmək də mümkündür. Saytımızı inkişaf etdirmeye çalışırıq.

Afyəddin Cəlilov 20 Baku 1005 Azərbaycan
Telefon: (+994) 50 272-7259
E-poçt: office@hajma.org
© 2019 HajMa Group of Companies