Loading alternative title

İDMAN

  • alternative title

    Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirib

    Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirib. QALANEWS xəbər verir ki, Sandro Vaqner 32 yaşında futbolla vidalaşıb. Bu barədə hücumçunun özü məlumat verib. Qeyd edək ki, Vaqner karyerası ərzində “Bavariya” və “Verder” kimi klubların şərəfini qoruyub. Futbolçunun sonuncu komandası isə Çinin “Tiancin TEDA” klubu olub.

    Ətraflı   18:40     03-Aug-2020     3952
  • alternative title

    “Zirə” klubuna yeni prezident təyin olunub

    Bakının “Zirə” peşəkar futbol klubunun yeni prezidenti müəyyənləşib. QALANEWS kluba istinadla xəbər verir ki, Taleh Nəsibov qəsəbə təmsilçisinin prezidenti təyin edilib. Qeyd edək ki, T.Nəsibovun baş direktoru olduğu “Azfar Group” şirkəti həm “Zirə”nin, həm də Azərbaycan Mini Futbol Federasiyasının təsisçisidir.

    Ətraflı   18:03     03-Aug-2020     4096
  • alternative title

    “Dallas Meveriks” MBA-nın pley-off mərhələsinə yüksəlib

    Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında növbəti oyun keçirilib. Günün əsas diqqət çəkən hadisəsi “Dallas Meveriks”in pley-off mərhələsinə adlamasıdır. Bu, komandanın son 4 ildə ilk belə uğurudur. “Dallas Meveriks” “Finiks Sans”a uduzub. Hərçənd ki, ilk iki periodda daha yaxşı çıxış edən komanda fasiləyə 13 xallıq üstünlüklə yollanıb. Amma son iki hissədə “Finiks Sans” basketbolçuları təşəbbüsü ələ alıblar və 117:115 hesablı qələbə qazanıblar. “Dallas” klubunun 21 yaşlı üzvü Luka Donçiç 40 xal, 8 ribaund və 11 məhsuldar ötürmə ilə görüşə damğasını vursa da, bu yalnız təsəlli olub. Məğlubiyyətə baxmayaraq “Dallas Meveriks” 4 illik fasildən sonra pley-offa vəsiqə qazanıb. Komandanın ən yaxın izləyicisi “Memfis Qrizlis”in “San Antonio Spors”a uduzması “Dallas” azarkeşlərini sevindirib. Qeyd edək ki, “Dallad Meveriks” hazırda Qərb konfransında 7-ci, “Memfis Qrizlis” isə 8-ci yerdədir.

    Ətraflı   17:52     03-Aug-2020     4003
  • alternative title

    Çağırış kuboku: “Azərreyl”in rəqibi avqustun 21-də müəyyənləşəcək

    Voleybol üzrə avrokubokların 2020/2021-ci il mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Mərasim avqustun 21-də keçiriləcək. Püşkatma Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında təşkil olunacaq. Mərasimdə kişi və qadınlar arasında Çempionlar Liqası, CEV kuboku və Çağırış kuboku yarışlarının püşkü atılacaq. Qeyd edək ki, Azərbaycanı avrokuboklarda bir komanda ilə təmsil olunacaq. Bakının qadınlardan ibarət “Azərreyl” klubu Çağırış kuboku yarışlarında mübarizə aparacaq.

    Ətraflı   17:45     03-Aug-2020     3852
  • alternative title

    Milli komandamızın təlim-məşq toplanışının vaxtı müəyyənləşib

    Futbol üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Yığmamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi olacaq Alessandro Skayya İtaliya mətbuatına açıqlamasında UEFA Millətlər Liqasında Lüksemburqa qarşı oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın avqustun 28-də başlayacağını vurğulayıb. Mütəxəssis Azərbaycanda koronavirus pandemiyası ilə bağlı avqustun 5-dək məhdudiyyətlərin olduğunu qeyd edib. Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.

    Ətraflı   17:44     03-Aug-2020     4077
  • alternative title

    “Keşlə” və “Səbail” yoxlama oyununda üz-üzə gələcəklər

    Azərbaycan futbol klubları “Keşlə” və “Səbail” avqustun 3-də yoxlama oyununda üz-üzə gələcəklər. Qəbələdə keçiriləcək görüş saat 19:00-da başlayacaq. Qeyd edək ki, “Keşlə” bundan əvvəl yoxlama matçında “Qarabağ”a uduzub (1:3), “Zirə”yə qalib gəlib (1:0). “Səbail” isə “Qəbələ”ni məğlub edib - 2:1.

    Ətraflı   17:42     03-Aug-2020     3989
  • alternative title

    “Yanq Boyz” vaxtından əvvəl İsveçrə çempionu olub

    Futbol üzrə İsveçrə Superliqasında 2019-2020-ci il mövsümünün qalibi müəyyənləşib. “Yanq Boyz” klubu yarışların başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Doğma meydanında “Sion” klubunu 1:0 hesabı məğlub edən komanda ölkə çempionatının qalibi adını qazanıb. Turnir cədvəlində “Yanq Boyz”un ən yaxın izləyicisi “Sankt-Qallen” komandası “Ksamaks” klubunu 6:0 hesabı ilə məğlub etməsinə baxmayaraq beş xallıq fərqi azalda bilməyib. Beləliklə, “Yanq Boyz” 13-cü dəfə İsveçrə çempionatının qalibi olub.

    Ətraflı   15:48     03-Aug-2020     3563
  • alternative title

    İtaliya A Seriyası: “Milan”, “İnter”, “Napoli” və “Roma” qələbə qazanıb

    Avqustun 1-də futbol üzrə İtaliya A Seriyasının sonuncu - 38-ci turunun oyunlarına start verilib. Son 11 oyunda məğlub olmayan “Milan” öz meydanında “Kalyari” komandasını qəbul edib. Rafael Leao, Zlatan İbrahimoviç və Samuel Kastilyexonun qolları sayəsində növbəti qələbəsini qazanan “Milan” xal ehtiyatını 66-a çatdıraraq çempionatı altıncı pillədə, “Kalyari” isə 45 xalla 13-cü yerdə başa vurub. Çempionluğu ötən həftə qazanmış “Yuventus” öz meydanında əzəli rəqibi “Roma”nı qəbul edib. Dörd qol vurulan görüşdə qonaqlar 3:1 hesabı ilə qələbə qazanıb. Turin təmsilçisi cari mövsümdə öz meydanında ilk dəfə məğlubiyyətə uğrayıb. “Roma” bu qələbədən sonra 70 xal toplayaraq A Seriyasını beşinci, “Yuventus” isə 83 xalla birinci yerdə tamamlayıb Sonuncu turun maraq doğuran digər qarşılaşması “San Paolo” stadionunda oynanılıb. “Latsio” klubunu qəbul edən “Napoli” 3:1 hesabı ilə qalib gəlib. “Atalanta” öz meydanında “İnter”ə məğlub olub - 3:1. “Sampdoriya”-“Breşiya” oyununda isə qalib müəyyənləşməyib - 1:1. Beləliklə, İtaliyanı növbəti mövsümdə UEFA Çempionlar Liqasında “Yuventus”, “İnter”, “Atalanta” və “Latsio”, UEFA Avropa Liqasında isə “Milan”, “Roma” və “Napoli” klubları təmsil edəcək.

    Ətraflı   15:48     03-Aug-2020     903
  • alternative title

    "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb

    Avqustun 1-də futbol üzrə Portuqaliya kubokunun final görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, "Syudad-di-Koimbra" stadionunda iki əzəli rəqib — “Portu” və “Benfika” klubları üz-üzə gəlib. Görüş “Portu”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Portu” matçın 37-ci dəqiqəsində azlıqda qalıb. Hücumçu Luis Dias ikinci sarı vərəqədən sonra meydandan qovulub. Serjio Konseysaunun komandası rəqibin sayca üstünlüyünə baxmayaraq, müdafiəçi Şansel Mbembanın qolu sayəsində ikinci hissənin əvvəlində hesabı açmağa müvəffəq olub. Bu qoldan 12 dəqiqə sonra Mbemba dubl edib. Oyunun sonlarına yaxın “Benfika”nın hücumçusu Vinisius Morais penalti zərbəsi ilə hesab arasındakı fərqi azaldıb. Qalan dəqiqələrdə hesab dəyişilməyib. Beləliklə, "Portu" 17-ci dəfə Portuqaliya kubokunun qalibi olub. "Əjdahalar" indi titulların miqdarına görə "Sportinq"lə ikinci yeri bölüşürlər. Xatırladaq ki, Portuqaliya çempionatının qalibi də məhz “Portu” olub. “Benfika” isə çempionatı ikinci pillədə başa vurub.

    Ətraflı   15:47     03-Aug-2020     623
  • alternative title

    FİFA-nın prezidenti istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq

    FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə FIFA-nın bəyanatında bildirilib. Qeyd edilib ki, C.İnfantinonun öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur və prezident özünün qurumdakı vəzifələrini yerinə yetirməyə davam edəcək. Qeyd edək ki, C.İnfantino 2016-cı ilin fevralında FIFA-nın prezidenti seçilib. Bu vəzifədə o, qurumdakı çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən Jozef Blatterini əvəz edib.

    Ətraflı   15:46     03-Aug-2020     600
  • alternative title

    Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib

    “Open Azerbaijan” Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib. Bu barədə Azərbaycan Milli Karate Federasiyasından bildirilib. Qeyd olunub ki, Elnurə Əzimzadə (“Arpaçay” klubu, 8-9 yaş uşaqlar), Şəlalə Rüstəmova (“Qara-Qaplan” klubu, 10-11 yaş uşaqlar) və Həsənəli Həsənov (“Avey” klubu, 16-17 yaş gənclər) turnirin qalibi olublar. Murad Cəfərli (“İnam” klubu, 16-17 yaş gənclər) gümüş medala, Akif Babayev (“Qara Qaplan” klubu) və Elməddin Səlimli (“Arpaçay” klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev (“Arpaçay” klubu, 10-11 yaş uşaqlar), Elcan Həsənov (“Avey” klubu) və Əli Məmmədli (“Arpaçay” klubu, hər ikisi 12-13 yaş uşaqlar), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş gənclər), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş uşaqlar) və Ramilə Heydərova (“Arpaçay” klubu) isə bürünc mükafata layiq olublar. İlk Beynəlxalq “Open Azerbaijan” virtual turnirində 9 ölkədən 26 klubu təmsil edən 76 idmançı iştirak edib.

    Ətraflı   15:45     03-Aug-2020     665
  • alternative title

    “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib

    “Trabzonspor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Qara dəniz təmsilçisi Eddi Nyuton ilə razılığa gəlib. E.Nyuton bundan əvvəl əsas komandada məşqçi vəzifəsində çalışıb. Baş məşqçi Hüseyn Şimşirin istefaya göndərilməsindən sonra “Trabzonspor” onun rəhbərliyi altında Türkiyə kubokunun finalında “Alanyaspor”a 2:0 hesabı ilə qalib gəlib. E.Nyuton ilk dəfə baş məşqçi kimi çalışacaq. O, “Trabzonspor”dan əvvəl “Çelsi” və “Vest Bromviç”də köməkçi kimi işləyib.

    Ətraflı   15:44     03-Aug-2020     1453
  • alternative title

    Luis Hamilton karyerasında 87-ci qələbəsini qazanıb

    Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib. Mövsümün dördüncü yarışında “Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü “Red Bull”un pilotu Maks Ferstappen və “Ferrari”nin üzvü Şarl Lekler tamamlayıblar. L.Hamilton cari mövsüm 3-cü, yarışın keçirildiyi Silverstoun trasında 7-ci və karyerasında isə 87-ci qələbəsini qazanıb. Pilotların siyahısına 88 xalla L.Hamilton başçılıq edir. V.Bottas 58 xalla ikinci, M.Ferstappen isə 52 xalla üçüncü pillədə qərarlaşıblar. Növbəti yarış avqustun 9-da yenidən Böyük Britaniyada təşkil olunacaq.

    Ətraflı   15:43     03-Aug-2020     563
  • alternative title

    “Qalatasaray” klubu Cefferson Lerma ilə maraqlanır

    “Qalatasaray” komandadan ayrılan futbolçuların yerini doldurmağa çalışır. AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisinin yeni hədəfi bu mövsüm İngiltərə Premyer Liqasından Çempionşipə düşən “Bornmut”un yarımmüdafiəçisi Cefferson Lermadır. Klub futbolçunu icarə əsasında heyətə cəlb etmək niyyətindədir. Bu keçidə “Bornmut”un da müsbət yanaşdığı bildirilir. İyirmi beş yaşlı yarımmüdafiəçiyə birillik müqavilə və 1,5 milyon avro qiymət təklif olunub. İngiltərə tərəfi isə C.Lerma üçün 2,5 milyon avro istəyib. Futbolçunun ümumi transfer qiyməti isə 28 milyon avrodur.

    Ətraflı   15:42     03-Aug-2020     916
  • alternative title

    “Barselona” Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir

    “Barselona” klubu Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir. Hazırda 2022-ci ilədək komanda ilə sözləşməsi olan portuqaliyalının müqaviləsi 2025-ci ilə kimi artırılacaq. Bundan başqa onun sərbəst qalmaq qiyməti və maaşı da yüksəldiləcək. Bir sıra klubların diqqət mərkəzində olan 26 yaşlı portuqaliyalı müdafiəçi bu mövsüm La Liqada 32 oyuna 1 qol və 4 assistlə yadda qalıb.

    Ətraflı   15:41     03-Aug-2020     233
  • alternative title

    “Arsenal” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır

    “Arsenal” klubu “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır. London klubunun baş məşqçisi Mikel Artetanın 27 yaşlı sambaçının keçidini israrla istədiyi bildirilir. “Mançester Siti”nin də maraq dairəsində olan D.Karlosun sərbəst qalmaq qiyməti 75 milyon avrodur. O, bu mövsüm “Sevilya”nın heyətində La Liqada 35 oyunda çıxış edib və 2 qol vurub.

    Ətraflı   15:40     03-Aug-2020     1214
  • alternative title

    Məşhur futbolçudan arvadının ona xəyanət etdiyini deyənlərə qeyri-adi cavab - FOTO

    İtaliya mediası “Atalanta” kluvunun sloveniyalı futbolçusu Yosip İliçiçin arvadının ona xəyanət etdiyini yazıb. “HaberGlobal” xəbər verir ki, mətbuat İliçiçin həyat yoldaşına sürpriz etmək üçün Sloveniyaya getdiyini, orada qadını başqası ilə yaxaladığını yazıb. Bundan başqa, onun depresiyaya düşdüyüvə futboldan uzaqlaşmaq istədiyi yazılıb. Sloveniyalı futbolçu isə bu tipli xəbərlərə son qoymaq üçün sosial şəbəkə hesabında arvadı ilə fotosunu paylaşıb. Qeyd edək ki, İtaliyanın A Seriyasında futbolçu bu mövsüm çıxdığı 34 oyunda 21 qol vurub və doqquz məhsuldar ötürmə edib.

    Ətraflı   12:18     03-Aug-2020     1114
  • alternative title

    Nurməhəmmədov növbəti döyüşü üçün ABŞ-a gedəcəyi vaxtı açıqladı

    UFC çempionu, rusiyalı Həbib Nurməhəmmədov məşqlərə başladığını açıqlayıb. Bununla bağlı o, “Instagram” hesabında məlumat verib. Onun sözlərinə görə, amerikalı Castin Qetji ilə döyüşə hazırlaşmaq üçün ağır məşqlərdən keçməlidir. 31 yaşlı Həbib sentyabrda ABŞ-a gedəcəyini, orada Xavyer Mendesin rəhbərliyi alında “American Kickboxing Academy”də məşq edəcəyini bildirib. Qeyd edək ki, Həbib ilə Qetji arasında döyüş oktyabr ayında baş tutacaq.

    Ətraflı   12:16     03-Aug-2020     1041
  • alternative title

    “Sabah” monteneqrolu müdafiəçini transfer etdi

    “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb. Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib. Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.

    Ətraflı   12:06     03-Aug-2020     1231
  • alternative title

    Azərbaycan yığmasının toplanışının vaxtı bilindi

    Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı bəlli olub. Bunu yığmamızın baş məşqçisi Canni De Byazinin korpusunda yer alacaq Alessandro Skayya açıqlayıb. O bildirib ki, millinin hazırlıq prosesi avqustun 28-də başlayacaq: “Toplanışın startı avqustun 28-nə nəzərdə tutulub. Millətlər Liqasındakı ilk matç sentyabrın 5-də keçiriləcək. Lüksemburqla qarşılaşma bizim üçün debüt olacaq. Buna görə də biz bir az tez getmək istəyirik. Amma hələ ki avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var. Yalnız avrokuboklarda oynayan komandalar məşq edir. Söhbət “Qarabağ”, “Neftçi” və başqalarından gedir”. Hazırlıq sentyabrın 8-dəki matçla bitəcək. Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Monteneqro ilə üz-üzə gələcək.

    Ətraflı   12:03     03-Aug-2020     1118

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:09     03-Aug-2020     4405
  • alternative title 14:11     03-Aug-2020     4817
  • alternative title 12:41     03-Aug-2020     5172
  • alternative title 12:38     03-Aug-2020     5388
  • alternative title 12:22     03-Aug-2020     5239
image title here

Some title