Loading alternative title

HADİSƏ

  • alternative title

    Türkiyədə qayığın batması nəticəsində dörd nəfər ölüb

    Avqustun 2-də Türkiyənin İzmir vilayətinin Foça rayonu ərazisində “Egem” qayığı batıb. Hadisə nəticəsində qayıqda olan on nəfərdən dördü həlak olub. Digər şəxslərdən birinin axtarışları davam edir. Beş nəfər xilas edilərək ətrafdakı xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırma başladılıb.

    Ətraflı   17:09     03-Aug-2020     4311
  • alternative title

    Bakıda axtarışda olan qadın mənzildən oğurluq etdi

    Bakıda mənzildə oğurluq hadisəsi baş verib. Hadisə avqustun 1-də günorta saatlarında paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Belə ki, naməlum şəxs evə açıq qapıdan keçməklə içərisində 40 manat və 50 avro pul, 180 manat dəyərində qızıl-zinət əşyaları, saat və sənədlər olan iki ədəd əl çantasını oğurlayıb. Faktla bağlı başlanılan cinayət işi üzrə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə (177, 234, 231, 185) məhkum olunmuş və CM-nin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Günay Abdullayeva saxlanılıb. Faktla bağlı başlanılan cinayət işi üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Ətraflı   14:11     03-Aug-2020     4774
  • alternative title

    Bakıda qəza: 61 yaşlı qadın xəsarət aldı

    Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Balaşzadə Rəna Əliquşad qızı xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   12:41     03-Aug-2020     5108
  • alternative title

    Qarabağ qazisi avtomobil qəzasında öldü

    Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Biləsuvar rayonunun ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1969-ci il təvəllüdlü Qədir Əsəd oğlu Musayev idarə etdiyi “NAZ Lifan” markalı minik avtomobilini aşırıb. Qəza nəticəsində sürücü həyatını itirib. Qeyd edək ki, Q.Musayev Qarabağ qazisidir və Birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   12:38     03-Aug-2020     5302
  • alternative title

    Oyun parkında kütləvi dava: Dörd yaralı

    Türkiyədə oyun parkında iki qrup gənc arasında başlayan mübahisə qanla bitib. Hadisə Adana şəhərində baş verib. Bildirilib ki, davada dörd nəfər yaralanıb. Onlardan biri bıçaqlanıb, digərləri isə döyülüb. Mübahisədə iştirak edən gənclərin bir qismi hadisə yerindən qaçıb. Beş nəfər isə polislər tərəfindən tutulub.

    Ətraflı   12:22     03-Aug-2020     5185
  • alternative title

    Şəmkirdə yük maşını “Niva” ilə toqquşdu: Xəsarət alanlar var

    Bu gün axşam saatlarında Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı TIR və “Niva” toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilib. Qəzanın səbəbləri məlum deyil.

    Ətraflı   11:51     03-Aug-2020     1495
  • alternative title

    Qazaxda minik avtomobili aşdı: Xəsarət alanlar var

    Qazaxda yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Ürkməzli kəndində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 23 yaşlı üç nəfər - Allahverdiyev Natiq, Osmanov Amil, Alıyev Təyyar xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   11:46     03-Aug-2020     949
  • alternative title

    Şəmkirdə qəza: İki avtomobil toqquşdu, iki nəfər yaralandı

    Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Great Wall” markalı avtomobili toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   11:31     03-Aug-2020     652
  • alternative title

    Mingəçevirdə zəncirvari qəza: Dörd maşın toqquşdu, bir nəfər xəstəxanalıq oldu

    Mingəçevirdə zəncirvarı yol qəzası olub. Hadisə Təbriz küçəsində baş verib. İdarəetmədən çıxan dörd minik avtomobili “Mercedes”, “VAZ 2106”, “VAZ 2107” və “VAZ 21099” markalı maşınlar toqquşub. Hadisə zamanı “VAZ 21099” aşıb. Hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   11:13     03-Aug-2020     764
  • alternative title

    Ağcabədidə çətənə bitkisi yetişdirən şəxslər saxlanılıb - FOTO

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hindarx qəsəbə sakinləri E. Atalıyev və A. Mirzəyeva saxlanılıb. E. Atalıyevin yaşadığı ünvana baxış keçirilən zaman həyətindən 14 ədəd çətənə kolu və A. Mirzəyevanın isə həyətyanı sahəsinə baxış keçirilən zaman oradan da aqrotexniki qaydada qulluq edilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

    Ətraflı   11:12     03-Aug-2020     1162
  • alternative title

    Sumqayıtda soyğunçuluq edən şəxs saxlanılıb - FOTO

    Sumqayıtda soyğunçuluq faktının üstü isti izlərlə açılıb. Şəhər sakini Nərgiz Abbasova Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət edərək ona məxsus 860 manat pulun marşrutda oğurlandığını bildirib. Polis əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1979-cu il təvəllüdlü Ceyhun Əhmədli olduğu müəyyən olunub. Saxlanılan şəxs 25 nömrəli marşrut avtobusunda qadına qarşı soyğunçuluq etdiyini etiraf edib. Davam etdirilən əməliyyat tədbirləri zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif vaxtlarda vətəndaş Ülkər Məmmədovadan 50 manat pul, dəyəri 350 manat olan mobil telefon, Lalə İbrahimovadan bir ədəd telefon və Şəmrus Səlimovadan 640 manat pulu soyğunçuluq yolu ilə əldə edib. Bu C. Əhmədlinin ilk məhkumluğu olmayacaq. Belə ki, o müxtəlif maddələrlə 8 dəfə məhkumluq həyatı yaşayıb. Saxlanılan şəxsin əməllərindən zərərçəkənlərin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin (018) 65 4 42 03 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.

    Ətraflı   11:10     03-Aug-2020     343
  • alternative title

    Minik avtomobili mağazaya çırpıldı, sürücü xəsarət aldı

    Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil mağazaya çırpılıb. Sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   11:03     03-Aug-2020     1150
  • alternative title

    Bakıda dəhşətli qəza: Avtomobil iki yaşlı körpənin üstündən keçdi

    Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Suraxanı rayonunda qeydə alınıb. Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub. Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   10:51     03-Aug-2020     1347
  • alternative title

    Bakıda kişini döyüb tanınmaz hala saldılar

    Bakıda döyülmə hadisəsi baş verib. Hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Əliyev Camal Fərhad oğlu qonşusu tərəfindən döyulərək ağır bədən xəsarətləri alıb. Başından aldığı zərbə ilə qan itirən və sifəti tanınmaz hala düşən yaralı təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun üz və təpə-ənsə nahiyəsində çoxsaylı zərbələr aşkarlanıb. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   10:49     03-Aug-2020     1076
  • alternative title

    Azərbaycanda silahlı narkotacir polisə atəş açdı - FOTO

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar. Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb. Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub. Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Ətraflı   10:22     03-Aug-2020     1764
  • alternative title

    Gəncədə qaz partladı: Xəsarət alan var

    Gəncə sakini yanıq xəsarətləri alıb. Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 1956-cı il təvəllüdlü Kərimov Vidadi Rəşid oğlu bədəninin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 64 yaşlı kişi yaşadığı evin vanna otağında qazı yandıran zaman partlayış olub. Hadisənin başvermə səbəbləri araşdırılır.

    Ətraflı   10:19     03-Aug-2020     556
  • alternative title

    Bakıda avtomobil 13 yaşlı qızı vurdu

    Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Yasamal rayonunda qeydə alınıb. Minik avtomobili yolu keçən 2007-ci il təvəllüdlü Bəkirova Gülcamal Timur qızını vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı G.Bəkirovaya sağ qamış sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   10:12     03-Aug-2020     524
  • alternative title

    Uzun müddət xəstəlikdən əziyyət çəkən şəxs intihar etdi

    Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Hadisə Cəlilabad şəhərinin Həməşəra küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Həmin küçənin sakini, 1960-cı il təvəllüdlü Ehtiram Bəşirov özünü yaşadığı evdə asaraq intihar edib. İlkin məlumata görə, intihar səbəb onun, uzun müddətdi xəstəlikdən əziyyət çəkməsidir. Qeyd edək ki, o, əvvəl də intihara cəhd edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Ətraflı   10:10     03-Aug-2020     433
  • alternative title

    Bakı sakini 36 yaşlı qayınını bıçaqladı

    Bakının Xətai rayonunda məişət münaqişəsi bir nəfərin bıçaqlanaraq, ağır yaralanması ilə başa çatıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyulun 31-də saat 21:00 radələrində 1987-ci il təvəllüdlü paytaxt sakini Seymur Məlikov 1984-cü il təvəllüdlü qayını Elmir Hüseynovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Zərərçəkən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Cinayətin törədilməsində şübhəli bilinən şəxs tutulub, onun barəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi (ağır xəsarət yetirmə) üzrə cinayət işinə başlanılıb.

    Ətraflı   14:19     01-Aug-2020     7909
  • alternative title

    Bakıda bir gündə qəzalarda üç nəfər öldü

    Ötən gün Bakıda ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Binəqədi rayonunun Biləcəri qəsəbəsində iyulun 31-də saat 23:30 radələrində “Mercedes” markalı avtomobili idarə edən 1985-ci il təvəllüdlü paytaxt sakini Q.Zamanovun 17 yaşlı Məhəmməd Quliyevi vurması nəticəsində piyada hadisə yerində ölüb. Həmin gün saat 16:15 radələrində Sabunçu rayonunda, Bakı-Mərdəkan yolunda “Mercedes” avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Sadıxov yolu keçmək istəyən 50-55 yaşlı qadını vurub. Ölən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib. Xəzər rayonunun Binə qəsəbəsində “VAZ-2106”, “Mercedes” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, “Jiguli”nin sürücüsü, 1986-cı il təvəllüdlü Beyləqan rayon sakini Cavid Xanəliyev ölüb. Faktlar paytaxtın rayon polis şöbələri tərəfindən araşdırılır.

    Ətraflı   14:14     01-Aug-2020     7927

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:09     03-Aug-2020     4311
  • alternative title 14:11     03-Aug-2020     4774
  • alternative title 12:41     03-Aug-2020     5108
  • alternative title 12:38     03-Aug-2020     5302
  • alternative title 12:22     03-Aug-2020     5185
image title here

Some title