Loading alternative title

HƏRBİ

  • alternative title

    Türkiyəli hərbçilər Naxçıvanın tarixi-mədəni yerlərini ziyarət etdilər - FOTO

    Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini, “Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər. Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnika ilə tanış olub, əsgərlərimizlə birlikdə nahar ediblər.

    Ətraflı   18:27     03-Aug-2020     1353
  • alternative title

    Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başladı

    2020-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar bütün hərbi hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris bazası və tam təchizatı yoxlanılıb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirlərdə tədris dövrü üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılaraq qoşunların bir mərkəzdən idarə olunmasının təkmilləşdirilməsi və uzlaşmış fəaliyyətə nail olunması məqsədi ilə məşğələ və təlimlərin davamlı keçiriləcəyi bildirilib. Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris dövründə döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər. Birləşmə və hissələrdə təntənəli keçidlərdən sonra Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı əlaqələndirilməsi məqsədi ilə yeni tədris dövrünün ilk məşğələlərinin keçirilməsinə başlanılıb. Bölmələrdə döyüş hesabatı və tapşırıqlar dəqiqləşdirilir, qoşunlar döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında bölmələr tərkibində həyəcan siqnalı ilə məşq etdirilir.

    Ətraflı   18:19     03-Aug-2020     1177
  • alternative title

    Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

    Hərbi əməkdaşlıq haqqında sazişə əsasən, ölkəmizdə keçirilən Azərbaycan - Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, plana əsasən, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb. Təlimin ssenarisinə uyğun olaraq, təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər. Təlimlər davam edir.

    Ətraflı   11:16     03-Aug-2020     257
  • alternative title

    Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:20     03-Aug-2020     1229
  • alternative title

    “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır”

    Ölkəmizdə davam edən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin iştirakçıları üçün “N” nömrəli hərbi hissənin əsgər klubunda təntənəli bayram mərasim keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. İki ölkənin dövlət bayraqları ilə bəzədilən salonda əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hər iki dövlətin himnləri ifa olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müdafiə nazirinin Qurban bayramı münasibətilə təbrikləri tədbir iştirakçılarına çatdırılıb. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan və Türkiyə xalqlarının tarixi dostluq, qardaşlıq ənənələrindən, bu münasibətlərin bu gün də möhtərəm prezidentlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında daha da möhkəmlənərək uğurla davam etdiyindən danışıb. Ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Paşanın “Sevincimiz də, kədərimiz də birdir” kəlamları mərasimin leytmotivinə çevrilib. Keçən əsrin əvvəllərində Azərbaycan oğullarının Çanaqqala savaşında göstərdikləri qəhrəmanlıq, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri ilə birlikdə Bakını işğaldan azad etməsi, Kazım Qarabəkir Paşanın rəhbərliyi ilə Naxçıvanda ermənilərin törətdikləri qətliamlara son qoyulması minnətdarlıqla yad edilib. Cari ilin iyul ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində baş verən hərbi toqquşma barədə A.Qurbani bildirib ki, ilk gündən qardaş Türkiyə də bizə mənəvi dayaq oldu. Qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq ölkəmizdə bu il də reallaşan hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri yenə də Ermənistan tərəfini qorxuya salıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi düşmən bilməlidir ki, “Erməni silahlı qüvvələri Azərbaycan torpağından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır” - kəlamları tədbir iştirakçıları tərəfindən ayaqda alqışlanıb. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun ifasında Türkiyə və Azərbaycan xalqlarının musiqi, mahnı və rəqslərindən, savaş marşlarından ibarət konsert proqramı böyük maraqla qarşılanıb, videoçarxlar nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılara Abdulla Qurbaninin Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə hazırladığı “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomlar hədiyyə edilib.

    Ətraflı   17:37     01-Aug-2020     402
  • alternative title

    Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri keçirilir

    Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Bununla bağlı NUHÇIXAN İnformasiya Agentliyi xəbər yayıb. Təlimin ssenarisinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də, Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb. Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir. Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.

    Ətraflı   17:37     01-Aug-2020     429
  • alternative title

    Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   15:30     01-Aug-2020     390
  • alternative title

    Hərbi hissələrdə Qurban bayramı qeyd edilib - FOTO

    Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib. MN-dən verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb. Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.

    Ətraflı   10:14     01-Aug-2020     265
  • alternative title

    Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı

    Rusiya Cənub Hərbi Dairəsinin dörd mindən çox hərbçisi Ermənistan, Rostov və Volqoqrad bölgələrində batalyon taktiki təlimlərinə başlayıb. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Qeyd olunub ki, kəşfiyyat və atəş komplekslərinin tərkibindəki tank bölmələri dağlıq ərazilərin arxasındakı dörd min metrədək məsafədə yerləşən hədəflərə canlı atəş açıblar. Taktiki batalyon qrupları tam hazır vəziyyətdə təchiz olunaraq Rostov bölgəsində Volqoqrad və Kuzminski yaxınlığındakı Prudboy poliqonunda birləşmiş silah hazırlıqlarına cəlb olunublar. Bölmələrin manevrli müdafiəsi şəraitində mühəndislik bölmələri döyüş əsnasında zirehli maşınlar üçün sığınacaqların yaradılması və atəş əleyhinə manevrlərin edilməsini təmin edən “Suriya səddi” taktikasından istifadə edib. Qeyd edək ki, daha əvvəl Şimali və Cənubi Qafqazın beş bölgəsində eyni vaxtda beş mindən çox hərbçinin və 800-ə yaxın silah və hərbi texnikanın cəlb olunduğu batalyon taktiki təlimlərinin keçirildiyi bildirilmişdi.

    Ətraflı   10:11     01-Aug-2020     327
  • alternative title

    Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:05     01-Aug-2020     341
  • alternative title

    Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub

    İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb. Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.

    Ətraflı   17:29     31-Jul-2020     1682
  • alternative title

    Hulusi Akardan Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilə bağlı AÇIQLAMA

    Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin davam etdiyini deyib. “HaberGlobal” məlumat verir ki, nazir bunların planlaşdırılmış təlimlər olduğunu bildirib: “Hazırda orada illik planlaşdırılan təlimlərimiz var. Quru və hava qüvvələri üzvlərimiz Azərbaycandakı qardaşlarımızla birlikdə geniş işlərini davam etdirir, eyni zamanda bu, hər iki ölkənin silahlı qüvvələri üçün də faydalıdır. Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanındayıq və olmağa da davam edəcəyik. Hazırda “TurAz Qartalı” təlimimiz var. Bunlar planlı təlimlərdir. Lakin bəziləri buna başqa mənalar yükləyirlər. Hazırda fəaliyyət uğurla davam edir”.

    Ətraflı   16:50     31-Jul-2020     1295
  • alternative title

    “TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək F-16 təyyarələri Azərbaycana gəlib

    “TurAz Qartalı - 2020” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğularaq bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.

    Ətraflı   14:30     31-Jul-2020     1115
  • alternative title

    Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək - RƏSMİ

    “Ermənistan silahlı qüvvələrinin mərkəzi tabelikdə olan, eləcə də, birinci eşelonda yerləşən hərbi hissələrinin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi və onların qəfil yoxlanılmasının səbəbi ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin Ermənistan hakimiyyətində yaratdığı xof və qorxudur”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanın dünən Balakəndə söylədiyi “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır… Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!” fikirlərini əsas tutan Azərbaycan Ordusunun şəxsi heyəti qarşıda duran bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün peşəkarlığını və döyüş qabiliyyətini gündəlik məşqlər və təlimlərdə daim artırır. “Ordumuzun döyüş qabiliyyəti və hərbi potensialı döyüş meydanında düşmən üzərində üstünlüyümüzü təmin edəcək ən əsas göstəricidir. Əgər Ermənistan tərəfi çirkin niyyətlərinə nail olmaq üçün yenidən təxribatlara əl atarsa, Azərbaycan Ordusu onların cavabını layiqincə verəcək”, - deyə nazirlidən bildirilib.

    Ətraflı   12:37     31-Jul-2020     1225
  • alternative title

    Ermənistan ordusu təşvişdə: Yoxlamalar başladı

    Ermənistanda qoşunların hazırlıq vəziyyətinin qəfil yoxlanılmasına başlanılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib. Mətbuat katibi bildirib ki, yoxlamalarda birinci eşelonun birləşmələri, hərbi hissələr və mərkəzə tabe olan qüvvələrin bir hissəsi iştirak edir. Ş.Stepanyan bildirib ki, sözügedən birləşmələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, onların döyüş qabiliyyəti, gərgin vəziyyətdə sürətli fəaliyyət qabiliyyəti yoxlanılır.

    Ətraflı   11:32     31-Jul-2020     345
  • alternative title

    Düşmən Naxçıvan istiqamətində atəşkəsi pozdu - RƏSMİ

    Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir.: “Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”.

    Ətraflı   10:56     31-Jul-2020     458
  • alternative title

    İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

    İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb. Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər. Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib. Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

    Ətraflı   10:24     31-Jul-2020     361
  • alternative title

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

    Ermənistan Respublikası Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:23     31-Jul-2020     1239
  • alternative title

    Türkiyə HHQ-nin nümayəndələri Gəncə şəhərinə gəlib

    “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

    Ətraflı   15:27     30-Jul-2020     1199
  • alternative title

    Azərbaycan-Türkiyə birgə təlimlərinin birinci mərhələsi keçirilir

    Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır. Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.

    Ətraflı   12:50     30-Jul-2020     1384

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:09     03-Aug-2020     4311
  • alternative title 14:11     03-Aug-2020     4774
  • alternative title 12:41     03-Aug-2020     5108
  • alternative title 12:38     03-Aug-2020     5302
  • alternative title 12:22     03-Aug-2020     5162
image title here

Some title