Loading alternative title

İQTİSADİYYAT

  • alternative title

    Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi

    Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən bildirilib ki, bankın oktyabrın 28-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Ətraflı   17:31     27-Oct-2020     383
  • alternative title

    “SOCAR-AQŞ” MMC-yə yeni baş direktor təyin edilib

    “SOCAR-AQŞ” MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Ramin İsayev müəssisənin baş direktoru vəzifəsindən azad edilib. Təsisçilərinin qərarına əsasən, Samir Mollayev müəssisənin yeni baş direktoru təyin edilib. Samir Mollayev yeni təyinatından öncə “SOCAR-AQŞ” nin səhmdarlarından biri olan “Nobel Oil Services” şirkətlər qrupunda Qazma Biznesi üzrə Baş Əməliyyat Direktoru vəzifəsində çalışıb. Bu vəzifədə şirkətlər qrupunun qazma biznesinin inkişafı istiqamətində müxtəlif layihələrinin, o cümlədən, “Nobel Oil Services” şirkətinin Qazaxıstanda “Evrika Oleum” şirkətinin neft yatağında quyuların qazılması üzrə idarəetmə xidmətləri və digər layihələrin iştirakçısı olub. Neft-qaz sənayesi üzrə peşəkar karyerasına 2006-cı ildə “Schlumberger” şirkətində Quyuların Yoxlanılması Mühəndisi vəzifəsində başlayan Samir Mollayev daha sonra Birləşmiş Krallıqda və Danimarkada Baş Sahə Mühəndisi kimi çalışıb. 2009-cu ildən BP şirkətində “Quyuların qazılması, tamamlanması, test edilməsi, təmiri, geoloji-texniki işlər və quyuların kompleks mühəndislik xidmətləri’’ komandasının yuxarı rəhbəri vəzifəsində çalışan S.Mollayev 2010/2011-ci illərdə ABŞ-da müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edərək, liderlik bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib. “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. “SOCAR-AQŞ” həm Xəzərin Azərbaycan sektorunda, həm də Türkiyədə həyata keçirdiyi qazma əməliyyatlarını uğurla davam etdirir. Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və AQŞ şirkətləridir.

    Ətraflı   17:21     27-Oct-2020     301
  • alternative title

    Sığorta şirkətləri cari ildə 581,5 milyon manat sığorta haqqı yığıb

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 581 milyon 509 min manat həcmində sığorta haqqı toplanıb. Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, 9 ayda sığorta şirkətləri tərəfindən 307 milyon 762 min manat həcmində ödəniş həyata keçirilib.

    Ətraflı   17:17     27-Oct-2020     346
  • alternative title

    Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

    Oktyabrın 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104012775 ISIN-li, 30 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 91.7850 AZN (8.9995 faiz) və 93.6220 AZN (6.85 faiz) olan 24 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93.5785 AZN (6.8999 faiz), orta ölçülmüş qiyməti 93.5806 AZN (6.8975 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 101 milyon 822 min 100 manat, yerləşdirilmiş həcmi isə 42 milyon 500 min manat təşkil edib. İstiqrazlar gələn il oktyabrın 26-da ödəniləcək. Hərrac iştirakçıları oktyabrın 28-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

    Ətraflı   17:16     27-Oct-2020     350
  • alternative title

    KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub - FOTO

    KOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, KOBİA könüllüləri Azərbaycan ordusuna mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub. Ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin və Xaçmaz KOB evinin 50-yə yaxın könüllüsü “ASAN xidmət” mərkəzlərindən və www.esgeremektub.az saytından istifadə etməklə Azərbaycan əsgərlərinə məktublar göndəriblər. “KOB könüllüləri”nin məktublarında əsgərlərimizin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından fəxrlə bəhs edilir, tarix yazan müzəffər Azərbaycan ordusunun mənfur düşmənə qarşı göstərdiyi rəşadətə görə minnətdarlıq ifadə olunur.

    Ətraflı   16:23     27-Oct-2020     346
  • alternative title

    Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb

    Yanvar-sentyabr aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 5938,1 kiloqram olub. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artıb. Oktyabrın 1-nə olan vəziyyətə əsasən, 524,2 kiloqram hazır məhsul ehtiyatı qalıb.

    Ətraflı   16:13     27-Oct-2020     281
  • alternative title

    Ötən ay Azərbaycandan MDB ölkələrinə 77,7 milyon dollarlıq məhsul göndərilib

    Sentyabrda Azərbaycandan MDB ölkələrinə 77,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 242,2 milyon dollar olub.

    Ətraflı   16:10     27-Oct-2020     268
  • alternative title

    Əhalinin banklardakı əmanətləri azalıb

    Oktyabrın 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard 834,2 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı AMB) xəbər verir ki, əhalinin banklardakı əmanətləri son bir ayda 40,2 milyon manat, ilin əvvəli ilə müqayisədə 803,7 milyon azalıb.

    Ətraflı   16:06     27-Oct-2020     323
  • alternative title

    Vətəndaşların nəzərinə! “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşları “WhatsApp” üzərindən məşhur şirkətlərin adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edir. Nazirlikdən bildirilib ki, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq məqsədilə onlara “WhatsApp” üzərindən “Adidas” və digər məşhur şirkətlərin adından “spam” mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər. Hədiyyəni əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq anketi doldurması istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir. Bununla yanaşı, istifadəçidən, həmçinin mobil nömrəsini daxil etməklə həmin mesajı nömrə siyahısında olan 20 “WhatsApp” istifadəçisinə göndərməsi tələb olunur. Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir. Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır. Vətəndaşlardan xahiş olunur ki, hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda “www.cert.az” saytı və ya “reports@cert.az” elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

    Ətraflı   16:01     27-Oct-2020     255
  • alternative title

    Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

    Oktyabrın 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən bildirilib ki, hərraca çıxarılan notların həcmi 150 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar noyabrın 25-də ödəniləcək. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır. Notların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizədək artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4974 - 99.5351 AZN təşkil edir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

    Ətraflı   15:56     27-Oct-2020     321
  • alternative title

    Dövlət Neft Fondu Koreya vonunu investisiya portfelindən çıxarıb

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Koreya vonunu investisiya portfelindən çıxarıb. Bu barədə fondun cari ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir. Xatırladaq ki, ilin ikinci rübünün sonuna Koreya vonu ARDNF-in investisiya portfelinin 0,5 faizini təşkil edirdi.

    Ətraflı   15:52     27-Oct-2020     333
  • alternative title

    Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

    Cari ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları 0,6 ton artıb. Neft Fondunun 2020-cu ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir ki, bu il sentyabrın 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 101,8 ton olub. İlin əvvəlinə olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın həcmi 101,2 ton idi. Beləliklə də, Neft Fondu cari ildə 0,6 ton qızıl alıb. Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 14,4 faizini, ABŞ dolları portfelinin isə 6 milyard 186,3 milyon dollarlıq hissəsi təşkil edir.

    Ətraflı   15:51     27-Oct-2020     318
  • alternative title

    Doqquz ayda Azərbaycana gələn əcnəbilərin 28,7 faizi hava nəqliyyatından istifadə edib

    Yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin 28,7 faizi hava nəqliyyatından istifadə edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatı ilə ölkəmizə gəlib.

    Ətraflı   15:28     27-Oct-2020     273
  • alternative title

    Maliyyə Nazirliyi: nazir Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistanın növbəti təxribatıdır

    Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib. Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir. Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.

    Ətraflı   15:27     27-Oct-2020     334
  • alternative title

    Metrodan istifadə edənlərin sayı azalıb

    Cari ilin yanvar-sentyabr aylarında 69,6 milyon nəfər metrodan istifadə edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 59 faiz azalıb.

    Ətraflı   15:18     27-Oct-2020     327
  • alternative title

    Mis filizləri və konsentratlarının istehsalı artıb

    Yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərinin 1945,7 tonu mis filizləri və konsentratlarının payına düşüb. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz artıb. Oktyabrın 1-nə hazır məhsul ehtiyatı 350,5 ton təşkil edib.

    Ətraflı   15:14     27-Oct-2020     369
  • alternative title

    Bank sektorunun aktivləri 30,6 milyard manat olub

    Oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 milyard 619 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 14 milyard 497 milyon manat, bank sektorunun cəmi öhdəlikləri 25 milyard 994,6 milyon manat təşkil edib. Öhdəliklərin 19 milyard 377,4 milyon manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib. Bank sektorunun kapitalı isə 4 milyard 624,4 milyon manat olub.

    Ətraflı   15:13     27-Oct-2020     313
  • alternative title

    Neft Fondunun aktivlərinin 65,2 faizi istiqrazlar və pul bazarı alətləridir

    Sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 65,2 faizi istiqrazlar və pul bazarı alətləri, 14,4 faizi səhmlər, 6 faizi daşınmaz əmlak və 14,4 faizi (101,8 ton) isə qızıl təşkil edib. Bu barədə Neft Fondunun cari ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.

    Ətraflı   15:09     27-Oct-2020     298
  • alternative title

    Dövlət Neft Fondunun ABŞ dolları portfelinin 14,4 faizi qızıl investisiyalarıdır

    Cari il sentyabrın 30-na ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 68,4 faizini, avro 20,5 faizini, funt sterlinq 5,1 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,6 faizini, Rusiya rublu 0,5 faizini, Çin yuanı 1,2 faizini, Yaponiya yeni 1,5 faizini, digər valyutalar isə 1,6 faizini təşkil edib. Bu barədə ARDNF-in 2020-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir. Hesabata görə, ABŞ dolları portfelinin 6 milyard 186,3 milyon dollarlıq hissəsini (14,4 faiz) qızıl investisiyaları təşkil edib. Həmçinin ARDNF-in investisiya portfelinin 293,03 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır. Qeyd edək ki, sentyabrın 30-na fondun aktivləri cari ilin əvvəlinə (43 milyard 323,3 milyon ABŞ dolları) nisbətən 0,08 faiz azalaraq 43 milyard 288,6 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.

    Ətraflı   15:02     27-Oct-2020     287
  • alternative title

    Cari ildə Azərbaycanda 18,4 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

    Yanvar-sentyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 18 milyard 403,2 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 7 milyard 823,4 milyon dolları idxalın, 10 milyard 579,8 milyon dolları isə ixracın payına düşüb.

    Ətraflı   14:49     27-Oct-2020     360

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:40     27-Oct-2020     1306
  • alternative title 11:25     27-Oct-2020     1196
  • alternative title 11:05     27-Oct-2020     352
  • alternative title 10:32     27-Oct-2020     371
  • alternative title 11:23     26-Oct-2020     503
image title here

Some title