Loading alternative title

Covid-19

  • alternative title

    Misirdə COVID-19-a yoluxanların sayı 95 minə çatır

    Misirdə COVID-19-a yoluxanların sayı 95 minə çatır. Həmçinin pandemiya dövründə 4865 pasiyent vəfat edib. QALANEWS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmisi Hüssam Hüsnü keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, son həftə ərzində yoluxma və ölüm hallarında ciddi azalma müşahidə olunur. Son sutka ərzində isə 167 nəfər yeni növ koronavirusa yoluxub, 31 pasiyent isə həyatını itirib. Rəsmi statistikaya əsasən, Misirdə yoluxma halları azalsa da, həyatını itirənlərin sayı hələ də yüksək olaraq qalır. Bunun qarşısını almaq üçün ölkədə 15 tibb mərkəzində yeni növ koronavirusdan sağalanların könüllü qan plazması donor məntəqələri açılıb. Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, donorların sayəsində son bir ayda karantin xəstəxanalarında pasiyentlərin 44,9 faizi sağalıb. Misirin Səhiyyə naziri Halə Zayid bildirib ki, hazırda Yaxın Şərq və Afrikada ən böyük tibb sənayesi müəssisələrinə malik olan bu ölkədə “Remdesivir” preparatının istehsalı artırılıb. Artıq ərəb və Afrika ölkələrinə COVID-19 əleyhinə dərman preparatları və qoruyucu vasitələrin ixracına başlanılıb.

    Ətraflı   18:41     03-Aug-2020     1443
  • alternative title

    TƏBİB-dən koronavirusla bağlı ÇAĞIRIŞ

    “Xəstəlikdən sağalmış insanların plazmasından müalicədə istifadə davam edir. Burada tibbi göstərişlər və əks göstərişlər var”. QALANEWS-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. O bildirib ki, hər sağalmış xəstənin qanı istifadə edilmir: “Burada tibbi cəhətlər var. Həmçinin, bu, könüllü prosesdir. Hər bir sağalan vətəndaş müraciət etsə, diqqətlə yanaşılacaq və könüllü donor olanların bazası yaradılsa, o donorlar cəlb olunacaq”. “Bu proses davam edir. Könüllü olaraq sağalan vətəndaşların müraciətinə ehtiyac var. Plazmalara xəstələrin sağalmasında böyük ehtiyac var”, - deyə o qeyd edib.

    Ətraflı   18:29     03-Aug-2020     1208
  • alternative title

    Koronavirus vaksinlərinin alınması ilə bağlı danışıqlar aparılır - RƏSMİ

    “Vaksin üzrə dərmanların hazırlanması və pandemiya çərçivəsində səylərin birləşdirilməsi əsas məqamlardan biridir”. QALANEWS-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. O qeyd edib ki, Azərbaycan Respublikası aidiyyəti şirkətlərlə müzakirə aparır: “Müəyyən işgüzar təmaslar var. Araşdırmalar davam edir. Daha sonra ölkəmiz qərar verəcək ki, hansı şirkətin vaksinləri alınsın və ölkəmizdə tətbiq olunsun”.

    Ətraflı   18:17     03-Aug-2020     1310
  • alternative title

    ÜST-nin ekspert qrupu Çindəki işlərini yekunlaşdırıb

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu Çindəki işlərini yekunlaşdırıb. Onların fəaliyyəti COVID-19 infeksiyasının mənşəyinin müəyyən edilməsi üçün gələcək araşdırmaların əsası olacaq. Bu barədə ÜST-nin baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib. “Biz COVID-19 xəstəliyinə səbəb olan virusun mənşəyini öyrənməyə davam edirik. Ümumdünya Səhiyyə Təşkilatının Çinə səfər edən aparıcı qrupu virusun mənşəyinin araşdırılmasına yönələn birgə cəhdlərə zəmin yaratmaq üçün öz fəaliyyətini yekunlaşdırıb”, - deyə Tedros Adanom Gebreyesus bildirib. Onun sözlərinə görə, təşkilatın ekspertləri və çinli mütəxəssislər missiyanın nəticələri əsasında “Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə beynəlxalq qrupun tədqiqatı və fəaliyyət proqramı barədə” sənəd hazırlayıb. Bu qrupun tərkibinə Çindən və digər dövlətlərdən ekspertlər daxil olacaq. ÜST-nin baş direktoru epidemioloji tədqiqatların Uxan şəhərində başlayacağını deyib. Tədqiqatın məqsədi koronavirusa ilkin yoluxma halları zamanı potensial infeksiya mənbəyinin müəyyən edilməsidir. Tedros Adanom Gebreyesus hazırda dünyada koronavirusa qarşı bir sıra vaksin üzərində işlərin getdiyini xatırladıb. Onlardan bəziləri klinik sınaqların üçüncü mərhələsindədir. “İnsanların yoluxmasının qarşısını ala biləcək effektiv vaksinlər hazırlanacağına ümid edirik. Lakin hazırda belə bir preparat yoxdur və bəlkə də heç vaxt olmayacaq”, - deyə o əlavə edib.

    Ətraflı   17:50     03-Aug-2020     1136
  • alternative title

    Hikmət Hacıyevdən koronavirus vaksinləri ilə bağlı VACİB AÇIQLAMA

    “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır və bu məsələ öyrənilir”. Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, vaksinlə əlaqədar çoxlu sayda araşdırmalar aparan şirkətlər var: “Amma yekdil nəticələrə gəlinməsi, tam özünü dorğultmuş, fəsadlara yol verməyən, bazarda hamı üçün məqbul olan vaksinlərin istifadəyə verilməsi kimi məsələlər diqqət mərkəzində saxlanılır”.

    Ətraflı   17:40     03-Aug-2020     1189
  • alternative title

    Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

    Qazax Milli Universiteti nəzdində Beynəlxalq vaksinologiya mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər. Koronavirusa qarşı ilk peyvənd edilən şəxs vaksinologiya mərkəzinin direktoru Kaysar Tabınov olub. Ona Avstraliyada hazırlanmış və indi klinik sınaqların ilk mərhələsində olan COVAX-19 vaksini vurulub. Xatırladaq ki, Qazaxıstanda koronavirus vaksininın hazırlanması istiqamətində iş aparılır. Peyvəndin kliniki sınaqlarına sentyabr ayında başlanması planlaşdırılır. Ölkədə koronavirusa yoluxanların sayı 90 min 367 nəfərə çatıb, 60 mindən çox xəstə sağalıb, 793 nəfər bu virusdan həyatını itirib.

    Ətraflı   17:26     03-Aug-2020     308
  • alternative title

    Almaniyada xaricdən qayıdanların hamısı pulsuz testdən keçiriləcək

    Xarici ölkələrdən qayıdan Almaniya sakinləri avqustun 1-dən etibarən 72 saat ərzində könüllü surətdə pulsuz testdən keçə biləcəklər. QALANEWS xarici KİV-lərə istinadla xəbər verir ki, müvafiq sərəncamı AFR-in Səhiyyə naziri imzalayıb. Koronavirus testini həm aeroportlarda, həm də tibb müəssisələrində vermək mümkün olacaq. Qeyd edilir ki, hökumət testlərlə bağlı bütün xərcləri öz üzərinə götürür. Bu qərar məzuniyyətlər və məktəb tətilləri mövsümünün başa çatması dövründə koronavirusun yayılmasına yol verməmək məqsədi daşıyır. Həmin dövrdə almanların bir çoxu digər ölkələrdən istirahətdən qayıdırlar. Məlumatda, həmçinin bildirilir ki, yoluxma riskinin yüksək olduğu ölkələrdən qayıdan şəxslərə münasibətdə ciddi qaydalar tətbiq edilir. Onlar bu barədə yerli səhiyyə şöbələrini məlumatlandırmalı və 14 günlük özünütəcridə keçməlidirlər.

    Ətraflı   17:21     03-Aug-2020     1119
  • alternative title

    ABŞ-da 60 milyondan çox koronavirus testi aparılıb

    ABŞ-da pandemiyanın əvvəlindən indiyədək 60 milyondan çox koronavirus testi keçirilib. Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb. Donald Tramp Konqresin Nümayəndələr Palatasının komitələrinin birində dinləmələr zamanı nəyə görə Birləşmiş Ştatlarda Avropa ölkələrindən daha çox yoluxma halı qeydə alınır sualına ABŞ Milli Allergik və İnfeksiya Xəstəlikləri İnstitutunun direktoru Entoni Fauçinin cavabına bu şəkildə reaksiya verib. Entoni Fauçi, həmçinin bəzi vətəndaşların infeksiyanın aradan qaldırılması üzrə tətbiq olunan sərt məhdudiyyət tədbirlərini yerinə yetirmədiyini də bildirib. “O, düz demir. Biz çox sayda test apardığımız üçün digər ölkələrlə müqayisədə daha çox yoluxma halı qeydə alınır”, - deyə prezident bildirib. Onun sözlərinə görə, amerikalı qubernatorların əksəriyyəti koronavirusla mübarizə çərçivəsində xeyli səy göstərib. Qeyd edək ki, ABŞ-da indiyə qədər 4 milyon 747 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 157 min 396 xəstə həyatını itirib. Hazırda müalicəsi davam edən 2 milyon 247 minə yaxın xəstədən 18 min 687-nin vəziyyəti ağır qiymətləndirilir.

    Ətraflı   17:19     03-Aug-2020     1107
  • alternative title

    Afrikada COVID-19-a yoluxanların sayı 950 minə çatıb

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatında Afrikada COVID-19-a yoluxanların sayının 950 minə çatdığı, 20 mindən çox insanın isə həyatını itirdiyi bildirilir. QALANEWS xəbər verir ki, pandemiya ilə bağlı qitənin fəlakət zonası Cənubi Afrika Respublikası (CAR) hesab olunur. Belə ki, Afrikada yeni növ koronavirusa yoluxanların 50 faizə yaxını – 503 min nəfər məhz bu ölkədədir. CAR-da 8 mindən çox insan isə COVID-19-un qurbanı olub. ÜST və digər beynəlxalq təşkilatlar Afrikanın bir çox ölkəsində əhalinin testdən keçirilməsi üçün imkanların olmadığını qeyd ediblər. Bildirilib ki, əslində, bu qitədə pandemiyanın yayılması daha sürətlə davam edir. Afrikada COVID-19 pandemiyasının daha çox yayıldığı ikinci ölkə olan Misirdə 95 minə yaxın yoluxma qeydə alınıb, 4834 insan isə həyatını itirib. Eyni zamanda, son 24 saat ərzində bu ölkədə iyun ayından bəri ən az – 29 ölüm faktı olub. Yeni növ koronavirusun geniş yayıldığı digər Afrika ölkələri Nigeriya, Qana, Əlcəzair, Mərakeş və Keniyadır.

    Ətraflı   17:11     03-Aug-2020     1321
  • alternative title

    Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 241 yeni yoluxma

    Azərbaycanda koronavirus infeksiyasına 241 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874 test aparılıb. Aktiv xəstə sayı isə 4 456 nəfərdir.

    Ətraflı   17:02     03-Aug-2020     1288
  • alternative title

    Son sutkada İranda koronavirusdan 208 nəfər həyatını itirib

    Son 24 saat ərzində İranda 2 min 685 nəfər koronavirusa yoluxub, 208 nəfər isə həyatını itirib. Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında məlumat verib. O bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 309 min 437 nəfərə, ölənlərin sayı isə 17 min 190-a çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 268 min 102 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Qeyd edək ki, İranda kütləvi tədbirlər qadağan edilsə də, məscidlərdə cümə namazı sosial məsafə saxlamaqla həyata keçirilir. Hazırda İranın Tehran, Elam, İsfahan, Şərqi Azərbaycan, Gülüstan, Əlborz, Kirman, Mazandaran vilayətləri qırmızı zonada qalıblar.

    Ətraflı   16:41     03-Aug-2020     991
  • alternative title

    Son 24 saatda Pakistanda koronavirusdan 52 nəfər ölüb

    Son sutkada Pakistanda COVID-19 koronavirusuna 1393 nəfər tutulub və ölkədə belə xəstələrin sayı 279 min 698 nəfərə çatıb. Pakistan mətbuatı xəbər verir ki, son gündə 52 xəstə vəfat edib və ölənlərin sayı 5 min 976 nəfərə çatıb. Xəstəxanalarda olan 25 min 145 xəstədən 1064-nün vəziyyətinin ağır olduğu bildirilir.

    Ətraflı   16:32     03-Aug-2020     900
  • alternative title

    Azərbaycanda karantin rejimi yenidın yumşaldılır - RƏSMİ

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib. Bununla balı Nazirlər Kabineti yanlnda Operativ qərargah məlumat yayıb. • 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur. • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir. COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq: • Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir: • həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti: 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək; 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək; 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək; 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək; • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti; • ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər; • muzey və sərgi zallarının fəaliyyəti; • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla); • açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabiteninin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır. 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər qüvvədədir: • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla) • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) • ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; • iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması; • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması; • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; • toy məclislərinin təşkilinin qadağan olunması; • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla); • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; • massaj və hamam xidmətlərinin göstərilməsi; Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq.

    Ətraflı   16:14     03-Aug-2020     1457
  • alternative title

    Qırğızıstanda COVID-19-a yoluxanların sayı 37 mini keçib

    Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 410 adam yoluxub və virusdan xəstələnənlərin sayı 37 min 129 nəfərə çatıb. Bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, son 24 saatda virusdan 11, ümumiyyətlə isə 1420 xəstə ölüb. Bildirilib ki, hazırda xəstəxanalarda 7 min 792 pasiyent var. Son 24 sutkada virusa 20, bütünlükdə isə 2 min 829 tibb işçisi yoluxub. A.Akmatova deyib ki, sutka ərzində 101 və 80 yaşlı xəstələr koronavirusdan sağalıb. O deyib ki, ötən gecə Moskvadan 423 Qırğızıstan vətəndaşı, o cümlədən 41 azyaşlı uşaq ölkəyə gətirilib.

    Ətraflı   16:10     03-Aug-2020     1213
  • alternative title

    Varlı ölkələr koronavirusa qarşı peyvənd növbəsinə dayanıb

    ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına üzv ölkələr koronavirus əleyhinə hələ hazır olmayan vaksinin 1,3 milyard dozasını almaq üçün razılıq əldə ediblər. Bu barədə “Bloomberg” agentliyi “Airfinity” analitik kampaniyasının tədqiqatına istinadla məlumat yayıb. Məlumata əsasən, vaksin alınması üçün ABŞ və Böyük Britaniya müvafiq olaraq “Sanofi” və “GlaxoSmithKline”, Yaponiya isə “Pfizer” əczaçılıq kompaniyaları ilə saziş imzalayıb. Vaksinin koronavirus əleyhinə effektivliyi hələ sübut olunmasa da, varlı ölkələr tərəfindən böyük həcmlərdə sifariş edilib. Analitiklərin fikrincə, dünyanın 7,8 milyard nəfərlik əhalisi üçün vaksin çatışmayacaq və kasıb ölkələr növbənin sonunu gözləməli olacaq. Oxşar vəziyyət 2009-cu ildə də qeydə alınmışdı. O zaman varlı ölkələr donuz qripi əleyhinə vaksini inhisara almışdı. Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib, martın 11-də yeni infeksiyanın yayılması pandemiya elan olunub.

    Ətraflı   16:06     03-Aug-2020     1488
  • alternative title

    Son sutkada Özbəkistanda koronavirusa 788 nəfər yoluxub

    Özbəkistanda COVID-19 koronavirusuna yoluxma üzrə yeni antirekord qeydə alınıb. Belə ki, son gündə yoluxma sayı 788 nəfər artıb və 25 min 828-ə çatıb. Yeni yoluxma halı Özbəkistanın 11 regionunda qeydə alınıb. Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son sutkada ölkədə bu virusdan 8 xəstə ölüb və rəhmətə gedənlərin ümumi sayı 155 nəfərə çatıb. Xəstəxanalarda 9 min 166 nəfərin olduğu bildirilir. Onların 564-nün vəziyyəti ağır, 215-nin isə kritikdir. Mətbuat yazır ki, özbək mənşəli Rusiya milyarderi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizədə iştirak edən həkimlərə və digər tibb işçilərinə birdəfəlik mükafat kimi 10 milyon dollar ayırıb.

    Ətraflı   16:02     03-Aug-2020     1172
  • alternative title

    Rusiyada bir gündə 5394 nəfər koronavirusa yoluxub

    Ötən gün Rusiyada daha 5 min 394 nəfərdə koronavirus infeksiyası aşkar edilib. QALANEWS xəbər verir ki, gün ərzində 79 xəstə vəfat edib, 3420 nəfər sağalaraq evə buraxılıb. Ən çox yoluxma halı Moskvada (693) qeydə alınıb. Rusiyada bütün dövr ərzində koronavirus infeksiyasına yoluxanların ümumi sayı 856 min 264 nəfərə çatıb, sağalanların sayı 653 min 593 nəfərdir, 14 min 207 pasiyent vəfat edib. Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yeri tutur.

    Ətraflı   16:00     03-Aug-2020     1320
  • alternative title

    Bu günə kimi İranda koronavirusdan 17 min 405 nəfər ölüb

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İran üzrə təmsilçisi Kristof Hamelman rəsmi Tehranın koronanavirus infeksiyası ilə effektiv mübarizə apardığını bildirib. QALANEWS xəbər verir ki, Tehranda İbn Sina xəstəxanasında keçirdiyi görüş zamanı ÜST təmsilçisi həkimlərin fədakarlığını xüsusilə qeyd edərək 100-dən çox həkimin virusla mübarizədə həyatını itirdiyini bildirib. İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari isə mətbuat konfransında virusa yoluxanların ümumi sayının 312 min 35 nəfərə, sağalanların sayının isə 270 min 228 nəfər olduğunu qeyd edib. Nəzərə çatdırılıb ki, bu günə kimi İranda virusa yoluxan 17 min 405 nəfər həyatını itirib.

    Ətraflı   15:56     03-Aug-2020     899
  • alternative title

    İtaliya koronavirusla mübarizə çərçivəsində ölkəmizə tibbi heyət göndərir

    “Azərbaycanda missiya üçün hər şey hazırdır!” Bu barədə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizə tibbi heyət göndərən İtaliyanın Mülki Müdafiə Departamentinin “Twitter” hesabında bildirilib. “İtaliya koronavirusla mübarizənin ən həssas mərhələləri ilə qarşılaşan ölkələrə kömək göstərməyə davam edir. Həmişə ön cəbhədə olan səhiyyə işçilərimizə təşəkkür edirik. Yaxşı yol!”, - deyə paylaşılan tvitdə vurğulanıb.

    Ətraflı   15:24     03-Aug-2020     1046
  • alternative title

    Zəngin ölkələr kütləvi şəkildə COVID-19 əleyhinə peyvənd almağa başlayıb

    Dünyanın ən varlı ölkələri 1,3 milyard dozadan çox koronavirusa qarşı peyvənd alışı üzrə müqavilələr imzalayıb. “Bloomberg” agentliyi bu barədə “Airfinity” şirkətinin analitiklərinə istinadən məlumat yayıb. ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı ölkələri peyvəndin əldə olunmasına daha çox vəsait xərcləyir. Mütəxəssislər bu “təcavüzkar satınalma”nın digər ölkələri pis vəziyyətdə qoyacağından narahatdır.

    Ətraflı   14:38     03-Aug-2020     1428

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:09     03-Aug-2020     4247
  • alternative title 14:11     03-Aug-2020     4706
  • alternative title 12:41     03-Aug-2020     5043
  • alternative title 12:38     03-Aug-2020     5245
  • alternative title 12:22     03-Aug-2020     5132
image title here

Some title