Loading alternative title

ŞOU-BİZNES

  • alternative title

    Hollivud ulduzu iki məşhurun arasına girdi və dişini itirdi - FOTO

    Hollivud ulduzu Ceyk Cillenhol məşhur həmkarları Mark Ruffalo və kiçik Robert Dauni ilə film çəkilişləri zamanı dişini itirib. Maraqlı hadisə barədə “StarNews” məlumat verib. Bildirilir ki, “Zodiak” filminin çəkilişləri zamanı Markla Robert nəyisə bölüşə bilməyiblər (onlar əvvəllər də dəfələrlə dalaşıblar) və dava etməyə başlayıblar. Ceyk onların arasına girəndə isə sifətindən yumruq alıb və dişini itirib. Elə həmin vaxtdan etibarən Robertlə Mark ən yaxın dostlardan birinə çevriliblər. Ceykin dişi isə auksionda 98 min dollara satılıb, əldə olunan məbləğ xeyriyyə fonduna verilib. Nəşrin məlumatına görə, Ceyk Cillenhol həmin vaxtdan etibarən başqalarının davasına müdaxilə etmir.

    Ətraflı   14:35     03-Aug-2020     4854
  • alternative title

    Ancelina Colinin əvvəllər dərc olunmayan şəkilləri yayıldı - FOTO

    Hollivud ulduzu Ancelina Colinin əvvəllər dərc olunmayan fotoları mediada yayılıb. Görüntüləri “Daily Mail” nəşri aktrisanın sinif yoldaşlarından külli miqdarda pul müqabilində satın alıb. Cazibədar aktrisanın uşaqlıq şəkilləri mediada böyük maraqla qarşılanıb.

    Ətraflı   14:29     03-Aug-2020     973
  • alternative title

    Cazibədar model Türkiyədə döyüldü - FOTO

    Məşhur ukraynalı model Darya Kirilyuk Türkiyənin İzmir şəhərində hücuma məruz qalıb. “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə əyləncə klublarından birində baş verib. İnsident zamanı D.Kirilyuk üç rəfiqəsi ilə bərabər olub. Onlar da hələlik səbəbi tam məlum olmayan hadisə nəticəsində fiziki zorakılığa məruz qalıblar. Model hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.

    Ətraflı   14:24     03-Aug-2020     1219
  • alternative title

    Cazibədar aktrisa çimərlik geyimindəki görüntüsü ilə heyran etdi - FOTO

    Türkiyənin məşhur aktrisası Beren Saat uzun fasilədən sonra çimərlik geyimində foto paylaşıb. QALANEWS xəbər verir ki, sosial media hesabından paylaşılan foto Berenin izləyiciləri tərəfindən bəyənilib. Qeyd edək ki, Beren Saat məşhur müğənni Kənan Doğulu ilə evlidir. Onların boşanacaqları barədə çox sayda dedi-qodular dolaşsa da, cütlük altı ildir ki, evliliklərini davam etdirir.

    Ətraflı   12:36     03-Aug-2020     1444
  • alternative title

    Cennifer Lopez yenidən izləyicilərini heyran qoydu - FOTO

    Şöhrəti ilə bütün dünyaya səs salan müğənni və aktrisa Cennifer Lopez sosial media paylaşımı ilə yenidən gündəmə gəlib. QALANEWS xəbər verir ki, aktrisanın “Instagram” hesabından paylaşdığı makyajsız fotosunu iki milyondan çox insan bəyənib. İzləyiciləri paylaşımın şərh yerinə onun çox cazibədar olduğunu qeyd etsə də, bəziləri fotonun çəkimində proqramlardan istifadə etdiyini və buna görə də onu tanımaqda çətinlik çəkdiyini yazıb.

    Ətraflı   12:28     03-Aug-2020     818
  • alternative title

    Türkiyəli müğənni bayram günü pul yerinə qızıl payladı

    Türkiyəli müğənni İzzət Yıldızxan Qurban bayramında etdiyi hərəkətlə günəmə gəlib. Haber.com-un məlumatına görə, doqquz uşaq atası olan müğənni bayram günü övladlarına pul əvəzinə qızıl verib.

    Ətraflı   12:24     03-Aug-2020     232
  • alternative title

    Əsrin ən gözəl serialı açıqlandı

    XXI əsrin ən gözəl televiziya serialı “Taxt-tacların oyunu”dur. Bu, Böyük Britaniyanın “Digital Spy” dərgisi tərəfindən keçirilən rəy sorğusu nəticəsində məlum olub. Sonrakı yerləri “Netflix” şirkətinin məhsulu “Qəribə şeylər” (“Stranger Things”) və BBC məhsulu olan “Doktor Kim” (“Doctor Who”) serialları tutub. Yuxarı onluğa habelə ardıcıllıqla “Şerlok”, “Şərə qarşı” (“Breaking Bad”), “Böyük britaniyalı bişir” (“Great British Bake off”), “Qətl ərəfəsi” (“Killing Eve”), “Qəvin və Steysi” (“Gavin & Stacey”), “Vəzifə borcu” (“Line of Duty”), “Çernobıl” kimi ekran əsərləri daxil olub.

    Ətraflı   17:44     01-Aug-2020     8015
  • alternative title

    Roza Zərgərli kimlərlə düşmən olduğunu açıqladı

    “İndi danışacam, sabah hər yerdə yayılacaq. Şəmkirliyəm, hamı da bilir ki, maddi baxımdan ən yaxşı toylar orada olur. Həmin yerdə yeganə üzdə olan, xeyirsevər müğənniyəm. Amma bir dəfə orada toyda olmamışam”. Bunu müğənni Roza Zərgərli “Ən yaxşısı” verilişində deyib. Sənətçi aparıcı Mətanət Əliverdiyavanın “Deyirlər, toyda monopoliya yaradılıb. Filan bögədəki toy vəziyyətinə filankəs, Moskvaya başqası baxır” sualına belə cavab verib: “Bilirsiniz ki, gücüm yetəri qədər var. Monopoliya olsaydı, Şəmkirdəki bütün toyları alardım əlimə. Bu, o şeyi etmək arzusu olanların söhbətidir. Elə müğənnilər var ki, onlarla düşmənəm. Münasibətimiz kəsilib, olmayacaq, ömürboyu da olan deyil. Küsdüyüm müğənni ilə ayaqyeri qoymuramsa, barışmayacam. Həmin müğənnilərlə efir qarşısında dalaşmıram. Real həyatda sözümü deyirəm”.

    Ətraflı   17:10     01-Aug-2020     439
  • alternative title

    Məşhur aktyor 16 illik evliliyinə son verdi

    Türkiyənin tanınmış aktyoru Atılgan Gümüş 16 illik evlilik həyatını bitirib. “Hürriyet” xəbər verir ki, Atılgan Gümüş və Verda Gümüş qarşılıqlı razılıq əsasında boşanacaqlar. Onlar bir-birindən maddi və mənəvi təzminat istəməyəcəklər. Cütlüyün oğulları isə ananın himayəsində qalacaq.

    Ətraflı   17:08     01-Aug-2020     348
  • alternative title

    Məşhur cütlüyün ayrılma səbəbi bəlli oldu

    Türkiyəli sənətçilər Hande Erçel və Murat Dalkılıçın ayrılma səbəbi bəlli olub. “HaberGlobal” məlumat verir ki, onlar üç illik münasibətlərinə uşaq məsələsinə görə son veriblər. Yeni serialda yer alan 26 yaşlı aktrisa Hande Erçel ana olmağın onun karyerasına son qoyacağını deyib. 36 yaşlı popçu Murat Dalkılıçln tez-tez ata olmaq istəyini dilə gətirməsi və aktrisanın qərarı iddialara cavabdır. H.Erçelin M.Dalkılıça “Evlənək, amma bir neçə il ana olmağı qəti düşünmürəm” deməsi onların ayrılmaları ilə nəticələnib.

    Ətraflı   16:34     01-Aug-2020     366
  • alternative title

    Cazibədar model qəribə yarışda iştirak üçün tərəf müqabili axtarır

    Böyük Britaniyada yaşayan rusiyalı model Mariya Liman pərəstişkarlarına müraciət edib. QALANEWS xəbər verir ki, M.Liman “Instagram” səhifəsində “wife-carrying” (Böyük Britaniyada ənənəvi arvaddaşıma çempionatı - red.) üzrə dünya çempionatında iştirak etmək üçün özünə tərəf müqabili axtardığını bildirib. Rusiyalı model çoxdandır bu yarışmada iştirak etmək arzusunda olduğunu vurğulayıb.

    Ətraflı   15:49     01-Aug-2020     424
  • alternative title

    “Survivor 2020”nin iştirakçısı eşq dedi-qodularına aydınlıq gətirdi

    “Survivor 2020”nin iştirakçısı aktyor Mert Öcal Evrim Kekliklə eşq yaşadığı barədə şaiyələri cavablandırıb. “Hürriyet” məlumat verir ki, tanınmış aktyor ilk dəfə iddialara aydınlıq gətirib. “Survivorda təəssüf ki, aşiq olmadım. Aşiq olma ehtimalım olsa belə orada öncəliklər var. Aclıq və sığınma var. Bunların öhdəsindən gələ bilmədiyim üçün ona növbə gəlməz”, - deyə Öcal bildirib.

    Ətraflı   10:42     01-Aug-2020     1066
  • alternative title

    Məşhurların real görünüşü ilə FOTOLARI arasında fərqlər nümayiş edilib

    Sosial şəbəkələrdə məşhurların real görünüşü ilə çəkdirdikləri şəkillər arasında fərqlərlə bağlı paylaşımlar populyarlıq qazanıb. Bu barədə “Daily Mail” xəbər yayıb. Sosial mediadakı müxtəlif səhifələrdə məşhur supermodellərin fotosessiyaları ilə paparazzilərin çəkdiklərinin kollajları da yer alıb.

    Ətraflı   12:14     31-Jul-2020     2215
  • alternative title

    Türkiyəli fenomen sevgilisiylə ilk görüntüsünü paylaşdı - FOTO

    Türkiyəli “YouTube” vloqeri Duygu Özaslan basketbolçu olan yeni sevgilisi ilə ilk dəfə paylaşım edib. QALANEWS xəbər verir ki, Özaslan “Instagram” hesabının hekayə bölməsində Can Maksim Mutafla səmimi görüntüsünü paylaşıb. Məşhurun Can Maksim Mutaf ilə sevgili olması barədə söz-söhbətlər gəzirdi. Daha əvvəl cütlük İzmirin Urla şəhərində əl-ələ kameralara tuş gəlib.

    Ətraflı   11:24     31-Jul-2020     414
  • alternative title

    İki dəfə boşanan türkiyəli aktrisa eyni sonu yaşamamaq üçün nişanlısından ayrıldı - FOTO

    Türkiyənin tanınmış aktrisası Vildan Atasever ərə getməyə hazırlaşdığı nişanlısından ayrılıb. “Günaydın” xəbər verir ki, ötən ilin aprelində nişanlanan aktrisa iş adamı Erkan Akdemirlə yollarını ayırıb. Daha əvvəl iki dəfə evli olan sənətçi yenidən eyni sonu yaşamaq istəmədiyini bildirərək, “sonda məyus olmaqdansa, əvvəldən bitməsi daha yaxşıdır” deyə qərar verib.

    Ətraflı   10:20     31-Jul-2020     427
  • alternative title

    Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO

    Türkiyənin tanınmış müğənnisi Kibariye nənə olmağa hazırlaşır. QALANEWS xəbər verir ki, 20 yaşlı hamilə qızı Birgül Küçükbalçık ilə həkim qəbuluna gələn müğənni “Instagram” hesabında foto paylaşıb. Onların maskasız olması, xüsusilə də həkimin rəyi müzakirələrə səbəb olub. Həkim sosial mediada “Xəstəmizin anası Kibariye olunca COVID-filan qalmır” deyə paylaşım edib.

    Ətraflı   15:02     30-Jul-2020     1715
  • alternative title

    Əməkdar artist aparıcı ilə dalaşdı və efirdən getdi

    Əməkdar artist Sevinc Əliyeva “Space” telekanalında yayımlanan “Hər səhər” proqramında küsüb və studiyanı tərk edib. Buna səbəb aparıcı Anar Vaqifoğlunun ona plastik əməliyyatla bağlı ünvanladığı sual olub. Aparıcı israrla aktrisanın ayaqlarında plastik əməliyyat etdirdiyini, hətta yenidən estetik müdaxiləyə hazırlaşdığını deyib. S.Əliyeva isə bunları şayiə adlandırıb. O bildirib ki, heç vaxt əməliyyata müraciət etməyib: “Mənim ayaqlarım əyri olmayıb, əməliyyata ehtiyac duymamışam. Düz ayaqlarım var. Hər zaman da qısa geyinmişəm. İndi də heç bir plastik əməliyyat etdirməyi düşünmürəm. Çəkilişlərim var, necə edə bilərəm? Məni boğaza yığdın”. Aparıcı isə onu əməliyyat edəcək plastik cərrahı telefonla efirə bağlayacağını deyib. Aktrisa əsəbiləşərək studiyanı tərk edib.

    Ətraflı   14:17     29-Jul-2020     1670
  • alternative title

    Məleykə Əsədova tənqidlərə cavab verdi: “Dualar oxuyuram”

    Xalq artisti Məleykə Əsədovanın paylaşdığı korreksiya edilmiş şəkli izləyiciləri tərəfindən tənqid atəşinə tutulub. QALANEWS xəbər verir ki, aktrisa onu tənqid edənlərə “Instagram” hesabından cavab verib. O qeyd edib ki, karantin günlərində özünə daha çox diqqət ayıra bilib: “Çünki vaxtım bol oldu. Formada qalmaq üçün səhər tez dururam, hər gün mütləq idman edir, yuxudan oyanan kimi bal, zəncəfil, limon qarışığı yeyirəm, dualar oxuyuram”.

    Ətraflı   14:13     29-Jul-2020     1301
  • alternative title

    57 yaşlı türkiyəli müğənninin gənc fenomen qıza yazdığı mesajlar üzə çıxdı - FOTO

    Türkiyəli populyar müğənni İzzət Yıldızxanın məşhur gənc fenomen Aysu Varola yazdığı mesajlar üzə çıxıb. Bu barədə bloqer “Instagram” hesabının hekayə bölməsində paylaşım edib. A.Varol 57 yaşlı müğənninin “Instagram” və “WhatsApp” hesabına mesaj yazaraq, tanışlıq üçün onu ofisinə çağırdığını bildirib. “Instagram” fenomeni doqquz uşaq atası olan Yıldızxanın sosial şəbəkələrdən ona yazdığı mesajları dərc edib. Bundan sonra İ.Yıldızxan A.Varolu “Instagram”da bloklayıb.

    Ətraflı   12:43     29-Jul-2020     1337
  • alternative title

    Yaşlı qadınlar dəbli geyimləri ilə gənc bloqerləri kölgədə qoydular - FOTO

    50 yaşdan yuxarı qadınlar dəbli geyimlərdə paylaşdığı fotolarla sosial şəbəkədə məşhurlaşmağa başlayıblar. Bu barədə “Daily Mail” xəbər yayıb. Nəşrin məlumatına görə, Don Lüsi, Najate Lekli, Paula Satton, Qris Qanem, Şona Robertson, həmçinin Bon və Pon cütlüyü dəbli sferanın gənc nümayəndələrini öz stilləri ilə kölgədə qoyublar.

    Ətraflı   11:41     29-Jul-2020     942

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:09     03-Aug-2020     4437
  • alternative title 14:11     03-Aug-2020     4886
  • alternative title 12:41     03-Aug-2020     5211
  • alternative title 12:38     03-Aug-2020     5413
  • alternative title 12:22     03-Aug-2020     5282
image title here

Some title