Loading alternative title

MARAQLI

  • alternative title

    Çox yeməyə rəğmən arıq qalmağın sirri tapıldı

    Avstriya, Kanada və Estoniyadan olan alimlər qrupu bəzi insanların çox yeməsinə baxmayaraq, artıq çəkili olmamasının sirrini tapıb. Bunun səbəbi xüsusi genin mövcudluğu imiş. Araşdırmaçıların bu tədqiqatının nəticələri “Study Finds” portalında dərc olunub. Araşdırmada Estoniyadan 47 min könüllü iştirak edib. Alimlər gözəl bədən quruluşu olan insanlarla orta çəkili insanların genlərini müqayisə edib. Məlum olub ki, hər şey anaplastik limfoma kinaz (ALK) geninin səviyyəsindən asılıdır. Genin miqdarı orqanizmdə nə qədər aşağıdırsa, insan o qədər az çəki toplayır. Bundan əvvəl, bu genin bir sıra onkoloji xəstəliklərdə mutasiya edə biləcəyinə inanılırdı. Onun fizioloji əhəmiyyəti öyrənilməmişdi. Nəticələri yoxlamaq üçün elm adamları laboratoriya siçanlarında ALK-nı “söndürüblər”. Məlum olub ki, bu canlıların rasionu və fiziki fəaliyyətləri dəyişməsə belə, daha çox arıqlayıblar.

    Ətraflı   12:31     01-Jun-2020     2420
  • alternative title

    İnanılmaz refleks sahibi olan piyada ölümdən son anda xilas oldu

    Ukraynada piyada keçidindən istifadə edən şəxs ölümdən son anda qurtulub. Bu barədə “HaberGlobal” məlumat yayıb. Piyada keçidindən yolu keçərkən sürətlə yaxınlaşan maşını son anda görən piyada göstərdiyi inanılmaz reflekslə ölümdən xilas olub. Avtomobil sürücüsü də son anda piyadanı vurmamaq üçün sükanı çevirə bilib. Sürətlə hərəkət edən avtomobil səkiyə çıxıb və dayanmayaraq hərəkətinə davam edib. Təəccüblü vəziyyətdə qalan piyada da yola səpələnən əşyalarını toplayaraq yoluna davam edib.

    Ətraflı   10:35     01-Jun-2020     2119
  • alternative title

    Meymun aparıcının üstünə cumdu, studiyada aləm qarışdı

    Misirli aparıcı Lobna Asal studiyada meymunun hücumuna məruz qalıb. “El Watan” nəşrinin məlumatına görə, hadisə “Al-Hayat” telekanalının efirində misirli aktyor İbrahim əl-Sammandan müsahibə götürərkən baş verib. Bildirilir ki, aktyor studiyaya layihədə iştirak edən meymunu ilə birlikdə gəlib. Digər aparıcı Hussam Həddad aktyorla söhbət elədiyi müddətdə Asal meymunla oynamaq istəyib. Lakin heyvan ona hücum edib.

    Ətraflı   11:57     28-May-2020     5248
  • alternative title

    İntihar etmək istəyən qızın möcüzəvi qurtuluşu

    Maşinistin yaxşı reaksiyası intihar etmək istəyən 25 yaşlı qızın həyatını qurtarıb. Beləki qatarı vaxtında saxlaya bilən maşinist dəmir yolu relslərinin üzərinə başını qoyan və qatarın gəlməsini gözləyən qızı relslərin üzərindən qaldıraraq sakitləşdirməyə başlayıb, sonra isə hüquq mühafizəçilərə xəbər verib.

    Ətraflı   11:49     28-May-2020     3925
  • alternative title

    Yatan arvadının üstünə ilan atıb, öldürdü - FOTO

    Kişi arvadının varidatını ələ keçirmək üçün onu ilanla öldürüb. “Malayala Manorama” qəzetinin məlumatına görə, dəhşətli hadisə Hindistanda baş veriib. Polis hesabatına əsasən, bu Suracın arvadı Utranı öldürmək üçün ikinci cəhdi olub. Birincisi martın 2-də baş verib. O, arvadının yataq otağına zəhərli gürzə atıb. Bundan sonra zərərçəkən iki ay xəstəxanada müalicə alıb. Sonra o, ata evinə gətirilib. İkinci sui-qəsd də burda baş verib. 27 yaşlı Surac arvadı ilə bir otaqda qalandan sonra onun üstünə kobra ilanını atıb. Bu dəfə qadının həyatını xilas etmək mümkün olmayıb. “Surac onun otağında gecələyib və özünü heç nədən xəbəri yox imiş kimi aparıb. Onu Utranın anasının qışqırıqları oyadıb”, - deyə polis hesabatında bildirilib. Sonradan otaqda kobra tapılıb və öldürülüb. Utranın ölümündən bir neçə gün sonra Surac onun varidatını ələ keçirmək istəyib. Bundan sonra şübhələr ona yönəlib. Müstəntiqlər Suracın ilansatanlarla zəngləşdiyini, həmçinin internetdən ilanlarla bağlı məlumatları araşdırdığını müəyyən edib. O da vurğulanıb ki, Utra imkanlı ailənin qızı olub, özəl bankın işçisi olan ərinin isə pula ehtiyacı olub. Nikah vaxtı Suraca 100 qızıl sikkə, yeni avtomobil və yarım milyon rupi pul (11 293 AZN) hədiyyə edilib. “O, qorxurdu ki, boşansa bütün bunları qaytarmalı olacaq. Ona görə də öldürməyə qərar verib”, - deyə polis hesabatında vurğulanıb. Surac və onu ilanla təmin edən şəxs həbs olunub. İstintaqa başlanılıb.

    Ətraflı   11:37     28-May-2020     4592
  • alternative title

    Yazarı “Harri Potter”in “doğulduğu yeri” göstərdi - FOTO

    Britaniyalı yazar Coan Roulinq “Harri Potter” kitab seriyasını harada yaratdığını açıqlayıb. Məşhur yazıçı bunu “Twitter” hesabında bildirib. “Əgər siz “doğum yeri”ni mənim ilk dəfə qələmlə vərəqə toxunduğum yer kimi qəbul edirsinizsə, bura “Harri Potter”in əsl doğum yeridir”, - Londonda yerləşən bir evin fotosunu paylaşan C.Roulinq bildirib. Onun sözlərinə görə, məşhur hekayənin ilk sətirləri buradakı kirayə mənzildə yazılıb.

    Ətraflı   10:42     25-May-2020     3382
  • alternative title

    Balıq ovuna gedən uşaq çoxillik sirrin üstünü açdı - FOTO

    Balıq ovuna gedən altı yaşlı uşaq qonşusunun itmiş seyfi ilə bağlı çoxillik sirrin üstünü açıb. “ABC News 4”ün məlumatına görə, hadisə ABŞ-ın Cənubi Karolina ştatında qeydə alınıb. Noks Bryuer “YouTube” platformasında maqnit balıqçılığı barədə (qarmaq yerinə güclü maqnitdən istifadə olunur) verilişə baxdıqdan sonra bunu sınamaq istəyib. “Düşündük ki, bu yolla o, koronavirusa görə tətbiq olunan özünütəcrid rejimindən daha rahat çıxa bilər. Noks hətta hansı daşların maqnitə yapışdığını, hansının yapışmadığını öyrəndi”, - deyə azyaşlının anası Ketrin bildirib. Ov zamanı Noksun maqniti ağır bir əşyaya yapışıb, yoldan keçən şəxsin köməyi ilə “şikarı” çəkib çıxarmaq mümkün olub. Gölün dibində tapılan əşya içərisində zərgərlik məmulatları, bloknot və çek kitabçası olan metal seyf imiş. “Biz seyfi açdıq. Bilirdim ki, tapıntı hökumətə təhvil verilməli, onlar da bu sirri araşdırmağa başlamalıdırlar. Bu, həmçinin, Noksa belə vəziyyətlərdə necə davranmağın düzgün olduğunu göstərmək üçün əla fürsət idi”, - deyə uşağın atası Conatan bildirib. Bryuerlər ailəsi tapıntı barədə polisi məlumatlandırıblar. Məlum olub ki, seyf səkkiz il öncə qonşuluqda yaşayan qadından oğurlanıb. “Onun ilk elədiyi dizi üstə çökərək, Noksu qucaqlamaq və seyfi tapmağa kömək etdiyi üçün ona təşəkkür etmək oldu. Oğlum gələcəkdə polis olmaq istəyir, çünki araşdırma aparmaq, suallar vermək və məsələnin məğzini öyrənmək onun xoşuna gəldi”, - deyə Conatan əlavə edib.

    Ətraflı   14:19     22-May-2020     4540
  • alternative title

    Siyasətçi və oğlu insanların gözü qarşısında güllələndi

    Yeni yolun tikintisinin gedişi ilə tanış olmağa gedən tanınmış siyasətçi və oğlu kəndlilərlə mübahisə zamanı tüfənglə vurularaq öldürülüb. “Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Hindistanın Uttar-Pradeş ştatında baş verib. Bildirilir ki, kəndlilər yeni yolun onların əkin sahəsindən keçməsinə etiraz ediblər. Bu zaman mübahisə yaranıb. Nəticədə iki sakin “Samajvardi” Partiyasının sədri olan Çole Lal Divakar və oğlu Sunili güllələyiblər. Artıq şübhəlilər saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

    Ətraflı   11:01     21-May-2020     2727
  • alternative title

    İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı

    Rusiyanın Komi Respublikasının Sıktıvkar şəhərində heyrətamiz hadisə qeydə alınıb. “Mash” Telegram kanalının məlumatına görə, Anastasiya atası Nikolayı son dəfə uzun illər əvvəl – altı yaşı olanda görüb. Hamı kişinin öldüyünü hesab edib, ancaq qız buna inanmaq istəməyib. Ürəyində hər zaman onu görəcəyinə ümid saxlayıb, böyüyəndən sonra isə axtarışlara başlayıb. Polisə müraciət edib, “Jdi menya” (Məni gözlə) kimi verilişlərə çıxıb. Lakin bu cəhdlərin heç biri nəticə verməyib. Uzun illərdən sonra xoş təsadüf kişini tapmağa kömək edib. Belə ki, yerli saytların birində evsiz şəxsin fotosu dərc olunub. Onun çoxmərtəbəli binanın zirzəmisində yaşadığı, vəziyyətinin pis olduğu yazılıbmış. Könüllülər onun yaxınlarının axtarışına başlayır. İz Anastasiyaya gətirib çıxarır. Məlum olur ki, zirzəminin sakini onun atasıdır. Maraqlıdır ki, kişinin yaşadığı zirzəmi elə Anastasiyanın evinin yaxınlığında imiş. Bu günlərdə onlar qovuşublar, qız atasını evə aparıb və onu normal həyata qaytarmağa çalışır.

    Ətraflı   12:29     20-May-2020     2260
  • alternative title

    Sevgilisini ağlatmaq istəyən küskün qadının ağlagəlməz intiqamı - FOTO

    Xəyanətə uğramış qadın sevgilisindən intiqam almaq üçün ona bir ton soğan göndərib və “göz yaşlarına qərq olmağı” diləyib. “Daily Mail”in məlumatına görə, hadisə Çində yaşanıb. Bildirilir ki, Çao soyadlı qız bir illik münasibətdən sonra sevgilisindən ayrıldığı üçün ağır günlər keçirib. Lakin gəncin onun qədər təsirlənmədiyini öyrənəndən sonra qız intiqam almaq qərarına gəlib. O, keçmiş sevgilisinin yaşadığı ünvana bir ton soğan sifariş edib. “Hədiyyə”nin üstündə qeyd də olub: “Mən üç gün ağladım. İndi növbə sənindir”. Kuryer gənclə əlaqə saxlaya bilmədiyindən soğanları onun evinin qarşısına boşaldıb.

    Ətraflı   12:20     20-May-2020     2138
  • alternative title

    Uşaqlardan öyrənə biləcəyimiz doqquz şey

    Övladlarımızın uşaqlıqlarını verdikləri sualları cavablayaraq və sosial bacarıqlardan riyaziyyata, doğrudan yanlışa qədər onlara hər şeyi öyrətməyə çalışaraq keçiririk. Ancaq arabir fərqinə varırıq ki, onlardan çox şey öyrənə bilərik. “Habertürk” uşaqlardan öyrənə biləcəyimiz doqquz həyat dərsini təqdim edir: 1. Güzgüyə baxanda gülümsəyin. Güzgüləri əyləncə qaynağı olaraq qəbul etməyə başlayın. Güzgüyə sonrakı baxışınızda qüsurlarınızı anlamağa və onları qəbul etməyə çalışın. 2. Daha çox risk edin. Yeni sınaqlar və macəralar arxasınca qaçmağa davam edin. Eynilə uşaqların hər gün etdikləri kimi. 3. Daha çox tənbəllik edin. 4. Özünüzə inanın. 5. İnsanların yaxşı tərəflərini görməyə çalışın. 6. Mərhəmət göstərin. 7. Adi günləri qeyri-adi hala gətirə bilərsiniz. 8. Sevdiyiniz geyimləri geyinin. 9. Anı yaşayın.

    Ətraflı   12:06     18-May-2020     3703
  • alternative title

    Məktəblilər onlayn dərslər üçün qülləyə çıxırlar

    Rusiyada məktəblilər ev tapşırıqlarını yollamaq üçün mobil rabitə qülləsinə çıxırlar. Sakinlərin sözlərinə görə, kənddə internetin keyfiyyəti o qədər bərbaddır ki, tapşırıqların yüklənməsi üçün bir neçə saat lazım olur, elə bir o qədər vaxt tapşırıqları yollamağa gedir. Bununla bağlı kadrlar yayımlandıqdan sonra yerli hökumət nümayəndələri şagirdlərlə informasiya mübadiləsinin ancaq kağız daşıyıcılar üzərində aparılması barədə qərar verib. Pedaqoqlar həftədə iki dəfə kəndə gələcək və tapşırıqları yeniləri ilə əvəz edəcək.

    Ətraflı   16:01     14-May-2020     3739
  • alternative title

    Dənizdə əylənmək istədilər, amma...

    Karantin günlərində dənizdə əylənmək istəyən fransızlar qeyri-adi üsula əl atıblar - onlar şamandıra kimi maskalanıblar. Bu barədə Lenta.ru xəbər yayıb. Bildirilir ki, buna baxmayaraq, polis onların zarafatını qiymətləndirməyib və hər birini 135 avro (249 AZN) məbləğində cərimələyib. Qeyd edək ki, şamandıra (buy) – dənizdə gəmi yollarını hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün nəzərdə tutulmuş üzgəcdir.

    Ətraflı   11:07     14-May-2020     3367
  • alternative title

    Polisin fərasəti şəlaləyə qapılmış şəxsi belə xilas etdi

    Şəlalənin sürətli axınında çabalaya-çabalaya qalmış 24 yaşlı səyyahı polis son anda xilas edə bilib. Bildirilir ki, hadisə Kaliforniya ştatında qeydə alınıb. Məlumata görə, 24 yaşlı gənc axın sürətini nəzərə almayaraq, şəlalədən keçmək istəyib. Lakin su bir anda onu ağuşuna alıb. Xoşbəxtlikdən, yaxınlıqdan polis patrul xidmətinin əməkdaşı keçirmiş. O, çox fikirləşmədən çantasının kəmərini çıxararaq gəncə tərəf atıb. Üçüncü cəhddən sonra turist sudan çıxarılıb. Onun hadisədən cüzi xəsarətlə qurtulduğu vurğulanıb.

    Ətraflı   11:07     12-May-2020     4192
  • alternative title

    Həyat yoldaşından pul gizlətməyin axırı belə olur

    Arvadından pul gizlətmək kişiyə baha başa gələcəkdi. “Sputnik”in verdiyi məlumata görə, kuryoz hadisə Qazaxıstanda baş verib. Məlumata görə, Türküstan vilayətində baş verən daşqınlardan zərər çəkən sakinlərə yardım etmək istəyən qadın ərinin paltarlarından seçib göndərib. Onların arasında kişinin cibində pul gizlətdiyi gödəkçə də olub. Arvadının “xeyriyyəçiliyini” eşidən kişi gecə ilə humanitar yardımın dalınca düşüb. Ancaq xoşbəxtlikdən axtarışlar nəticəsini verib: 3100 dollar (5,259 AZN) sahibinə qayıdıb.

    Ətraflı   11:39     09-May-2020     4949
  • alternative title

    Klub və bar sahibləri öz müəssisələri üçün yas məclisi keçirdilər

    Hamburqda klub və bar sahibləri öz müəssisələri üçün yas məclisi keçiriblər. Bu barədə RT kadrlar yayımlayıb. Bildirilir ki, koronavirusun yayılması fonunda bizneslərinə ciddi zərər dəyən sahibkarlar belə qeyri-adi yolla hökumətin diqqətini çəkmək istəyiblər. Son məlumatlara görə, Almaniyada 169 430 koronavirusa yoluxma halı müəyyən edilib. Yoluxanlardan 141 700 nəfəri sağalıb, 7 392 nəfəri isə ölüb.

    Ətraflı   10:55     09-May-2020     2728
  • alternative title

    Təcili yardım işçilərinin geyimində biznesmeni qarət etdilər

    Rusiyada quldurlar təcili yardım işçilərinin geyimində biznesmeni qarət ediblər. RT-nin məlumatına görə, hadisə paytaxt Moskvada qeydə alınıb. Bildirilir ki, iki nəfər bir neçə həftə sahibkarı izləyiblər. Sonra binanın girişində iş adamına hücum ediblər, üzünə qaz balonu püskürərək başından vurublar, daha sonra isə pulla dolu çantasını alaraq qaçıblar. Çantada 135 min dollar (təxminən 230 413 AZN - red.) və bir milyon rubl (təxminən 23 080 AZN - red.) pul olub. Soyğunçulardan biri Moskva, digəri İrkutsk şəhərində ələ keçib. Axtarış zamanı onların üzərindən odlu silah aşkarlanıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

    Ətraflı   12:34     08-May-2020     4091
  • alternative title

    İlon Mask yeni doğulmuş oğlunun şəkillərini paylaşdı – FOTO

    İlon Mask mayın 4-ü doğulan sayca altıncı uşağının şəkillərini paylaşıb. “Metro” xəbər verir ki, “Tesla” və “Space X” şirkətlərinin 48 yaşlı təsisçisi şəkillərin birində xüsusi filtrlər vasitəsi ilə körpənin üzünü rəqəmlərlə gizlətməyə çalışıb. Uşağın anası müğənni Qrayms qeyd edib ki, uşaq cinsini gələcəkdə özü seçəcək. O zamandək valideynləri uşağa “onlar” deyə müraciət edəcək. Yeri gəlmişkən, İlon Mask uşağa “X Æ A-12” adı verildiyini bildirib. Maskın ilk həyat yoldaşından əkiz və üçüz oğulları var.

    Ətraflı   12:17     06-May-2020     3896
  • alternative title

    Çində məsafəli şəkildə temperatur ölçən gözlüklər icad edildi

    Çində müəyyən məsafədən insanın tempertaturunu ölçə bilən “ağıllı” gözlük icad edildi. “Daily Mail” xəbər verir ki, hal-hazırda koronavirus pandemiyası zamanı bu gözlüklərə ehtiyac daha yüksəkdir. Gözlük üç metr məsafədən başqa insanın temperaturunu ölçməyə imkan verir. Bu aksesuarda “Qualcomm” mikroprosesoru, infraqırmızı sensor və kamera mövcuddur.

    Ətraflı   12:16     06-May-2020     3552
  • alternative title

    VIDEO - Çiyələk sahəsini iki dəfə artırmaqla yaxşı gəlir əldə edib

    VIDEO - Çiyələk sahəsini iki dəfə artırmaqla yaxşı gəlir əldə edib

    Ətraflı   16:08     05-May-2020     3609

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:49     26-Sep-2020     233
  • alternative title 17:19     26-Sep-2020     241
  • alternative title 17:02     26-Sep-2020     225
  • alternative title 16:47     26-Sep-2020     329
  • alternative title 16:33     26-Sep-2020     339
image title here

Some title