Loading alternative title

MARAQLI

  • alternative title

    Kişi öz əmlakını filə vəsiyyət etdi: Ailə üzvləri etiraz edir

    Hindistan sakini əmlakını bir vaxtlar onun həyatını xilas etmiş filə vəsiyyət edib. “The Indian Times” nəşri xəbər verir ki, qəribə vəsiyyətnamə sahibi, 50 yaşlı Məhəmməd Aktar ölkənin Bihar ştatında yaşayır. M.Aktar qeyd edib ki, bir neçə il əvvəl Moti adlandırdığı fil onu öldürmək istəyən silahlı şəxsə mane olub. Sahibi 2,5 hektar torpaq sahəsini məhz Motiyə vəsiyyət edib. M.Aktarın həyat yoldaşı və övladları ailə başçısının vəsiyyətindən narazı olduqlarını bildiriblər. Kişi isə Motinin onun üçün hansı dəyərə sahib olduğunu anlamayan yaxınlarına görə təəssüfləndiyini qeyd edib.

    Ətraflı   12:13     13-Jun-2020     2922
  • alternative title

    Təbii görünmək üçün 47 plastik əməliyyatdan keçdi - FOTO

    Amerikalı qadın təbii görünüşə sahib olmaq üçün 47 plastik əməliyyat keçirib. O, “Ginnesin Rekordlar Kitabı”na düşsə də, bundan çox utanır. Bu barədə “Daily Mirror” xəbər yayıb. Sindi Cekson adlı qadın “eybəcərlər sirkinin” üzvü kimi ad çıxarmaq istəmədiyini deyib. 1987-ci ildən etibarən qadın 14 dəfə plastik cərrahın bıçağı altına uzanıb. 2005-ci ildə o, ən çox kosmetik prosedurdan keçən insan kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Ceksonun iddiasına görə, həmin vaxtdan sonra daha bir neçə prosedur həyata keçirib, ancaq onları elan etmək istəmir və rekordçu titulunun başqasına veriləcəyinə ümid edir. “Hər zaman təbii görünüş arzusunda olmuşam. Mənim nəzərimcə, əgər əməliyyatın nəticəsi mümkün qədər təbii görünməsə, bu, uğursuzluqdur”. Qadın yeni titulun sahibi kimi braziliyalı Rodriqo Alvesin adını çəkib.

    Ətraflı   11:31     12-Jun-2020     2561
  • alternative title

    İradəsini nümayiş etdirmək istəyən gənc 37 kq arıqladı

    Hindistanın Karnataka ştatında yaşayan Suşant Srivastava bir il ərzində 37 kq arıqlamasının sirləri barədə danışıb. Onun hekayəsini “Times of India” paylaşıb. 22 yaşlı tələbə artıq çəkisi ilə bağlı ətrafdakıların onun lağa qoymasından və ya nəsihət verməsindən çox kədərləndiyini etiraf edib. Çəkisi 115 kq-a çatdıqda Srivastava daha yaxşı görünmək və onu incidənlərə iradəsini nümayiş etdirmək üçün arıqlamağa qərar verib. O, sağlam qidalanmağa və onlayn məşq proqramından istifadə etməklə idmanla məşğul olmağa başlayıb. Srivastava “fast food” və yüksək kalorili qəlyanaltıları qatıq, yumurta və qrildə bişirilmiş toyuqla əvəzləyib. Təlimdən sonra isə evdə hazırlanmış protein smuzisi içib. Bununla belə o, həftədə bir dəfə özünə zərərli yeməklərdən istifadəyə izn verir. Hindistanlı gənc arıqlamağın əsas sirrinin davamlılıq və metodikada olduğunu bildirib: “İnsanların çoxu fitneslə məqsədlərinə çata bilmirlər, çünki başlarına bir möcüzənin gəlməsini gözləyirlər. Ancaq çəki itirmək hər zaman maraqlı proses olmaya bilər. Hətta bir xətt üzrə getmir: əvvəlcə bir az çəki atırsan, sonra yığırsan, sonra yenidən arıqlayırsan və bu, mütəmadi olaraq təkrarlanır”. Srivastava əlavə edib ki, hər dəfə təslim olmaq istədikdə, nəticəyə və keçdiyi çətin yola nəzər salır və fikrini dəyişir.

    Ətraflı   11:14     11-Jun-2020     2887
  • alternative title

    İdman 54 yaşlı qadını ölümcül xəstəlikdən xilas etdi - FOTO

    İdmanla məşğul olmaq amerikalı qadını ölümcül xəstəlikdən xilas edib. Onun hekayəsini “Metro” nəşri paylaşıb. 54 yaşlı Trişa Totten hələ gənc yaşlarından idmanla məşğul olub. O, ağır atletika ilə maraqlanana qədər aerobika məşqlərinə gedib. İki hamiləlik dövründə belə bu hobbisindən əl çəkməyib. 2017-ci ilin mart ayında Tottendə süd vəzisinin xərçəngi aşkarlanıb. Müalicə çərçivəsində o, 16 seans kimya terapiyası və 33 seans şüa terapiyası qəbul edib. Bundan başqa, süd vəzisi cərrahi yolla qismən çıxarılıb, sinəsinin formasının bərpası üçün plastik əməliyyat keçirib. Təhlükəli xəstəlik və ağır müalicə prosedurlarına baxmayaraq, amerikalı qadın idmanı atmayıb. “Məndə xərçəng aşkarlananda ən yaxşı fiziki formada idim. Enerjim çox yüksək idi, evimizdəki atmosfer də mükəmmələ yaxın idi. Uşaqlar kollecdə oxuyurdular, buna görə, vaxtımın çoxunu idman zalında keçirə bilirdim. Müalicə başlayanda isə, sadəcə, məşq planını dəyişdim və idmana davam etdim”, - deyə, qadın vurğulayıb. O əmindir ki, məhz fiziki məşqlər ona qorxulu xəstəliyə qalib gəlməyə kömək edib. “İdman zalında keçirilən vaxt həm fiziki, həm də psixoloji cəhətdən səhhətimin düzəlməsində böyük rol oynayıb. Fiziki aktivliyə nəzarət və düzgün qidalanma məni xərçəngdən daha güclü etdi”, - deyə, qadın əlavə edib. Trişa etiraf edib ki, özünü qurban hesab etməyi dayandırdığı gündən daha sürətlə sağalmağa başlayıb: “Mən “bu, niyə mənim başıma gəlib” sualını “bu xəstəlikdən necə istifadə edim ki, həyatım yaxşı yöndə dəyişsin” ifadəsi ilə əvəzlədim və qorxunun yerini cəsarət aldı”. Texaslı qadın öz hekayəsini onkoloji xəstəlikdən əziyyət çəkənləri ruhlandırmaq üçün paylaşdığını bildirib: “Əməliyyat nəticəsində süd vəzimin bir hissəsini itirdim, saçsız qaldım. Ancaq xərçəngə imkan vermədim ki, mənim pozitivliyimi, ailəmə, dostlarıma olan məhəbbətimi, həmçinin fitnesə və sağlam həyat tərzinə olan ehtirasımı əlimdən alsın”, - deyə, Trişa sözlərini yekunlaşdırıb.

    Ətraflı   11:02     11-Jun-2020     2630
  • alternative title

    13-cü mərtəbədən yıxılan beş yaşlı qız 40 metr hündürlükdə eyvandan yapışdı

    Ehtiyatsızlıq səbəbindən 13-cü mərtəbədən yıxılan və 40 metr məsafədə evin fasadından sallanıb qalan beş yaşlı qız yanğınsöndürən tərəfindən xilas edilib. “Daily Mail”in verdiyi məlumata görə, hadisə Çinin Yunnan vilayətində qeydə alınıb. Qızın vəziyyətinin yaxşı olduğu vurğulanıb. Ananın sözlərinə görə, kuryerdən sifarişi almaq üçün uşağı cəmi bir neçə dəqiqəliyinə tək qoyub və belə bir hadisənin baş verəcəyini gözləməyib.

    Ətraflı   10:58     11-Jun-2020     3477
  • alternative title

    Karantin məhdudiyyətləri babanın sevimli nəvəsini sevindirməsinə mane ola bilmədi

    Pandemiya ilə əlaqədar bir çox ölkələrdə müəyyən məhdudiyyətlər qoyulub. İnsanlar öz evlərini tərk edə, əzizlərini görə bilmirlər. Lakin bu hal sevimli nəvəsini əzizləmək istəyən babaya mane ola bilməyib. Belə ki, o, drondan istifadə etməyi öyrənib və bu vəsilə ilə ona hədiyyə yollayıb.

    Ətraflı   14:21     10-Jun-2020     2520
  • alternative title

    Ayının qeyri-adi görünüşü hər kəsi qorxutdu

    Rusiyanın Kamçatka diyarında sakinlər qeyri-adi hadisənin şahidi olublar. Belə ki, qəribə görünüşlü ayı yolun ortasında var-gəl edirmiş. RT-nin məlumatına görə, sonradan heyvanın başına bidonun keçdiyi aydın olub. Sakinlər özləri heyvana yaxınlaşmağa qorxaraq, bu barədə dərhal Meşə Təsərrüfatı və Heyvanlar Aləminin Mühafizəsi Agentliyinə xəbər veriblər. Lakin qurumun əməkdaşları hadisə yerinə gələnə qədər xeyli vaxt keçib və ayını orada tapa bilməyiblər.

    Ətraflı   11:43     10-Jun-2020     2106
  • alternative title

    Maska taxmayan müstəntiq gülüş hədəfinə çevrildi - FOTO

    Rusiya Federasiyası İstintaq Komitəsinin əməkdaşı gülünc hərəkətinə görə sosial şəbəkə istifadəçilərinin dilinə düşüb. Belə ki, tibb işçiləri ilə görüşdə maska taxmayan müstəntiqin üzünə fotoşopla düzəliş edilib. Bu barədə “Belqorod №1” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, Alekseyevsk rayonlararası istintaq şöbəsinin müstəntiqləri koronaviruslu xəstələrə baxdıqları üçün nəzərdə tutulan ödənişləri almadıqlarından şikayət edən təcili tibbi yardım işçiləri ilə görüşüblər. Tədbirdən sonra görüş iştirakçıları şəkil çəkdiriblər. Ancaq onların heç birinin üzündə maska olmayıb. Bu səbəbdən fotonu İstintaq Komitəsinin rəsmi saytında yerləşdirməzdən əvvəl müstəntiqin üzünə “Photoshop”da maska ​​çəkilib. Bu isə sosial şəbəkə istifadəçilər arasında gülüşlə qarşılanıb.

    Ətraflı   11:09     10-Jun-2020     3353
  • alternative title

    Narkotik asılılığından qurtulan gənc görünüşü ilə təəccübləndirdi - FOTO

    Narkotik asılılığından qurtulan gəncin zərərli vərdişdən əvvəlki və sonrakı görünüşü ilə bağlı fotoları “Twitter”də böyük maraqla qarşılanıb. Bu barədə Lenta.ru xəbər yayıb. Məlumata görə, gəncin xarici görünüşündəki dəyişiklik bir çox şərhçiləri heyran edib. Bəzi istifadəçilər isə fotodan ona vurulduqlarını etiraf ediblər. Status cəmi bir neçə saat içində 100 mindən artıq bəyənmə toplayıb. Paylaşımdan belə aydın olur ki, gənc 745 gündür ki, heç bir qadağan olunmuş maddədən istifadə etməyib. “Elə görünürdüm ki, elə bil lənətə gəlmiş həmin vaxt ərzində ölü idim. Nəhayət ki, sağam!”, - deyə gənc bildirib.

    Ətraflı   16:50     09-Jun-2020     4315
  • alternative title

    Öləcəyini öyrənən qadın 102 kq arıqladı - FOTO

    165 kiloqram ağırlığında olan şotlandiyalı qadın çəkisinin, demək olar ki, üçdə iki hissəsini itirib. Leven şəhərinin sakini “The Scottish Sun” saytına arıqlamasının sirrini açıqlayıb. 52 yaşlı Treysi Makkormak 2016-cı ildə ikinci tip diabetə tutulduğunu öyrənib. “Həkimlər mənə həyat tərzimi dəyişməyəcəyim təqdirdə beş il yaşamağıma belə zəmanət vermədilər. Mən şokda idim. Bu, mənim ehtiyacım olan fəaliyyət üçün çağırış idi”. Bundan sonra qadın “Slimming World” tərəfindən hazırlanan arıqlama proqramına qoşulub. Qadının bu seçimi etməsinə məşqlər və pəhriz sayəsində 32 kq arıqlayan bacılarının uğuru ilham verib. Həmin vaxtdan etibarən şotlandiyalı qadın qida rasionunu dəyişib və mütəmadi idmanla məşğul olmağa başlayıb. Nəticədə, o 102 kiloqram arıqlayıb. “Səhhətim inanılmaz dərəcədə yaxşılaşdı, diabet remissiya mərhələsinə keçdi, təzyiqim isə normallaşdı”, - deyə T.Makkormak bildirib. “Özümü tamam başqa insan kimi hiss edirəm”, - deyə qadın hisslərini bölüşüb.

    Ətraflı   14:32     09-Jun-2020     3146
  • alternative title

    Ərinin gizli arvadlarının və 13 uşağının olduğunu öyrənən qadının psixologiyası pozuldu - FOTO

    Altı il evli olan və iki övlad dünyaya gətirən qadın təsadüfən ərinin daha bir neçə arvadının və onlardan ümumilikdə 13 uşağı olduğunu öyrənəndə şoka düşüb. Britaniyanın Edinburq şəhərindən olan Meri Terner Tompsonun hekayəsini “Metro” nəşri dərc edib. Məlumata görə, qadın amerikalı Uilyamla internetdə tanış olub. Cəmi üç həftə sonra kişi ona evlilik təklif edib. Onlar evlənərək, altı il bir yerdə yaşayıblar. Kişi həyat yoldaşına MKİ-nin (Mərkəzi Kəffiyyat İdarəsinin) gizli əməkdaşı olduğunu və ara-sıra uzunmüddətli ezamiyyətlərə gedə biləcəyini deyib. Bir dəfə kişi şantajla məşğul olanların əlinə düşdüyünü deyərək, qadını evini və digər əmlakını satmağa məcbur edib. Toplanan 250 min dolları isə guya uşaqlarını oğurlamaqla hədələyən adamlara verdiyini bildirib. Günlərin birində başqa bir qadın Meri Tompsonu taparaq, Uilyam haqqında danışıb. Məlum olub ki, MKİ və şantaj məsələləri uydurmadır. Həqiqətdə isə Uilyamın daha iki arvadı və başqa altı qadından 13 uşağı var. O, arvadları ilə həmin bu “ezamiyyət” günlərində görüşürmüş. Uilyam həmçinin cinsi xarakterili cinayətə görə mühakimə də olunubmuş. Məsələdən xəbər tutan hüquq-mühafizə orqanları onu çoxarvadlılıq, dələduzluq və odlu silahla bağlı qanun pozuntusu səbəbindən həbs edib. Bu hadisələr Meri Tompsona ağır zərbə olub. “Psixi pozğunluğu olan şəxslə altı illik evlilikdən sonra mən hər şeyimi itirdim, iki uşağımla evsiz qaldım”, - deyə qadın bildirib. Stressdən qadın 32 kq kökəlib və çəkisi 120 kq-a çatıb. Arıqlamaq isə asan olmayıb: “Mən müxtəlif pəhrizləri yoxladım, amma heç biri kömək etmirdi. Sonda təslim oldum və həmişəlik bu çəkidə qalacağımla barışdım”. Lakin sonradan Britaniya Səhiyyə Sisteminin təklif etdiyi “Second Nature” proqramının köməyi ilə o, istədiyi nəticəyə çatıb. Qadın daha çox yeriməyə başlayıb, qidasında karbohidratların miqdarını azaldıb. Bunun sayəsində o, cəmi bir həftəyə 4,5 kq çəki ata bilib. 12 həftədən sonra isə yemək vərdişlərini tamamilə dəyişən Meri 12,7 kq arıqlamağa nail olub. M.Tompson bu nəticələrin onun üçün stimul olduğunu vurğulayaraq, proqrama davam edəcəyini vurğulayıb.

    Ətraflı   11:07     09-Jun-2020     3694
  • alternative title

    Gənc fəalın məhəllə kitabxanası-Video

    Ağa Mehdiyev hər kəs kimi son iki ayını karantində keçirib. Lakin digərlərindən fərqli olaraq, o bu müddət ərzində maraqlı layihə edib. Gənc fəal yaşadığı Biləcəri qəsəbəsində özünün hazırladığı kitab rəfi quraşdırıb.  Ağanın əsas məqsədi isə bu cür kitabxanaların çox kiçik icmalarda peyda olmasıdır. Təssəvvür edin ki, hər gün evinizdən çıxarkən bu cür kitab rəfinin yanından keçirsiniz. Bir neçə gün işlərinizin dalınca qaçsanız da, bir gün mütləq ayaq saxlayıb onun içində nə olduğu ilə maraqlanacaqsınız. Çətini ilk addımı atmaqdır. Bu isə Ağa tərəfindən artıq atılıb.

    Ətraflı   19:07     08-Jun-2020     6856
  • alternative title

    76 kq arıqlayan qadın 18 illik arzusunu gerçəkləşdirdi – FOTO

    İngiltərənin Kent qraflığının sakini 76 kq arıqlamağının sirrini paylaşıb. “Daily Mail”in məlumatına görə, bununla Stef Gill ətrafında köklükdən əziyyət çəkən və ümidsizliyə düçar olanları ruhlandırmaq istəyib. Qadının sözlərinə görə, onun ən böyük arzusu öz toyundan sonra evinə əri Conun qollarında daxil olmaq idi. Lakin bu istək xəyal olaraq qalıb. Çünki gəlinin çəkisi həmin vaxt 114 kq-dan artıq olub. “Bilirdim ki, məni qaldırmağa gücü çatmayacaq. Başqalarının bunu edə bildiyi, bizim isə bu ənənədən kənarda qalmağımız məni çox kədərləndirirdi”, - deyə Stef Gill danışır. Hətta uzun illər sonra belə Gill bunun xəyalı ilə yaşayıb. Nəhayət, 2015-ci ildə o, özünü ələ almaq və çoxdankı arzusunu reallaşdırmaq qərarına gəlir. 140 kq çəkidə o, mədə şuntlaması əməliyyatını etdirir. Cərrahlar onun mədəsini 80 faiz kiçildirlər. “Bəziləri düşünür ki, bu, artıq çəkidən qurtulmağın ən tez yoludur. Ancaq arıqlamaq üçün həyat şəraitini dəyişmək lazımdır. Sən artıq çəkidən qurtulmağı istəməlisən”, - deyə qadın bildirib. Gill bir müddət sonra yerli qaçış klubuna yazılır və mütəmadi olaraq yürüşlərə çıxır. Həmin vaxtdan etibarən o, 64 kq arıqlayıb. Britaniya sakini nəinki istədiyi çəkiyə çatıb, həmçinin onu saxlaya bilib. Bir neçə gün öncə isə, toyunun 18-ci ildönümündə Con nəhayət xanımının arzusunu gerçəkləşdirə bilib: Onu qollarında evə daxil edib. 16 yaşlı qızları tərəfindən çəkilən şəkildə gəlinlik paltarında və fatada olan Gillin xoşbəxtliyi üzündən bəlli olur. Gill vurğulayıb ki, gözəl bədən quruluşunu məhz qaçmaqla əldə edib: “Qaçış fiziki və psixoloji sağlamlığa gözəl təsir edir. Elə bir idman sahəsi seçmək istəyirdim ki, özümə bəhanə taparaq, məşğələlərdən yayınmayım. Axı hara istəsən, qaça bilərsən. Bu da sözügedən fəaliyyət növünün ən üstün cəhətidir”. “Özünün ən yaxşı formasında olmaq elə yaxşıdır ki... Mən insanları mütəxəssislərə müraciətdən qorxmamağa çağırıram. Hazırkı vəziyyətdə bu daha çətin olsa da, mümkünsüz deyil”, - deyə Gill əlavə edib.

    Ətraflı   12:54     06-Jun-2020     2152
  • alternative title

    Dalğalar maşını dənizə sürüklədi

    Dalğalar kişinin maşınını dənizə apardı. “Daily Mail”in məlumatına görə, hadisə İngiltərənin Kent qraflığında baş verib. Məlumata görə, hadisəyə səbəb kişinin hidrosikli çıxarmaq üçün maşını suyun lap kənarına verməsi olub. Bu an dalğa avtomobili dənizə aparıb. Kişi dərhal maşının dalınca düşüb, yaxınlıqda olanlar da ona köməyə gəlib. “Xilasetmə əməliyyatı” uğurla başa çatıb.

    Ətraflı   12:42     06-Jun-2020     2282
  • alternative title

    Qorxunc görüntülər: Torpaq sürüşməsi səkkiz evi dənizə saldı

    Torpaq sürüşməsi səkkiz evi dənizə salıb. 360 TV-nin məlumatına görə, təbii fəlakət Norveçdə qeydə alınıb. Lakin xoşbəxtlikdən zərər çəkən olmayıb.

    Ətraflı   11:25     05-Jun-2020     3687
  • alternative title

    Bu liftlərdə insanları “Qaqarin” müşayiət edəcək

    “Roskosmos”un müəssisələrindən biri qeyri-adi layihəyə imza atıb. Belə ki, Yer kürəsi ətrafında dövr edən ilk insan Yuri Qaqarinin səsinin müşayiət etdiyi liftlər istehsal olunacaq. Bu barədə 360 TV xəbər yayıb. Məlumata görə, ilk olaraq Rusiyanın Çelyabinsk şəhərində binalara quraşdırılacaq liftlər kosmonavtın məşhur “Poyexali” (“Getdik”) ifadəsi ilə işə düşəcək. Qeyd edək ki, ilk kosmik uçuş 1961-ci ilin aprelin 12-də Qazaxıstandakı Baykonur kosmodromundan olub. Yerli vaxtla saat 09:07-də start verilərkən Qaqarin tarixə düşmüş “Poyexali” (“Getdik”) ifadəsini işlədib. 108 dəqiqəlik tarixi orbital uçuşunda o, Sakit Okeanın üzərində Yerin qaranlıq tərəfinə keçib, Günəşin doğduğunu görüb.

    Ətraflı   11:46     04-Jun-2020     3166
  • alternative title

    Sosial şəbəkələrdə yayılan şəkil gündəm oldu - FOTO

    Sosial şəbəkələrdə ABŞ-dakı etiraz aksiyalarından paylaşılan foto ciddi müzakirələrə səbəb olub. Bu barədə RT xəbər yayıb. Məlumata görə, şəkil Hyuston şəhərində çəkilib. Kadrlarda nizamla düzülmüş və aksiya iştirakçıları ilə həmrəyliklərini nümayiş edən polislər əks olunub. Müzakirələrə səbəb isə onların birinin qolunun üzərindəki “Rossiya” döyməsidir. Hazırda ABŞ-ın bir çox şəhərlərini etiraz aksiyaları bürüyüb. Buna qaradərili mühafizəçi Corc Floydun polis tərəfindən kobud şəkildə həbsindən sonra ölməsi səbəb olub.

    Ətraflı   17:50     03-Jun-2020     4569
  • alternative title

    Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO

    Pandemiya ilə əlaqədar özünü xəstəlikdən qorumaq üçün təyyarədə tamamilə polietilenə bürümüş sərnişinin fotosu sosial şəbəkə istifadəçilərinin gülüşünə səbəb olub. Lenta.ru-nun məlumatına görə, onun şəkli turistlərin belə yöndəmsiz tədbirlərini istehza ilə qarşılayan “@passengershaming” “Instagram” hesabında dərc olunub. İstifadəçilər fotonun altından “Evdə qalmaq daha asan olmazdımı?”, “Heç olmasa cəhd edib… Hərçənd ki, bu cəhdi ideal adlandırmaq olmaz”, “Nəfəs yollarına təsir göstərən xəstəlikdən müdafiə üçün o, bunu edir. Dahiyanədir!”, “Kəpənəyə çevrilməsi üçün nə qədər vaxt lazımdır” kimi sarkazmla rəylər yazıblar.

    Ətraflı   14:59     03-Jun-2020     3637
  • alternative title

    75 yaşlı qadını zorladı, döydü və qarət etdi

    75 yaşlı qadını zorlayıb, döyüb və qarət ediblər. REN TV-nin məlumatına görə, dəhşətli hadisə Rusiyanın Saratov vilayətində qeydə alınıb. İstintaq komitəsi artıq 39 yaşlı şübhəlinin saxlanıldığını bildirib. Məlumata görə, gecə dələduz təqaüdçünün evinin qapısını döyərək özünü kommunal xidmətin əməkdaşı kimi təqdim edib və sayğacı yoxlamaq istədiyini deyib. Nənə qapını açdıqda isə o, qadını itələyərək evə soxulub. “Mənzildə o, qadına təcavüz edib. Bundan sonra mətbəxdən bıçağı götürərək, pul tələb edib. Zərərçəkən ona 450 rubl (10,8 AZN) verib, ancaq bu ona kifayət etməyib”, - deyə qurumdan bildirilib. Şübhəli nənənin boğazından, çənəsindən bıçaqlayıb, başqa əşyalarla başına vurub. Qadın yerə yıxıldıqda isə gecə lampasının naqili ilə boğmağa başlayıb. Nənə ona 3 min rubl (72,6 AZN) verdikdən sonra kişi şkafları eşələməyə başlayıb, ancaq heç nə tapmayıb. “Bundan sonra o, zərərçəkənin telefonunu və evin açarını götürüb, pərdə və çarpayıya od vurub, qapını çöldən bağlayaraq hadisə yerini tərk edib. Xoşbəxtlikdən qadın özünə gələrək evdən çıxa bilib və qonşulardan kömək istəyib. Bundan sonra təcili yardım briqadası və polis çağırılıb”, - deyə müstəntiqlər bildiriblər. Şübhəli isti izlərlə saxlanılıb. Ona qarşı təcavüz və qarət ittihamı irəli sürülüb.

    Ətraflı   10:51     02-Jun-2020     3405
  • alternative title

    Nə üçün təyyarədə ayaqqabıları çıxarmamalıyıq?

    Təyyarədə olarkən ayaqqabıları çıxarmamalıyıq. Bu barədə “Express” Bena Şervurdun uçuşların təhlükəsizliyi ilə bağlı kitabına istinadla xəbər yayıb. Bildirilir ki, ayaqlarda ayaqqabıların olmaması təcili təxliyyəyə mane ola bilər. Qəzaların 80%-i uçuşun ilk üç dəqiqəsi və ya səkkiz dəqiqəlik eniş ərzində baş verir. Əgər sərnişin ayaqqabısızdırsa, təyyarəni tez və təhlükəsiz tərk edə biləcəyi ehtimalı azdır. Eyni zamanda, həmin şəxslər digər sərnişinləri də təhlükəyə ata bilər, çünki onların ayaqqabıları sürətlə təxliyyəyə mane olur. Bununla yanaşı, hava yolları işçiləri sərnişinlərin təyyarələrin ayaqyoluna də ayaqyalın getməmələrini tövsiyə edirlər. Çünki tualetlər yalnız uçuşun sonunda təmizlənir.

    Ətraflı   14:34     01-Jun-2020     2175

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:31     26-Sep-2020     237
  • alternative title 17:49     26-Sep-2020     266
  • alternative title 17:19     26-Sep-2020     241
  • alternative title 17:02     26-Sep-2020     225
  • alternative title 16:47     26-Sep-2020     329
image title here

Some title