Loading alternative title

MARAQLI

  • alternative title

    Nəhəng yarasanın görünüşü qorxu yaratdı - FOTO

    Qanadları 1,7 metrə qədər olan yarasanın şəkli sosial şəbəkədə virus kimi yayılıb. “Daily Mirror”un məlumatına görə, foto “Twitter”də dərc edildikdən sonra 270 mindən çox izləyici tərəfindən bəyənilib və 110 min dəfə paylaşılıb. Yarasanın görünüşü sosial şəbəkə istifadəçiləri arasında qorxu yaradıb. Onların sözlərinə görə, belə iri yarasaların mövcudluğundan xəbərsiz olublar. “Təsəvvür edin, o oyanıb və sizə doğru uçur. Mən ölkədən qaçardım”, “Onların ət yemədiklərini bilirəm, amma yenə çox qorxulu görünüşləri var”, - deyə istifadəçilər bildiriblər. Qeyd edək ki, Filippin adalarında rast gəlinən aserodon yarasalarının nəhəng qanadlarına baxmayaraq, boyu cəmi 29 sm-dir.

    Ətraflı   11:58     09-Jul-2020     2666
  • alternative title

    Mütəxəssis saç tökülməsinin iki əsas səbəbini açıqladı

    Saç tökülməsinin iki əsas səbəbi stres və insan bədənində dəmir çatışmazlığıdır. Bunu “İzvestiya”ya həkim-dermatoloq Tatyana Yeqorova bildirib. Onun sözlərinə görə, güclü stres keçirdikdən sonra saçların tökülməsi birdən-birə deyil, bir neçə ay ərzində baş verə bilər. Mütəxəssis deyib ki, güclü narahatlıq bu problemin ən geniş yayılmış səbəblərindən biridir və bununla üzləşən zaman mütləq həkimə müraciət edilməlidir. Saç tökülməsinin ikinci əsas səbəbi olan dəmir çatışmazlığı aradan qaldırıldıqdan sonra saçlar daha qalın və güclü olur.

    Ətraflı   12:12     08-Jul-2020     3418
  • alternative title

    Meyvələrin içindən çıxan iynələr qorxu yaratdı - FOTO

    Avstraliya sakinləri yenidən meyvə almaqdan qorxmağa başlayıblar. Meyvələrin içindən iynə və kəskin uclu metal düymələrin çıxması ilə bağlı artıq bir neçə hadisə məlumdur. Bu barədə 360 TV xəbər yayıb. Polis məsələ ilə bağlı araşdırmalara başlayıb. “Metal iynələr çiyələk və avokado bağlamalarında, dəftərxana düymələri isə çörəyin içindən çıxıb”, - deyə, polis idarəsindən bildirilib. Asayiş keşikçiləri yad cisimlərin qidaların içinə qəsdən qoyulduğunu hesab edirlər. Qeyd edək ki, avstraliyalılar belə halla ilk dəfə rastlaşmırlar. 2018-ci ildə çiyələk fermasının 50 yaşlı əməkdaşı müdirindən intiqam almaq üçün belə bir üsula əl atmışdı. 2019-cu ildə isə həmin qadının bu hərəkətindən ilhamlanan başqa bir sakin paltartikən maşının iynələrini üzüm gilələrinə sancmışdı. Həmin şəxslərin hər ikisi saxlanılıb.

    Ətraflı   12:06     08-Jul-2020     2640
  • alternative title

    Daşqın insanların gözü qarşısında körpünü uçurdu

    Bir neçə gündür ki, davam edən leysan yağışlarına görə Çinin Xançjou şəhərində qədim körpü insanların gözü qarşısında uçub. Mail.ru portalının məlumatına görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Qeyd edək ki, Çinin Mərkəzi və Şərqi regionlarında iyun ayından davam edən yağışlar bir sıra şəhərlərdə daşqınlarla və sellə nəticələnib.

    Ətraflı   11:55     08-Jul-2020     2570
  • alternative title

    Boyu iki metrdən çox olan qadın həddindən artıq uzun ayaqlarından danışdı - FOTO

    ABŞ-ın Çikaqo şəhərində yaşayan monqolustanlı Rensenhorlu Bad həddindən artıq uzun və arıq ayaqları barədə danışıb. Bu barədə “Daily Mail” xəbər yayıb. Boyu iki metrdən hündür olan qızın ayaqlarının uzunluğu 134,1 sm-dir. O, uzun ayaqlarından nəinki utanmır, hətta açıq-saçıq geyimləri, o cümlədən, qısa şortlarla qeyri-adi bədən quruluşunu nümayiş etdirir. Bununla belə, uzun boyu ona müəyyən narahatlıqlara səbəb olur: Boyuna müvafiq geyim və ayaqqabı seçmək çətinlik yaradır. Qeyd edək ki, qızın valideynləri də uzun boyları ilə seçilirlər: Atası iki metrdən bir az hündürdür, anasının boyu isə 185 sm-dir.

    Ətraflı   10:50     08-Jul-2020     2638
  • alternative title

    Altı yaşlı oğlunu meşəyə apardı, başına torba keçirib azdırdı...

    Ana altı yaşlı oğlunu meşəyə aparıb, başına torba keçirib yapışqan lentlə dolayıb, özü isə geri qayıdıb. “LifeShot”un məlumatına görə, dəhşətli hadisə Rusiyanın paytaxtında baş verib. Uşaq həmin gecəni meşədə keçirməli olub. Səhər isə polietilen torbadan çıxa bilmədiyini görüb, birtəhər gözləri üçün iki deşik açıb və yola çıxıb. Yaxınlıqdan keçən avtomobilin sürücülərindən biri onu götürüb və polis məntəqəsinə aparıb. Nadejda Kulikova isə polislərə “Losinı ostrov” qoruğunun yaxınlığından keçərkən oğlunun xahişi ilə ora girdiyini, uşağın isə onun əlindən qaçdığını deyib. Hadisə ilə bağlı istintaq başlayıb. Qadın həbs olunub. Onda paranoidal şizofreniya müəyyən edilib. Kulikova ruhi dispanserə məcburi müalicəyə göndərilib. Bu hadisə uşağın psixikasında təsirsiz ötüşməyib. Onda stressə kəskin reaksiya formasında psixi pozğunluq yaranıb. Uşaq mütəmadi olaraq səslər eşitdiyini deyir.

    Ətraflı   10:45     08-Jul-2020     2746
  • alternative title

    Heç bir zərərli yeməkdən imtina etmədən 69 kiloqram arıqladı - FOTO

    Braziliyanın San Paulu şəhərinin sakini heç bir zərərli yeməkdən imtina etmədən 69 kq arıqlayıb. Bu barədə “Daily Mail” xəbər yayıb. 27 yaşlı Cessika Souza Martines arıqlamaq istəyənlərə onları qane etməyən ətraflarını dəyişməyi tövsiyə edib: “Dayanın, düşünün və özünüzə hörmət etməyə başlayın. Son məqsədə yönəlməyin, çünki bəzən uzaq və hətta əlçatmaz görünür. Prosesin özünü qiymətləndirməyə başlayın. İstənilən nailiyyət, hətta ən kiçiyi belə bənzərsizdir, çünki bu sizindir”. Braziliyalı iddia edir ki, uşaq vaxtı o, çox fəal olub. Çəki problemləri yeniyetməlik dövründə başlayıb: “Stresi zərərli qəlyanaltılarla atmağa çalışan Martinesin çəkisi, nəticədə, 130 kiloqrama çatıb. Yetkinliyə keçmək emosional cəhətdən çətin oldu, özümü itirdiyimi hiss etdim. Təxminən dörd il sağlam həyat tərzi ilə vidalaşdım və piylənmədən əziyyət çəkməyə başladım”. Martines o həddə çatıb ki, ancaq yemək fikri ilə yatıb-durub: “Nahar etdiyim vaxt artıq desertə nə yeyəcəyimi düşünürdüm. Çox su içmirdim, bunu qazlı içkilərlə əvəz edirdim. Hər gün azı bir böyük ölçülü şokolad yeyirdim”, - deyə o xatırlayır. Ötən ilin iyun ayında o, özünü ələ almağa qərar verib və mədəsini əməliyyat yolu ilə kiçildib. Bundan sonra, o, həftədə beş dəfə idman salonuna gedib və hər cür yeməyin orta miqdarda yeyilməsinə yol verən pəhrizə keçib. Beləliklə, cəmi bir il ərzində o, 69 kiloqram arıqlamağı bacarıb.

    Ətraflı   11:27     07-Jul-2020     2692
  • alternative title

    Gəlinin üstünə “qan” tökdülər, bəy isə onu yerlə sürüdü - FOTO

    Gəlinin üstünə “qan” tökdülər, bəy isə onu yerlə sürüdü. 360 TV-nin məlumatına görə, kadrlar Kazanda qeydə alınıb. Görüntülər “FemQızlar” hərəkatının üzvləri tərəfindən VVAQ qarşısında keçirilən aksiyadandır. Tatar feministlər bu yolla məişət zorakılığı faktlarına diqqət çəkmək istəyiblər.

    Ətraflı   11:20     07-Jul-2020     3212
  • alternative title

    Dünyanın ən bahalı maskası ilə dillərə düşdü – FOTO

    Özünü koronavirusdan qorumaq istəyən hindistanlı Şankar Kurade koronavirusa qarşı hazırlatdırdığı 289 min rupilik (təqribən 6600 AZN) maska ilə yerli və beynəlxalq medianın diqqətini üzərində cəmləyib. Bu barədə “RİA Novosti” xəbər yayıb. Bildirilir ki, o, başqa bir kişidə gümüşdən maska gördükdən sonra zərgərə belə bir sifariş verib. Kuradenin sözlərinə görə, 2,5 kq qızıldan hazırlanan maskada nəfəs almaq üçün kiçik dəlik var. “Qızıl maska ilə küçəyə çıxanda hamının diqqət mərkəzinə düşdüm. Ailəmin qızıla olan marağı bu tərəflərdə məşhur olsa da, qızıl maska tam yenilik idi, ona görə insanlara maraqlı gəlir”, - deyə o bildirib.

    Ətraflı   10:45     06-Jul-2020     2312
  • alternative title

    52 yaşlı qadın gənc görünməyinin sirrini açdı - FOTO

    İki uşaq anası olan 52 yaşlı finlandiyalı Payvikki Kuppakanqas cavan və caziədar qalmağının sirrini bölüşüb. Bu barədə “Daily Mail” xəbər yayıb. Kuppakanqas etiraf edir ki, gənc ikən gözəl görünmək üçün xüsusi səy göstərməyib. İdmanla isə 40 yaşından sonra məşğul olmağa başlayıb: “40-dan bir az artıq yaşım olanda qarşıma hədəf qoydum və ancaq 50 yaşımda məqsədimə çatdım: press, cazibədar bədən. Özümü həmişəkindən daha yaxşı hiss edirdim. Əgər məndə alınıbsa, sizdə də bu alınar”. Finlandiyalı qadın yüksək intensivli məşqlərlə (HIIT) bu nəticəyə gəldiyini vurğulayıb. Onun sözlərinə görə, bu, onun metobolizmini sürətləndirib. Həftədə 4-6 dəfə idman zalına gedir, gündə 10 min addım atır. O, həmçinin gənc qalmaq istəyənlərə komfort zonasından çıxaraq balanslaşdırılmış qidallanmaya keçməyi tövsiyə edib: “Qidalanma – uğurun 80 faizidir. Gözəlliyin daha bir sirri hərəkətdədir. Özünüzə elə bir məşq seçin ki, orqanizminizə endorfin versin. Araşdırmalara görə, bu mental sağlamlığa da təsir göstərir”. “Ancaq ailəmin və dostlarımın sevgisi, dəstəyi olmasaydı buna nail olmazdım”, - deyə Kuppakanqas sözlərini yekunlaşdırıb.

    Ətraflı   10:43     06-Jul-2020     2344
  • alternative title

    Kreslonu paraşütə bağlayıb havada istirahət etdi

    Türkiyəli pilot və ekstrim həvəskarı Hasan Kaval kreslonu paraşütə bağlayaraq havada istirahət etmək qərarına gəlib. “İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, daha əvvəl o, paraşütlə səmada olarkən nərd oynayıb. H.Kaval uçuşunun uğurla keçdiyini, göydə olarkən özünü daha inamlı hiss etdiyini bildirib.

    Ətraflı   11:26     04-Jul-2020     1500
  • alternative title

    49 yaşlı çoxuşaqlı ana gözəlliyinin sirrini açıqladı - FOTO

    Dörd yetkin uşağı olan Makao sakini filippinli qadın gənc görünməsinin sirrini açıqlayıb. Bu barədə “Daily Mail” xəbər yayıb. Bella Hernandez gəncliyini qorumaq üçün dərisinə xüsusi qulluq etdiyini bildirib. O, həftədə iki dəfə üzünə təzə sıxılmış limon şirəsi çəkir, 10 dəqiqədən sonra isə yuyur. Qadının sözlərinə görə, bu, üz dərisinə parlaqlıq verir. Bundan başqa, çox yorulsa belə hər gün yatmazdan əvvəl üzünü yuyur. Dərisini yumşaltmaq üçün özünün hazırladığı avokado maskasından istifadə edir, bəzən onu saçlarına da çəkir. Bədəninə isə kokos yağı sürtür. Bundan başqa, qadın hər gün çoxlu su qəbul edir. Səhər limon, bal, zəncəfil, sarıkök və bir çimdik istiotla hazırladığı çayı içir. Səhər avokado, qaynadılmış yumurta, yaxud qayğanaq, nahara toyuğun sinə ətindən hazırlanan salat, şam yeməyinə nə isə yüngül nəsə yeyir. Bəzən özünə südlü çay içməyə icazə verir, ancaq bu içkiyə şəkəri az qatır. Hernandez immunitetini qorumaq üçün hər gün C vitamini qəbul edir və həftədə dörd dəfə idmanla məşğul olur. Filippinli qadın etiraf edib ki, 13 il əvvəl böyrək xərçəngindən sağaldıqdan sonra səhhətinə fikir verməyə başlayıb. “Bu, bütün həyatımı dəyişdi. İndi hər gün aldığım nəfəsə görə şükür edirəm. Zamanımı və enerjimi dəyərləndirirəm”, - deyə o əlavə edib. Makao sakini hətta ən məşğul insanları belə özlərinə qulluq barədə unutmamağa çağırıb.

    Ətraflı   12:06     03-Jul-2020     2897
  • alternative title

    Günəşin altında iki saatlıq gəzinti qızı tanınmaz hala saldı - FOTO

    Günəşin altında iki saatlıq gəzinti qızın üz-gözünün şişməsi ilə nəticələnib. “The Mirror”un məlumatına görə, hadisə ABŞ-ın Oklahoma ştatının Ponka-Siti şəhər sakini Peyton Uilyamsın başına gəlib. Məlumata görə, gənc qız həmin gün az günəşli və buludlu olduğu üçün günəş kremindən istifadə etməyib. Lakin gəzintidən sonra o, güclü ağrı və zəiflik hiss edib. Ertəsi gün isə üzü və gözü şişib, alnında, demək olar ki, beş santimetr böyüklüyündə yara əmələ gəlib. Qız dərhal xəstəxanaya gedib. Həkim ona ağır günvurma diaqnozu qoyub və antibiotik təyin edib. Hazırda gənc amerikalı qızın vəziyyəti yaxşılaşıb. Bununla belə, o, sosial media vasitəsilə hamıya səslənərək, Günəşin altında gəzintilərə diqqət etməyə və qeyri-adi hallarda dərhal həkimə müraciət etməyə çağırıb.

    Ətraflı   12:43     02-Jul-2020     2608
  • alternative title

    Səsverməyə ayı balası ilə gəldi

    Rusiyanın Barnaul şəhərində zooparkın əməkdaşı səsverməyə ayı balası ilə gəlib. Məlumata görə, zoopark bu qeyri-adi addımı ilə şəhər sakinlərinin diqqətini səsverməyə yönəltmək və onu yaddaqalan etmək istəyib. Xatırladaq ki, iyulun 1-də Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilib.

    Ətraflı   11:26     02-Jul-2020     2334
  • alternative title

    Narkokuryer kokaini mənzilində axtarış əməliyyatı aparılan ev sahibinə çatdırdı - FOTO

    Narkokuryer mənzilində polis əməliyyatı keçirilən ev sahibinə səkkiz kiloqram kokaini “müvəffəqiyyətlə” təslim edib. “Liverpool Echo”nun məlumatına görə, hadisə Britaniyanın Merisayd qraflığının Hayton şəhərində baş verib. Bildirilir ki, səhər saat 9-da polis cinayətdə şübhəli bilinən şəxsin evində axtarış aparıb. Həmin vaxt ev sahibinin yanına gözlənilmədən qonaq gəlib və ona oyuncaq qutusu şəklində paketi verib. Qutunun üzərində “yanğınsöndürən maşın”ın iki yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulduğu qeyd olunub. Qutu polislərin marağını cəlb edib. Onu açdıqda isə içərisində 8 kq kokain aşkarlanıb. Qeyd olunur ki, tapıntının dəyəri maddənin saflığından asılı olaraq 600 min funta (1 milyon 257 min manat) qədər ola bilər. 42 yaşlı ev sakini Böyük Britaniyaya narkotik idxalında şübhəli bilinərək saxlanılıb.

    Ətraflı   14:31     01-Jul-2020     2923
  • alternative title

    Ölkəmizə qayıdıb COVID-19-la mübarizədə kömək etməyə hazırıq – Belarusda işləyən azərbaycanlı həkimlə MÜSAHİBƏ

    Ölkəmizə qayıdıb COVID-19-la mübarizədə kömək etməyə hazırıq – Belarusda işləyən azərbaycanlı həkimlə MÜSAHİBƏ Bu gün dünyanın, demək olar ki, bütün ölkələrində koronavirus infeksiyasına qarşı fəal mübarizə aparılır. Həmyerlimiz, Minskdə mama-ginekologiya sahəsində çalışan həkim Nail Şirinəliyev koronavirusdan əziyyət çəkən hamilə qadınları müalicə edir. Media.Az-a müsahibə verən N.Şirinəliyev xəstəxanada olan koronaviruslu xəstələrin müalicəsindən və virusun dölə təsirindən danışıb.- Nə vaxtdan koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyirsiniz? - Aprelin 13-də çalışdığım doğum evi pandemiya xəstələrinin müalicə müəssisəsinə çevrildi və o vaxtdan bəri biz ginekoloji patologiyası olan və eyni zamanda, COVİD-19 virusuna yoluxmuş hamilə qadınlarla işləyirik. - Hamilə qadınlar koronavirusu necə keçirirlər? - Prinsipcə, hamilə qadınlardakı simptomlar digərləri ilə oxşardır. Buna rəğmən, anlamaq lazımdır ki, praktiki olaraq hər yoluxma fərdi xarakter daşıyır. Kimdəsə öskürək və yüksək hərarət müşahidə olunur. Digər qrup insanlarda sadəcə boğaz ağrısı və subfebril hərarət qeydə alınır. Olur ki, insanda virusun simptomları müşahidə edilmir, amma anidən tənəffüs çatışmazlığı başlanır. Xəstələrimiz var ki, qoxu hissinin itirilməsindən savayı, infeksiyanın digər əlamətləri yoxdur. Bu şəxslər, Allaha şükür olsun ki, xəstəliyi yüngül formada keçirirlər, digər xəstələrə nisbətən daha sürətlə sağalırlar. - Körpə doğulandan dərhal sonra koronavirus testindən keçirilir? - Bəli, mütləq şəkildə. - Belə çıxır ki, körpə anadan olan kimi təcrid olunur? - Belarus demokratik respublikadır. Bu səbəbdən analara seçim hüququ verilir. Əgər valideyn uşaqdan təcrid olunmaq istəmirsə, əlbəttə ki, uşaq onun yanında qalır. Buna baxmayaraq, valideynlərə mümkün risklər haqda bütün məlumatları çatdırmağa çalışırıq və onların icazəsindən sonra uşağı təcrid edirik. - Uşaqlar bütün bu müddət ərzində süni qidalanma ilə saxlanılır? - Bəli, elədir. - Əgər ana uşağın təcrid olmasının əleyhinədirsə, körpə ana südündən virusa yoluxa bilərmi? - Bu virus yenidir və öyrənilməyib, bu səbəbdən nə isə iddia etmək çətindir. Ancaq deyə bilərəm ki, bu günə qədər infeksiyanın ana südü ilə ötürüldüyünü təsdiqləyən etibarlı mənbə yoxdur. - Yeni doğulmuş körpədə koronavirus aşkar etmisinizmi? - Bizim doğum evində belə hallar olmayıb. - Bu günə qədər virusa yoluxan hamilə qadınlar arasında ölüm halı qeydə alınıb? - Allaha şükür olsun ki, belə hal qeydə alınmayıb! - Bu müddət ərzində neçə virusa yoluxmuş hamilə qadın xəstəxanaya daxil olub? - 100-dən çox qadın... - Onların arasında azərbaycanlı qadınlar olubmu? - Bu günə qədər olmayıb. - Doğuşdan sonra qadınlar xəstəxanada qalıb müalicələrini davam etdirir? - Bəli, əlbəttə, tam müalicə olunana qədər! - Onlar xəstəxanada orta hesabla nə qədər vaxt keçirirlər? - Bir qayda olaraq, iki-üç həftə. Doğrudur, olub ki, ağır xəstələrdən biri süni ağciyər ventilyasiya aparatına qoşulduğu üçün müalicə müddəti iki aya qədər davam edib. - Necə düşünürsüz, ölkələrimiz epidemiyanı nə vaxt məğlub edə biləcəklər? - Düşünürəm ki, mübarizə ilin sonuna qədər davam edəcək. Mən Azərbaycandakı vəziyyəti izləyirəm. Yaxın günlərdə azərbaycanlı həmkarlarımla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) yazılı müraciət ünvanlamışıq. Biz vətənə qayıdıb, COVİD-19-la mübarizədə kömək etməyə hazırıq.

    Ətraflı   18:39     19-Jun-2020     3284
  • alternative title

    Əmrah Çəlikəl: “İstəyirik ki, Rəşad Sadıqovun qazandığı hörmətə layiq vida matçı keçirək” - MÜSAHİBƏ

    Əmrah Çəlikəl: “İstəyirik ki, Rəşad Sadıqovun qazandığı hörmətə layiq vida matçı keçirək” - MÜSAHİBƏ “Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəlin Oxu.Az saytına müsahibəsi: - Çempionatın dayandırılması haqda qərar verildi və “Qarabağ” çempion elan edildi. Çempionatın davam etdirilməsini istəyirdiniz, yoxsa ölkədəki duruma görə ləğv olunmasında maraqlı idiniz? - Hamı kimi biz də çempionatın davam etdirilməsini istəyirdik. Bu qərar düşünülmüş şəkildə verilib. Çempionluq bizim hədəfimiz idi. Bunun sevincini yaşayırıq. Düzdür, yaxşı olardı ki, çempionatı davam etdirək. Ancaq insan sağlamlığı hər şeydən önəmlidir. - Əvvəl qazandığınız yeddi çempionluq içərisində bu, bir qədər fərqli alındı. Son səkkiz turu oynamadan çempionluğu qeyd etmək necə hissdir? - Əlbəttə, fərqli hissdir. Amma pandemiyanın yayılmaması əsas şərtdir. Belə olsa, növbəti mövsümü də rahatlıqla keçirə bilərik. - “Sumqayıt” klubunun məşqləri dayandırdığı deyilir. Sizdə bu baxımdan vəziyyət necədir? - Bu, məşqçilərə aid olan məsələdir. Hələ ki, bu barədə qərar verilməyib. Bu gün müəyyən ediləcək. - Rəşad Sadıqovun mövsümün sonunda karyerasını bitirəcəyi bəlli idi. Lakin onun vida qarşılaşması pandemiyaya görə baş tutmadı. Ola bilərmi ki, onu növbəti mövsümün ilk matçında meydanda görək? - Əlbəttə, Rəşad öz sevgisi, hörməti ilə vida matçı keçirməyi çoxdan haqq edib. Azarkeşlərimiz də bunu çox istəyir. Ancaq indi elə bir qeyri-adi dövrdür ki, hər şeyi istədiyimiz kimi edə bilmirik. İnşallah, ilk fürsətdə bunu etmək planlarımıza daxildir. - Hər hansı yoxlama matçında və ya rəsmi qarşılaşmada onun vida etməsi mümkündürmü? - Biz istəyirik ki, Rəşadın Azərbaycan futbolunda, millidə və “Qarabağ”da qazandığı hörmətə layiq vida matçı keçirək. Sadəcə, bunun üçün düzgün zamanı seçmək lazımdır. - Portuqaliyanın “Şavış” komandasında çıxış edən kolumbiyalı yarımmüdafiəçi Kevin Medinanın “Qarabağ”la anlaşdığı hamıya bəllidir. Bu məsələdə nə yenilik var? - Dediyiniz kimi, anlaşmışıq. Sadəcə, bizim həkimlərimizin iştirakı ilə onun sağlamlıq durumu yoxlanılmalıdır. Sağlamlıq durumunda qüsur aşkarlanmazsa, o, futbolçumuz olacaq. Yolların açılmasını gözləyirik. Bu məsələlərdən sonra onunla 2+1 il şərtilə müqavilə bağlayacağıq.

    Ətraflı   12:38     19-Jun-2020     2165
  • alternative title

    Nəslinin tükənməsinin qarşısını alan tısbağa 44 ildən sonra “təqaüdə göndərildi”

    Nəhəng Qalapaqos tısbağalarının nəslinin kəsilməsinin qarşısını almaq üçün 44 ildir çoxalma proqramında iştirak edən “Dieqo” adlı suda-quruda yaşayan 100 yaşında vətəninə geri qaytarılıb. Bu barədə “HaberGlobal” məlumat yayıb. Proqram çərçivəsində Santa Kruz adasında saxlanılan “Dieqo” və digər 14 erkək tısbağa “təqaüdə göndərilib”. Santa Kruzda 1960-cı illərdə başladılan çoxalma proqramı sayəsində 2 000-dən çox nəhəng Qalapaqos tısbağası dünyaya gəlib. “Dieqo” da 1976-cı ildə həmin proqrama cəlb edilib. Bu tısbağanın hazırda yaşayan həmcinslərinin təxminən 40 faizinin atası olduğu ehtimal edilir.

    Ətraflı   11:21     18-Jun-2020     3363
  • alternative title

    23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO

    64 yaşlı qadın 23 yaşlı gənci övladlığa götürdükdən bir il sonra onunla ailə qurub. Lenta.ru-nun məlumatına görə, qeyri-adi izdivac İndoneziyada qeydə alınıb. Mba Qambrenq 2019-cu ildə Ardi Varası övladlığa götürüb. Həmin vaxtdan etibarən onlar bir yerdə yaşayıblar. Qadının sözlərinə görə, onun gənclə hər hansı romantik münasibəti, xüsusən də evlənmək barədə düşüncələri olmayıb. Övladlığa götürdükdən təxminən bir il sonra qadın Varasa artıq evlənmək çağına gəldiyini deyib (Qadının övladlığa götürdüyü digər üç qızı artıq ailə qurub). Gənc isə qadının sözlərinə cavab olaraq, ona evlənmə təklifi edib. Qambrenq bundan təəccüblənsə də, təklifi qəbul edib.

    Ətraflı   15:10     16-Jun-2020     4214
  • alternative title

    İndi də heykəllər “müqavimət göstərir” – FOTO

    Sosial şəbəkə istifadəçiləri abidələrə qarşı vandal hərəkətlərə “müqavimət göstərən” heykəllərin fotolarını maraqla qarşılayıb. “Daily Mail”in məlumatına görə, britaniyalı hərbçi Yan İnqlisin dərc etdiyi fotoları 48 saat içində 20 000 dəfədən artıq paylaşıblar.

    Ətraflı   11:07     16-Jun-2020     3066

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:19     26-Sep-2020     241
  • alternative title 17:02     26-Sep-2020     225
  • alternative title 16:47     26-Sep-2020     329
  • alternative title 16:33     26-Sep-2020     339
  • alternative title 14:07     26-Sep-2020     324
image title here

Some title