Loading alternative title

MARAQLI

  • alternative title

    İlon Maskın peykləri yeddi min ildən bir Yerin yaxınlığından keçən kometanı görməyə mane olub

    Qlobal internet sisteminin peyki “Starlink” yeddi min ildən bir görünən və son yeddi ilin ən parlaq kometası olan C / 2020 F3-ü (NEOWISE) müşahidə etməyə mane olub. Bu barədə astrofotoqraf Daniel Lopez “Gizmodo”ya açıqlamasında bildirib. D.Lopez “Facebook”da Tenerife adasında (İspaniya) yerləşən Teyde Milli Parkından çəkilmiş NEOWISE kometasının şəklini yayımlayıb. Mütəxəssis görüntüdə kometadan əlavə, “Starlink” peyklərinin buraxdığı parlaq zolaqların da əks olunduğunu görüb. “Bu, astronomik müşahidələrin bildiyimiz şəkildə müşahidəsinin sonudur”, - deyə Lopez bildirib. Onun sözlərinə görə, dünya astronomları və astrofizikləri birliyi, kiçik peyklərin Yer ətrafı orbitə yerləşdirilməsindən narahatdırlar. Astrofotoqrafın sözlərinə görə, səmada uçan cisimlər elmi araşdırmalara mane olur. Xatırladaq ki, aprel ayında İlon Mask astronomik müşahidələr aparmağa mane olmamaları üçün “SpaceX” şirkətinə məxsus “Starlink” peyklərinin “Günəş əleyhinə çətirlər”lə təchiz olunacağını demişdi.

    Ətraflı   10:23     27-Jul-2020     2363
  • alternative title

    Eskobarın “kokain evlərinin” satışına başlanıldı

    Kolumbiyanın Boqota şəhərində 20-ci əsrin ən çox haqqında danışılan kokain taciri Pablo Eskobara məxsus beş min daşınmaz əmlakın satışına başlanılıb. Onların ümumi dəyəri 366 milyon dollar (622 200 000 AZN) təşkil edir. Bu barədə “Bloomberg” xəbər yayıb. Obyektlərin əksəriyyəti evlər və tikinti əraziləridir. Mülklər “DebtX” auksionunda satışa çıxarılacaq.

    Ətraflı   11:05     25-Jul-2020     1456
  • alternative title

    İyul ayında yolka qurub, fişəng atıb, 2021-ci ili qeyd etdilər

    2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan “Burger King” olub. “Daily Storm”un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. “2020 - sınaq ili oldu. Və biz bu işi görürük ki, onu tez bitirək”, - deyə “Burger King”in nümayəndəsi bildirir. Həmçinin, insanlardan 2020-ci il barədə təəssüratlarını bölüşmələri istənilib. Onların əksəriyyəti baş verənlərdən yorulduqlarını və bu ili başa çatdırmağın vaxtı olduğunu deyiblər.

    Ətraflı   11:00     25-Jul-2020     1317
  • alternative title

    Rusiyada yetkin mamontun mükəmməl şəkildə qorunmuş qalıqları tapılıb - FOTO

    Rusiyada yetkin mamontun mükəmməl şəkildə qorunmuş qalıqları tapılıb. “Mash” “Telegram” kanalının məlumatına görə, lokasiya Yamalın Seyaxa qəsəbəsində aşkarlanıb. Sakinlər Ob çayından xəzli filin qalıqlarını - kəllə sümüyünü, aşağı çənəsini, qabırğalarını və ətraflarını (orada hətta vətərlər də var) çıxara biliblər. Hadisə yerinə yerli alimlər çağırılıb. Mütəxəssislər hesab edirlər ki, skletin qalan hissəsi gölün dibində qalıb. Onlar gələn həftə xüsusi texnikanın köməyi ilə çıxardılacaq.

    Ətraflı   10:59     25-Jul-2020     1388
  • alternative title

    Bu axşam gözlər səmaya dikiləcək: Son yeddi ilin ən parlaq kometası Yerin yaxınlığından keçəcək - FOTO

    Yeddi min ildə bir dəfə Yerin yaxınlığından uçan C/2020 F3 (NEOWISE) bu axşam planetimizə ən yaxın məsafədən keçəcək. Bu barədə “RİA Novosti” Moskva Planetariumuna istinadla xəbər verir. Məlumata görə, son yeddi ildə görünən ən parlaq kometa Yerə 103,52 milyon kilometr məsafəyə yaxınlaşacaq. Astronomların fikrincə, NEOWISE-ın parlaqlığı artıq solmağa başlayıb və iyul ayının ortalarında olduğu kimi görünmür. Kometa axşam və gecənin birinci yarısında Arabaçı bürcünün (Auriga) yaxınlığında şimal-şərq üfüqünün üstündəki səmada görünə bilər. Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiyada olan rusiyalı kosmonavt İvan Vaqner bundan əvvəl NEOWISE kometasının fotosunu çəkmişdi. “Onun quyruğunu kosmosdan, Beynəlxalq Kosmik Stansiyadan çox yaxşı görmək olur!” - deyə, o, şəkilə şərh vermişdi.

    Ətraflı   12:50     23-Jul-2020     3423
  • alternative title

    Qadından gözlənilməz tələb: Keçi atalıq testindən keçməlidir

    ABŞ-ın Florida ştatında qəribə hadisə baş verib. Belə ki, yerli sakinlərdən biri keçi üçün atalıq testi tələb edib. Bu barədə “Mandatory” xəbər yayıb. Bildirilir ki, qadın qonşusundan hər biri 900 dollara (1 530 AZN) beş oğlaq alıb. Sonradan “zərərçəkən” şəxs aldığı heyvanların müqavilədə göstərildiyi cinsə mənsub olmadığından şübhələnib. Bu səbəbdən qadın keçinin “American Dairy Goat Association”da qeydiyyatda olmasından əminlik üçün oğlaqların atası sayılan keçinin atalıq testindən keçirilməsini istəyib. “Zərərçəkən”in bir neçə dəfə polisə şikayət etdiyi də bildirilir. Qeyd olunur ki, sözügedən assosiasiyada qeydiyyatda olan keçilər digərlərinə nisbətən xeyli baha satılır.

    Ətraflı   10:57     23-Jul-2020     1217
  • alternative title

    Bir neçə onillik sonra ağ ayılar tamamilə yoxa çıxacaq

    İqlim dəyişikliyinə qarşı daha çox səy göstərilməyəcəyi təqdirdə əsrin sonuna qədər qütb ayıları qalmaya bilər. Bu barədə “Nature Climate Change” nəşrində dərc olunan araşdırmada bildirilib. Alimlər hesab edirlər ki, Arktika buzları əriməkdə davam edərsə, qütb ayıları məhv olacaqlar: onlar artıq mövcudluqlarının son həddindədirlər. Yay aylarında sahil buzları əriyəndə, qütb ayıları quruya köçürlər: orada, demək olar ki, qida olmur, heyvanlar bədənlərində topladıqları piyin hesabına yaşayırlar. Dəniz buzları yarıldıqda, ayılar özləri və balaları üçün qida tapmaq üçün buzun üstü ilə uzun məsafələr qət etməli olurar. Belə şəraitdə bu, çətin məsələyə çevrilir. Toronto Universitetindən Peter Molnarın rəhbərliyi ilə kanadalı və amerikalı alimlər 1979-cu ildən 2016-cı ilədək Arktika dənizlərinin buz örtüyündə dəyişikliklərin modelini qurublar və yay müddətində qütb ayılarının nə qədər ac qala biləcəyini hesablayıblar. Onların hesablamalarına görə, istixana qazı tullantıları və buzlaqların ərimə sürəti eyni səviyyədə qalarsa, 2100-cü ilə qədər, demək olar ki, bütün qütb ayı populyasiyalarının yox olacağı ehtimalı var. Bu, dəniz buzlarının ərazisinin sürətlə azalması və ayıların daha çox ac qalması ilə əlaqədardır: piy ehtiyatı onlara bəs etməyə bilər. Qeyd edək ki, təkcə son on il ərzində Arktika buzlaqlarının sahəsi 13% azalıb.

    Ətraflı   17:05     22-Jul-2020     1540
  • alternative title

    Azərbaycanda ilk dəfə pulsuz Wi-Fi və mini-barı olan dayanacaq quraşdırılıb - FOTO

    Azərbaycanda ilk dəfə olaraq bio-smart avtobus dayanacağı yerləşdirilib. İsmayıllı rayon mərkəzində yerləşən dayanacaqda pulsuz “vay-fay” (Wi-Fi), tәhlükәsizlik kamerası, dezinfeksiya duşu, mini-bar (su, fanta, kola), enerji portu, USB quraşdırılıb. Qeyd edək ki, pavilyon günәş enerjisi ilә işlәyir.

    Ətraflı   14:33     22-Jul-2020     1563
  • alternative title

    Eyvandan sallanan uşaq son anda xilas edildi

    Eyvana çıxan və oradan yıxılan uşaq dəqiqələr boyunca sallanmış vəziyyətdə qalıb. Həmin vaxt içkili olan anası isə evdə yatıb. 360 TV-nin məlumatına görə, qorxunc hadisə Rusiyanın Podolsk şəhərində baş verib. Balaca 15 dəqiqə sallanmış vəziyyətdə qalıb. Hadisə şahidlərinin sözlərinə görə, onlar uşağı görən anda dərhal adyal gətirib açıblar ki, uşaq yıxılacağı halda tuta bilsinlər. Ancaq xoşbəxtlikdən o, yıxılmadan xilas olunub. Bir mərtəbə aşağıda yaşayan qonşu azyaşlını xilas edib. Sərxoş ana isə polis əməkdaşlarına qapını dörd saatdan sonra açıb. Qadına qarşı inzibati protokol tərtib olunub, evdə olan iki uşaq xəstəxanaya aparılıb. Hazırda faktla bağlı yoxlamalara başlanılıb.

    Ətraflı   11:00     22-Jul-2020     2271
  • alternative title

    Kalibrilərin başqa quşlardan gizli “rabitə kanalı” tapılıb - FOTO

    Kalibrilərin başqa quşlardan gizli “rabitə kanalı” tapılıb. Belə ki, onlar ultrayüksək tezliklərdə oxuma qabiliyyətinə malikdirlər. Bu barədə “Live24” xəbər yayıb. Kalibrilərdə erkəklər çox vaxt dişiləri oxumaları ilə cəlb edirlər. Mütəxəssislər And dağlarında yaşayan Ekvador kalibrilərinin oxumalarını lentə alıblar, sonra lenti qoşaraq, digər quşların reaksiyasını yoxlayıblar. Bir çox kalibrilər dinamikə tərəf çevrilərək, sevgi vızıltıları gələn tərəfə boğazlarını uzadıblar. Lakin digər quş növləri heç bir reaksiya verməyib. Mütəxəssislər hesab edirlər ki, kalibrilərin ultrasəs siqnallarını eşitmə qabiliyyəti təkamül nəticəsində yaranıb. Beləliklə, quşlar təbiətin səs-küyü fonunda bir-birini eşidə biliblər.

    Ətraflı   14:22     21-Jul-2020     1903
  • alternative title

    Yeddi min ildən bir Yerin yaxınlığından keçən kometa görüntüləndi - FOTO

    Yeddi min ildən bir Yerin yaxınlığından keçən kometanın şəkli çəkilib. N24.ru-nun məlumatına görə, şəkilin müəllifi Yamal sakini Serqey Qalkodur. NEOWISE adı verilən bu səma cismi son illərdə müəyyən edilən ən parlaq kometadır.

    Ətraflı   10:57     20-Jul-2020     2666
  • alternative title

    Uşağın fəryadı qadını faciəvi ölümdən xilas etdi

    Günəş vannası qəbul edən qadın oğlunun sayəsində faciəvi şəkildə ölümdən xilas olub. Belə ki, övladının “ana, qaç” fəryadına cəld reaksiya verən ana sınıb aşan ağacın altında qalmaqdan son anda qaça bilib. “Daily Mail” -in məlumatına görə, hadisə ABŞ-ın Corciya ştatında qeydə alınıb.

    Ətraflı   11:06     18-Jul-2020     1746
  • alternative title

    Videoçarx çəkmək arzusu xilasediciləri köməyə çağırmaqla nəticələndi - FOTO

    Böyük Britaniyadan olan bloqer qız “TikTok” üçün video çəkmək istəyib. Ancaq bu istəyi xilasediciləri köməyə çağırmaqla bitib. “Daily Mail”in verdiyi məlumata görə, 14 yaşlı qız altı aylıqdan dörd yaşa kimi uşaqlar üçün nəzərdə tutulan yelləncəkdə yellənmək qərarına gəlib, amma oturduqdan sonra oradan çıxa bilməyib. Bundan sonra o, anasını köməyə çağırıb. Qadının ilk reaksiyası gülmək olub. Ancaq sonradan vəziyyətin ciddiliyini anlayaraq, xilasediciləri köməyə çağırıb. Qızı saat yarımdan sonra yelləncəkdən azad etmək mümkün olub.

    Ətraflı   15:03     17-Jul-2020     2016
  • alternative title

    Milyon dollarlıq xəzinəni gizlədib, axtarış üçün ipucları qoydu

    Ailəlikcə uzun illər zərgərliklə məşğul olan amerikalı Conni Perri müxtəlif yerlərə ümumi dəyəri bir milyon dollar (1 700 000 AZN) olan xəzinə basdırıb, onun axtarışı üçün isə ipucları qoyub. Bu barədə WJBK məlumat yayıb. Bildirilir ki, Conni Perrinin ailəsinə məxsus zərgərlik dükanında satılmayan qiymətli əşyalar Detroytdan Miçiqana kimi onlarla yerdə basdırılıb. O və arvadı xəzinənin basdırılması üçün dörd ay vaxt sərf ediblər. Perrinin seçdiyi yerlər onun həyatının önəmli hadisələri ilə bağlıdır. Bəzi məntəqələrə o, baydarka ilə hərəkət etmək məcburiyyətində qalıb. Məşhur zərgər iddia edir ki, hər bir xəzinədə 4 000 dollar (6 800 AZN) dəyərində brilyantlar, qızıl əşyalar və nadir sikkələr var. Perri xəzinə axtaranlara ipuclarını satmağı düşünür. Xəzinə tapılanda dəyərli əşyalarla birlikdə basdırılan GPS trekin sayəsində bunu öyrənmək mümkün olacaq. İlk xəzinə ovu avqustun 1-də başlayacaq. Zərgər onun tez tapılacağını düşünür. “Axtarışların bir həftədən çox çəkə biləcəyini düşünmürəm”, - deyə o etiraf edib.

    Ətraflı   11:55     17-Jul-2020     2888
  • alternative title

    Bitki çaylarının qəbul edilməsi təsirli vasitədir

    Dünyada ən çox sevilən içkilərdən biri çay sayılır. Xüsusən də insan orqanizmi üçün faydalı olan bitki çayları əvəzolunmazdır. Bitki çaylarının qəbulu sağlamlığın qorunmasında, çəki atmaq, immunitet sisteminin gücləndirilməsi və bəzi xəstəliklərin müalicəsində istifadə edilən ən mühüm alternativ tibb üsullarından biridir. Ona görə də hansı bitki çayının nəyə yaxşı təsir etdiyini və hazırlanma qaydasını bilmək də vacibdir. Həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a deyib: “Bitki çaylarını dəmləyərkən onun temperaturu 70-80 dərəcədən çox olmamalıdır, çünki daha yüksək temperaturda dəmləyəndə təsiri bir qədər zəifləyir. Elə çay ola bilər ki, allergiyaya, mədə-bağırsaq sisteminin işinin pozulmasına səbəb olsun, ona görə də bunları nəzərə almaq lazımdır. Bitki çayları ilə müalicə iki aya qədər davam edə bilər”. Bitki çayları tərkibindəki efir yağları, antioksidantlar və digər birləşmələrə görə sağlamlıq üçün faydalı hesab olunur. Həkim-fitoterapevtin dediyinə görə, qida qəbulundan sonra həzm narahatlığı olduqda nanənin limonlu çaya qarışdırıb içilməsi ən yaxşı yardımçı vasitədir. Qara çaya razyana qatılıb içilməsi köp problemini aradan qaldırır. Qara çaya bir çubuq darçın əlavə edilməsi insulin çatışmazlığı zamanı faydalı təsir göstərir. Darçın şəkərə olan tələbatı və insulin çatışmazlığını aradan qaldırır. Bitki çaylarını mütəmadi olaraq həddindən artıq istifadə etdikdə sağlamlığa ciddi ziyan verə bilər. Mütəxəssislər hesab edirlər ki, bitki çaylarını istifadə etməzdən əvvəl onların tərkibi haqqında məlumatlı olmaq lazımdır. Həkim-fitoterapevt deyib: “Yuxarı tənəffüs yollarının problemi ilə üzləşəndə cökə çayından istifadə etmək olar, bal və limon əlavə edilmiş itburnu çayı da təsirli vasitədir. Sarıkök və zəncəfil çayı içilməsi də mikrobları məhv edir, iltihabı prosesin qarşısını alır”. Vitamin və minerallarla zəngin olan bitki çayları bədənin bir çox tələbatını ödəyir və bəzi fizioloji problemləri həll edir.

    Ətraflı   10:57     16-Jul-2020     1748
  • alternative title

    İnsanlara içki təklif edib, onları zəhərləyir, sonra isə…

    İnsanlara içki təklif edərək, onları zəhərləyir, sonra isə ölümə tərk edir. “LifeShot” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyada qeydə alınıb. Qurbanlardan birinin sözlərinə görə, bardan çıxarkən Vladimir M. ona yaxınlaşıb və siqaret istəyib. Sonra isə həyətdə bir yerdə araq içməyi təklif edib. Üçüncü stəkandan sonra gənc huşunu itirib: “Qaranlıq həyətdə oturmuşduq. İçməyə başladıq. Haradan olduğumu, valideynlərim barədə soruşdu. Üçüncü qədəhdən sonra halım pisləşdi, huşumu itirdim. Sonradan öyrəndim ki, o, məni həyətdən çıxarıb və küçənin hərəkətli hissəsinə atıb. Orada səndələmişəm və yerə yıxılmışam. Xoşbəxtlikdən, məni yolun hərəkətli hissəsindən götürən və təcili yardım çağıran yaxşı insanlar olub. Bu insanlara və təcili tibbi yardım əməkdaşlarına çox minnətdaram”. Gənc gözlərini bir də xəstəxanada açıb. Ona “psixotrop maddədən güclü zəhərlənmə” diaqnozu qoyulub. Sonradan gəncin telefonunun və qızıl boyunbağının oğurlandığı aydınlaşıb. Şübhəli şəxs artıq saxlanılıb. Oğurlanan əşyalar onun üzərində olub. Zərərçəkən onu tanıyıb.

    Ətraflı   12:21     15-Jul-2020     3156
  • alternative title

    İnsan ağızlı balığın görüntüləri hər kəsi heyrətləndirdi - FOTO

    Malayziya sahillərində tutulan insan ağızlı balığın şəkilləri “Twitter”də virus kimi yayılıb. Bu barədə NDTV xəbər verir. Məlum olub ki, video müəllifi “triggerfish” ailəsinin nümayəndəsinin şəklini çəkib. Bu balıqlara Atlantik, Hindistan və Sakit okeanların tropik və subtropik hissələrində rast gəlinir. Təcavüzkar davranışları ilə məşhur olan bu balıqlar, tez-tez dalğıclara hücum edirlər və hətta dalğıc kostyumunu dişləyə bilərlər.

    Ətraflı   11:52     15-Jul-2020     1358
  • alternative title

    Pensiyaçı kişi sənədli filmdə özünün beş yaşındakı halını tanıdı - FOTO

    Böyük Britaniyadan olan təqaüdçü Toni Lister 1945-ci ildə Qələbə günündə çəkilən arxiv görüntülərində özünü tanıyıb. “The Sun”ın məlumatına görə, həmin vaxt onun cəmi beş yaşı olub. Listerin sözlərinə görə, atası müharibə illərində pilot olub. Parada o, anası və nənəsi ilə birlikdə gedibmiş. Onlar da kadrlarda görüntüləniblər. Fotoda hər üçü Baş nazir Uinston Çörçill və Kral VI Georgu alqışlayırlar. Britaniyalı həmin vaxt çəkildiklərini xatırladığını deyir. Böyüyəndən sonra Lister o kadrları axtarmaq qərarına gəlib. Ancaq bunun üçün 40 il vaxt lazım olub. O, BBC-nin təqdim etdiyi kadrlarda özünü, anasını və nənəsini görməkdən çox şad olduğunu deyib. “Çox sevinmişdim. O qədər xoşbəxt xatirələrim yadıma düşdü ki…”, - deyə pensiyaçı etiraf edib. Lister əlavə edib ki, nəvələri böyüyəndə videonu onlara hökmən göstərəcək.

    Ətraflı   11:47     15-Jul-2020     2682
  • alternative title

    Tutuquşu yaddaş testində Harvard tələbələrini geridə qoydu – FOTO

    ABŞ-ın və dünyanın ən məşhur ali məktəblərindən sayılan Harvard Universitetində keçirilmiş maraqlı eksperiment gözlənilməz nəticələrlə yekunlaşıb. Belə ki, yaddaş testində tutuquşu universitet tələbələrini üstələyib. Bu barədə “Scientific Reports”da məqalə dərc olunub. Təcrübənin şərtlərinə əsasən, iştirakçılar fincanların altında gizlədilən pomponların rəngini və yerini yadda saxlamalı idilər. Onlar boz Afrika tutuquşusu, 6-8 yaşlı 21 uşaq və 21 universitet tələbəsi olub. Maraqlıdır ki, eksperimentin sonunda tutuquşu bütün digər iştirakçıları qabaqlayıb.

    Ətraflı   11:08     11-Jul-2020     2955
  • alternative title

    Attraksionlarda qışqırmaq qadağan edildi

    COVID-19 virusunun yayılmasını minimuma endirmək üçün əyləncə parklarındakı attraksionlarda qışqırmaq qadağan edilib. RTVİ-nin məlumatına görə, söhbət Yaponiyadan gedir. Bildirilir ki, bu addımın atılmasına səbəb öskürək və danışmaqla yanaşı, qışqırarkən də virusu yayacaq kiçik damcıların ağızdan uçmasıdır. Lakin qərar birmənalı qarşılanmayıb. Ziyarətçilər attraksionlarda əylənərkən qışqırmamağın mümkün olmadığını bildiriblər.

    Ətraflı   12:33     10-Jul-2020     2540

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:31     26-Sep-2020     237
  • alternative title 17:49     26-Sep-2020     266
  • alternative title 17:19     26-Sep-2020     241
  • alternative title 17:02     26-Sep-2020     225
  • alternative title 16:47     26-Sep-2020     329
image title here

Some title