Loading alternative title

MARAQLI

  • alternative title

    Yer üzündə 87 ildən sonra ən yüksək temperatur qeydə alındı

    ABŞ-ın Kaliforniya ştatındakı Ölüm Vadisində (Death Valley) 87 ildən sonra dünyanın ən yüksək temperaturu qeydə alınıb. “HaberGlobal” məlumat verir ki, vadidə temperatur 54,4 dərəcə təşkil edib. Bundan əvvəl vadidə 1913-cü ildə 56,7 dərəcə temperatur dünyada ən yüksək temperatur kimi qeydə alınıb. Yüksək temperaturun ABŞ-ın qərb sahillərinə təsirinin yaxın günlərdə də davam edəcəyi bildirilir. Mövcud istilik dalğası Arizonadan Vaşinqton ştatına qədər uzanacaq. Kaliforniya, Nevada, Arizona və Yuta ştatlarının sakinlərinə açıq havada daha az vaxt keçirmələri barədə xəbərdarlıq edilib. Ümumdünya Meteoroloji Təşkilatı iyul ayının Şimali yarımkürədə “ən isti ay” olaraq qeyd olunduğunu və Arktikadakı dəniz buzlarının “ən aşağı səviyyəyə” düşdüyünü bildirib.

    Ətraflı   12:55     19-Aug-2020     2353
  • alternative title

    ABŞ-da güllə əvəzinə tibbi maska atan “silah” düzəltdilər

    Amerikalı “YouTube” bloqeri Allen Pen maska “güllələyən” pnevmatik silah hazırlayıb. “Meduza” xəbər verir ki, cihaz təkcə maskanı üzə vurmur, həm də onu dörd iplə bağlayır. Pen cihazı özündə və maniken üzərində test edib. O, yeni “silah”ı insanlar üzərində tətbiq etmək üçün Kaliforniyanın cənubundakı Hantinqton-Biç şəhərinə gedib. Pen əmin idi ki, bu şəhərin sakinləri demək olar, maska taxmırlar. Yutuber orada yoldan keçənləri təcrübəsində iştirak etmək üçün dilə tutub.

    Ətraflı   12:10     19-Aug-2020     1679
  • alternative title

    Videooyunlar oğlan uşaqlarına oxumağı öyrənməyə kömək edir

    Videooyunlar oğlan uşaqlarında oxumaq bacarıqlarını inkişaf etdirmək üçün yaxşı vasitədir. Bu qənaətə Böyük Britaniyanın Milli Savadlılıq Fondu və Əyləncə Sənayesi Assosiasiyasının araşdırmaçıları gəliblər. Məlumata görə, oyunlar qızlar üçün də bu bacarığı inkişaf etdirməyə yardımçı olur, lakin daha az dərəcədə. Bildirilib ki, videooyunlar sayəsində uşaq və yeniyetmələrdə yaradıcılıq və kommunikativ bacarıqlar da təkmilləşir. Araşdırmada yaşı 11-dən 16-dək olan 4 626 uşaq iştirak edib. Məlum olub ki, oyun həvəskarının 79%-i paralel olaraq həm də çoxlu oxuyurlar: oyunun özündəki mətnlər və ismarışlar, icmallar, bloqlar, fanfiklər və oyunlar barədə kitablar. Oğlanlara videooyunlar daha çox kömək edir. Buna səbəb onların kompüter arxasında qızlardan fərqli olaraq daha çox vaxt keçirməsidir. Bundan başqa, oyunlar hesabına uşaqlarda yaradıcılığa da həvəs yaranır. Belə ki, oyunçuların 63%-i ən azı bir dəfə hekayə yazmaq, bloq yaratmaq, oyunlar üzrə bələdçi videoçarxlar çəkmək istəyiblər.

    Ətraflı   17:57     15-Aug-2020     1103
  • alternative title

    Əfsanəvi basketbolçunun idman ayaqqabıları hərracda bir milyona satıldı

    Amerika Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi basketbolçu Maykl Cordanın idman ayaqqabıları hərracda 615 min dollara (Təxminən bir milyon manat - red.) satılıb. Bu barədə NSN agentliyi məlumat yayıb. M.Cordan 1985-ci ildə İtaliyada çıxdığı oyunda şüşə lövhəni sındırmış, nəticədə, şüşə qırıntısı onun hərracda satılan ayaqqabısında qalmışdı. İdman ayaqqabısı M.Cordanın oynadığı klubun ənənəvi qırmızı, qara və ağ rənglərindədir.

    Ətraflı   11:17     15-Aug-2020     1095
  • alternative title

    Maykl Cordanın ayaqqabıları hərracda satıldı

    Basketbol əfsanəsi Maykl Cordana məxsus “Nike Air Jordan 1 High” idman ayaqqabıları “Christies” hərrac mərkəzində 615 min ABŞ dollarına, yəni 460 min avroya satılıb. QALANEWS “BBC”yə istinadən xəbər verir ki, 1985-ci ilin 25 avqust tarixində 22 yaşlı ulduzun “Chicago Bulls”dakı ilk mövsümünü başa vurduqdan sonra İtaliyanın Trieste şəhərində keçirilən Stefanel Trieste – Juve Caserta yoldaşlıq oyununda iştirak edərkən geyindiyi bu tarixi ayaqqabıları 650-850 min dollar məbləğində qiymətləndirilərək top lot olaraq hərraca qoyulmuşdu. Bütövlükdə Maykl Cordanın “Chicago Bulls”dakı 14 illik karyeri şərəfinə ona məxsus 9 cüt idman ayaqqabısı “Christies” hərraclarına çıxarılaraq satılıb. Bu ilin may ayında MJ-in ilk mövsümündə geyindiyi ayaqqabıları “Sotheby’s” hərrac mərkəzində 560 min ABŞ dollarından satılmışdı.

    Ətraflı   18:40     14-Aug-2020     2068
  • alternative title

    Ayı futbolçuların geyinib-soyunma otağına daxil oldu -

    Rusiyanın “Saxalinets” futbol klubunun təlim-məşq toplantısında ayı da iştirak edib. REN TV xəbər verir ki, bu barədə məlumat klubun “Instagram” səhifəsində yerləşdirilib. Qeyd olunur ki, ayını məşqə klubun oyunçulardan olan Mixail Litvin gətirib. Ayını görən futbolçular əvvəl təşvişə düşsələr də, bir müddət sonra geyinib-soyunma otağına gələn “qonağı” mobil telefonlarına çəkməyə başlayıblar.

    Ətraflı   11:17     14-Aug-2020     1185
  • alternative title

    Bu gün Solaxaylar Günüdür: Məşhur solaxaylar - FOTO

    Hər il avqustun 13-ü Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib. Statistikaya əsasən, dünya əhalisinin təxminən 10 faizi solaxaydır. “Haberturk” dünyanın ən məşhur solaxaylarının bir qisminin siyahısını hazırlayıb: Aktrisa Merilin Monro Aktyor Kianu Rivz Aktyor Morqan Friman Birləşmiş Ştatların 44-cü Prezidenti Barak Obama Almaniyalı fizik Albert Eynşteyn Böyük Britaniyalı fizik İsaak Nyuton “Microsoft” şirkətinin yaradıcısı Bill Geyts Aktyor Bred Pitt Fransa imperatoru Napoleon Bonapart Aktrisa Ancelina Coli Aktyor Çarli Çaplin

    Ətraflı   15:25     13-Aug-2020     1516
  • alternative title

    Avstraliyada şəlalələr tərsinə axmağa başlayıb

    Avstraliyanın sahil şəhəri Budində (Yeni Cənubi Uelas ştatı) şahidlər təəccüblü təzahürü videoya çəkiblər. Tasmanov dənizinin yaxınlığındakı uçurumda iki şəlalə «baş-ayaq» düşüb - onlarda su adəti üzrə yuxarıdan aşağı yox, əksinə axmağa başlayıb. Bütün qeyri-adiliyinə baxmayaraq, təzahürün sadə izahı tapılıb. Belə ki, Tasmanov dənizindən əsən güclü külək (sürəti 70 kilometr/saat) suyun istiqamətini dəyişib. Külək zəifləyən kimi, su «düzgün» istiqamətinə qayıdıb.

    Ətraflı   12:52     11-Aug-2020     1632
  • alternative title

    Metal yeyən bakteriya kəşf edildi

    Alimlər uzun müddətdir var olduğunu düşündükləri, ancaq sübut edə bilmədikləri yeni bakteriya növü kəşf ediblər. Bununla bağlı NTV məlumat yayıb. ABŞ-da Kaliforniya Texniki İnstitutunda təsadüfən yüz illik bir problemin cavabı ortaya çıxıb. Manqan üzərində sınaqlar aparan bir qrup alim metal yeyən bakteriya kəşf edib. Bakteriyaların metallarla qidalandığı bildirilib. İnstitut alimlərindən biri şüşə qabı ofisdəki çanaqda qoyub. Bir neçə ay sonra qayıdanda şüşə qabın tünd bir maddə ilə örtüldüyünü görüb. Araşdırmalardan sonra sözügedən tündlüyün oksidləşmiş manqan olduğu üzə çıxıb. Tündləşməyə səbəb olan bakteriyanın isə suda olduğu təxmin edilir.

    Ətraflı   12:33     10-Aug-2020     1941
  • alternative title

    Sahildə üzgəcləri və kürkü olan naməlum heyvanın qalıqları tapıldı - FOTO

    Dəniz sahilində tapılan dörd metrlik naməlum heyvan görüntüsü ilə hər kəsi heyrətə gətirib. İri əzələli heyvana aid olduğu düşünülən qalıqların fotolarını “Liverpool Echo” yayımlayıb. Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində çimərlikdə tapılan heyvana xüsusi qəribəlik verən isə onun dörd üzgəcli və kürklü olmasıdır. Sosial şəbəkələrdə heyvanın cinsi ilə bağlı böyük müzakirələr başlayıb. Ancaq yekun bir nəticəyə gəlinməyib. Bir çoxları isə zarafata bu qalıqların mamonta, Frankenşteynin bədheybətinə və yadplanetliyə aid olduğunu yazıblar.

    Ətraflı   11:41     04-Aug-2020     2012
  • alternative title

    Ev heyvanları uşaqları allergiyadan qoruyur

    Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, allergiyadan müalicə üçün ev heyvanlarından istifadə edilə bilər. “Rossiya 1” telekanalının efirində çıxış edən Myasnikovun sözlərinə görə, it, pişik və digər ev heyvanları ilə əlaqədə olan işaqlarda bronxial astma və allergiya reaksiyası çox az hallarda müşahidə edilir. Həkim əlavə edib ki, bir çox ölkələrdə uşaqları məktəblərdən xüsusi fermalar aparırlar və orada heyvanlarla təmasda olan azyaşlıların immuniteti güclənir. Myasnikov əlavə edib ki, uşaq heyvanlarla təmasda böyüyəndə onda məsuliyyət və dissiplin xüsusiyyətləri daha yaxşı inkişaf edir.

    Ətraflı   12:11     03-Aug-2020     2182
  • alternative title

    “Buz dövrü” barədə əsl həqiqət məlum oldu

    Mamontlar və digər nəhəng heyvanlar vulkan püskürməsi nəticəsində yaranan soyuq iqlimə görə məhv olublar. Buna qədər hesab olunurdu ki, temperatur dəyişikliyi Yerə meteoritin düşməsi ilə əlaqədardır. Bu barədə 360 TV xəbər yayıb. Tədqiqatçılar Mərkəzi Texasdakı “Hall” mağarasında qazıntı işləri apararkən əvvəllər yerüstü təsir qalıqları ilə səhv saldıqları püskürmə əlamətlərini aşkarlayıblar. Elm adamları maddələrin biokimyəvi analizini aparıblar və onların içərisində yerdənkənar bir şey olmadığını müəyyən ediblər: Bunlar meteorit deyil, lava idi. Beləliklə, çox güman ki, 13 min il əvvəl bir çox vulkanın püskürməsi səbəbindən Yer səthinin üstündə qatı suspenziya meydana gəlib, bu da günəş şüalarının keçməsinə imkan verməyib. Nəticədə buz dövrü yaranıb, ardınca isə heyvanlar məhv olub.

    Ətraflı   10:43     03-Aug-2020     2403
  • alternative title

    Madam Tüsso muzeyinin mum heykəlləri Londonun mərkəzində nümayiş olunur

    Dünya liderlərinin, Britaniya kral ailəsinin üzvlərinin, musiqi və kino ulduzlarının ən parlaq simalarının Madam Tüsso muzeyinə aid mum heykəlləri Londonun mərkəzində nümayiş etdirilir. “Qazeta.ru” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Artıq hər kəs Böyük Britaniya Kraliçası II Elizabeti, Şahzadə Harri və həyat yoldaşı Meqan Marklı, ABŞ prezidenti Donald Trampı, Britaniyanın baş naziri Boris Consonu, aktyor Dueyn Consonu, müğənnilər - Teylor Svift və Beyonseni ödənişsiz “görə biləcək”. Eksponatların bir çoxu mövcud pandemiya dövrünə uyğun şəkildə maskalıdır və sosial məsafəyə uyğun qaydada düzülüb. Mum heykəllər açılışını gözləyən Madam Tüsso muzeyinin qarşısında nümayiş olunur. Qalereya martın 20-də koronavirus pandemiyası səbəbi ilə bağlanmışdı.

    Ətraflı   18:16     31-Jul-2020     2461
  • alternative title

    Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb

    Avstraliya sahillərində nadir balıqlardan olan “Ocean sunfish” tapılıb. “Daily Mail”in məlumatına görə, onu görən turistlər əvvəlcə yadplanetli ilə rastlaşdıqlarını düşünüblər. Tim Rotman dostu ilə birlikdə nəhəng balığı Avstraliyanın Kennet çayı sahilində tapıb. “Biz sahilin kənarı ilə gəzərkən uzaqdan iri təpə gördük. Heç vaxt belə bir şeylə rastlaşmamışdım. Uzaqdan yadplanetliyə oxşayırdı”, - deyə, T.Rotman bildirib. Qeyd edək ki, “Günəş balığı” kimi tanınan bu canlı sümüklü balıqlar arasında ən ağır çəkilisidir. Ayrı-ayrı fərdlərinin çəkisi bəzən iki tonu keçir. Onların eni və uzunluğu isə üç-dörd metr olur.

    Ətraflı   12:19     31-Jul-2020     1886
  • alternative title

    Binanın 20-ci mərtəbəsindən bir saat asılı qalan qız xilas edildi

    Gənc qız binanın 20-ci mərtəbəsində pəncərənin kənarına çıxaraq, geri - mənzilə qayıtmaqdan imtina edib. Bildirilir ki, çöl tərəfdən pəncərənin kənarına çıxan qız, qonşularının təkidinə baxmayaraq, geri qayıtmaq istəməyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxminən bir saat çalışdıqdan sonra qızı düşürə biliblər. Hazırda onunla psixoloqların işlədiyi bildirilir.

    Ətraflı   12:53     30-Jul-2020     2214
  • alternative title

    Ürəyi dayanmış qadın üç gün ərzində yaxınları ilə söhbət etdi

    Ürəyi üç gün müddətinə dayanan qadın həkimlərin səyi nəticəsində xilas edilib. “Global Times”ın məlumatına görə, hadisə Çinin Şensi əyalətində baş verib. Bildirilib ki, hər zaman gecə yarısına qədər oyaq qalan 23 yaşlı qadının immun sistemi zəifləyib. Bu fonda o, kardiogen şok keçirib və ürəyi dayanıb. Həkimlər onun nəfəs almasını təmin etmək və ürəyini fəaliyyətdə saxlamaq üçün qanın oksigenlə doydurulması - ekstrakorporal membran oksigenləşməsi üsulunu tətbiq ediblər. Üç gündən sonra çinli qadının ürək funksiyası bərpa olunub. Maraqlıdır ki, qadının ürəyi dayandığı müddətdə onun huşu özündə olub və ətrafındakı insanlarla danışıb. Yaxşı əhvalda olan qadın öz qeyri-adi təcrübəsi barədə dostları ilə bölüşüb, onlara ismarıc yollayıb.

    Ətraflı   16:32     28-Jul-2020     2450
  • alternative title

    Səmada ifa: Pianoçu hamını heyrətləndirdi

    İsveçrəli pianoçu göydən asılı vəziyyətdə musiqi əsəri ifa edib. REN TV xəbər verir ki, qaldırıcı kran vasitəsilə royalı 40 metr yüksəkliyə qaldıran musiqiçi səmada öz bacarığını nümayiş etdirib.

    Ətraflı   15:52     27-Jul-2020     1511
  • alternative title

    Bəşəriyyət üçün daha bir təhlükə: Qaz sızıntısı aşkarlandı

    Antarktidanın dəniz yatağında aşkarlanan ilk aktiv metan qazı sızıntısı elm adamlarını qorxuya salıb. Bununla bağlı “Euronews” məlumat yayıb. Elm adamlarının fikrincə, ekoloji böhran səbəbindən sızıntının artması ilə qlobal istiləmənin sürətlənməsi qaçılmaz olacaq. Belə ki, metan atmosfer temperaturunu karbondioksiddən daha sürətlə yüksəldən bir qazdır. “Proceedings of the Royal Society B”də yayımlanan araşdırmada bəzi mikroorqanizmlərin qazı zərərsizləşdirdiyi, ancaq bu mikroorqanizmlərin ortaya çıxmasının beş il vaxt aldığı qeyd edilib. Sızıntı ilk dəfə 2011-ci ildə dalğıclar tərəfindən aşkarlanıb. Ancaq məsələ ilə bağlı elmi araşdırmalar 2016-cı ildə başlayıb. Metan qazı sızıntısı yeni məlumat olmasa da, havaya qarışması barədə əldə edilən nəticələr elm adamlarının narahatlığını artırıb.

    Ətraflı   12:15     27-Jul-2020     2417
  • alternative title

    Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar

    Peruda koronavirus səbəbindən təhsilə onlayn davam edilir. Bununla bağlı “Euronews” məlumat yayıb. Bildirilir ki, onlayn təshsilə görə dörd şagird hər gün dörd min kilometr yüksəkliyə çıxmağa məcbur olurlar. Buna səbəb isə internetin yoxluğudur. Ölkənin Manazo bölgəsində, Titikaka gölünün sahilində yerləşən Konaviri ətrafdakı bir çox kənd kimi internet əlçatanlığına sahib deyil. Kənddəki şagirdlər onlayn təhsil ala bilmək üçün bölgənin ən yüksək təpəsi olan Andesə çıxmaq məcburiyyətindədirlər. Perulu ana Raymunda Çarka bu səbəbdən hər gün dörd oğlunu da götürüb kilometrlərlə məsafə qət edir. Ölkənin təhsil nazirinin elan etdiyi “evdə öyrənirəm” proqramına qarşı ananın alternativi “dağda öyrənirəm”dir.

    Ətraflı   12:14     27-Jul-2020     1324
  • alternative title

    Yüzlərlə kəllə sümüyü olan kilsədə araşdırmalar başladı - FOTO

    Polşanın Qdansk şəhərində yerləşən tarixi St. Bridcets Kilsəsi özünəməxsusluğu ilə seçilir. Bununla bağlı fotoları “Sözcü” paylaşıb. Kilsənin zirzəmisində kəllə sümüklərindən ibarət bir bölmə var. 500 kəllə sümüyünün olduğu kilsədə bu sümüklərin niyə və kimlər tərəfindən buraya qoyulduğu bəlli deyil. Bu da kilsəni daha sirli bir yer halına gətirib. Kilsədəki sümüklərlə bağlı bu günlərdə araşdırmalar başlayıb. Dəmir barmaqlıqlarla əhatələnmiş bir bölmədə yerləşən kəllə sümüklərini ziyarətçilər də maraqla izləyir.

    Ətraflı   12:11     27-Jul-2020     2220

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:31     26-Sep-2020     283
  • alternative title 17:49     26-Sep-2020     315
  • alternative title 17:19     26-Sep-2020     318
  • alternative title 17:02     26-Sep-2020     263
  • alternative title 16:47     26-Sep-2020     357
image title here

Some title