Loading alternative title

MARAQLI

  • alternative title

    Kemeron “Qisasçılar”ın kassa rekordunu qırmağın yolunu tapdı

    Məşhur Hollivud rejissoru Ceyms Kemeron “Qisasçılar: Final”ın tarixin ən çox kassa toplayan filmi qismində çox az müddətdə qalacağını hesab edir. Sonuncu “Qisasçılar” 2,798 milyard dollar, kanadalı quruluşçunun “Avatar”ı isə 2,790 milyard dollar kassa toplamışdı. Rejissor sikveli buraxmamışdan öncə, “Avatarı” təkrar prokata çıxarmağa hazırlaşır. O əmindir ki, “Avatar” yenidən birinci pilləni qaytara biləcək: “Düşünürəm ki, bu, mütləq baş verəcək. Amma gəlin “Final”ın yaradıcılarına bu andan həzz almağa imkan verək və eyni zamanda insanların, həqiqətən də, kinoteatrlara getdiyini qeyd edək”. Rejissorun sözlərinə əsasən, “Qisasçılar” onun lentini cəmi 0,25% ötə bilib ki, bunu da o, istehza ilə “xəta” adlandırıb. Mümkün təkrar prokatın tarixi hələ müəyyən edilməyib. Lakin artıq məlumdur ki, filmin ikinci hissəsi 17 dekabr 2021-ci il tarixində işıq üzü görəcək.

    Ətraflı   06:37     23-Dec-2019     4569
  • alternative title

    Bu qidalar sürətli yaşlanmağa səbəb olur

    Qidaların bədənimizə və sağlamlığımıza bir çox təsiri var. Hamımız dərimizin daha parlaq və canlı görünməsini istəyərik, və bunun üçün istehlak etdiyimiz qidalar mühüm rol oynayır. Xüsusilə şəkər, sağlam olmayan yağlar, həddindən artıq duz, alkoqol və hətta kafein ehtiva edən qidalar bədənimizdəki əhəmiyyətli zülalları sıradan çıxarır. Bu vəziyyət bədənimizin susuz qalmasına gətirib çıxarır və bundan ilk təsir alan dərimiz olur. Bəs, hansı qidalardan uzaq durmalıyıq? Artıq hamımız şəkərin nə qədər zərərli olduğunu bilirik. Çəki artımından, qırışıqların meydana gəlməsinə və dərinin sallanmasına qədər bir çox zərəri var. Tez bişən qidalar, qızarmış yağlar, marqarin, konservlər trans yağ ehtiva edir. Trans yağlar ürək xəstəliyi riskini artırmaqdan başqa eyni zamanda damarlarınızı sərtləşdirir. Bu vəziyyət, dəridəki qan dövranını zəiflədir və erkən yaşlanmağa səbəb olur. Duz bədənin su tutmasına səbəb olaraq şişə gətirib çıxarır. Bundan əlavə, hüceyrələrin kiçilməsinə səbəb olaraq susuzluğa gətirib çıxarır. Bədən susuz qaldıqda dəri qırışır və daha erkən yaşlanır. Bir çox adam tərəfindən sevilən kolbasa ətlərində çox miqdarda duz və qoruyucu maddə var. İşlənmiş ətlərin istehlakı iltihablanmanı artırır. Bundan əlavə, bu məhsullar bədəndəki C vitamini miqdarını salır və bu da kollagen yaranması baxımından çox əhəmiyyətlidir.

    Ətraflı   06:36     23-Dec-2019     4305
  • alternative title

    Qanın bu göstəriciləri ölüm riskini təyin edir

    Qan testi ilə bir insanın nə qədər yaşayacağını müəyyən etmək mümkündür. Alimlər qanın parametrləri ilə insan ömrünün uzunlunluğunu müəyyənləşdirməyin mümkün olduğunu açıqlayıblar. Klivlend Universitetinin Klivlend Klinikasının mütəxəssisləri immunoloji statusun və iltihabın klinik göstəricilərini öyrənən tədqiqat zamanı 12 il ərzində milli Sağlamlıq və qida müayinəsi (NHANES) proqramının 31 mindən çox iştirakçısını izləyiblər. Müşahidə olunanların yaşından, digər qan göstəricilərindən, risk faktorlarından asılı olmayaraq, limfositlərin səviyyəsi ilə ölüm arasında aşkar bir əlaqə olduğu görünüb. Bu 3 parametr əsasında alimlər bir insanın ölüm riski profilini qura bilirlər. Belə məlum olur ki, aşağı profilli bir insan, yüksək profilli şəxsdən on il daha uzun yaşaya bilər.

    Ətraflı   06:34     23-Dec-2019     4742
  • alternative title

    Şarapova: Böyük tennisdən getmək niyyətində deyiləm

    Rusiyalı məşhur tennisçi Mariya Şarapova böyük tennisdən getmək niyyətində deyil. Şarapova yüksək səviyyədə çıxışını davam etdirmək üçün kifayət qədər motivasiyaya sahib olduğunu açıqlayıb. “Mən, həqiqətən də, məşğul olduğum işə vurulmuşam. Bunu mən kortda olarkən görmək olar. Çıxışımdan zövq alıram. Bəli, mənim tennisdən sonra böyük hədəf və ideyalarım var. Lakin daxilimdə motivasiya və atəş olduqca idmanda qalacağam”, - Şarapova bildirib.

    Ətraflı   06:32     23-Dec-2019     4504
  • alternative title

    Nurməhəmmədov kimsəsiz uşağın arzusunu yerinə yetirdi

    Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov internat evində yaşayan Yaroslav Trotsenkonun arzusunu yerinə yetirib. Azyaşlı beş ildir Nurməhəmmədovu canlı görmək və onunla danışmaq istəyirmiş. O, Yeni il hədiyyəsi kimi idmançı ildə görüşmək istəyini “Arzular yolkası” lahiyəsinə məktub formasında göndərib. Nəticədə, onun arzusu yerinə yetib. Trotsenko deyib ki, Nurməhəmmədovla görüşdən sonra sevincdən şoka düşüb. “Həmin gecə yatmadım. Mən daha çox məşqlər etməyə başlamışam, çoxlu qələbələr qazanmaq və Nurməhəmmədovla yenidən görüşmək istəyirəm”, - azyaşlı bildirib. Qeyd edək ki, Nurməhəmmədov yüngül çəki üzrə UFC-nin hazırkı çempionudur. Aprelin 18-də o, üçüncü dəfə titulunu qazanmaq üçün döyüşə çıxacaq. Rusiyalının rəqibi amerikalı Toni Ferqyusondur.

    Ətraflı   06:30     23-Dec-2019     5258
  • alternative title

    Azərbaycan əhalisində xrom çatışmır - SƏBƏBLƏR

    Azərbaycan əhalisində qanda şəkəri tənzimləyən xrom çatışmır. Xrom diabet və digər xəstəliklərin qarşısını bu element alır. Xrom insan üçün hava-su kimi lazım olan vacib fermentdir. O, metobolizm, yağ turşuları, karbohidrat, zülal və xolesterin sintezində açar rolunu oynayır. Qanda şəkərin səviyyəsini, insulinin aktivliyini tənzimləyir. Orqanizmində kifayət qədər xrom olan insanlarda diabet və ateroskleroza tutulma riski azdır. Xrom damarları tutan xolesterin və yağ bloklarını təmizləyir, miokard infarktının qarşısını alır. Yaşlı insanın gündəlik xrom tələbatı -50-200 mkq-dır. Orqanizmdə xrom çatışmazlığının əlamətləri: - Yorğunluq, yuxusuzluq, narahatlıq - Baş ağrıları, spazmlar; - Nevralgiya ağrıları; - əzələ kordinasiyasının pozulması; - əl-ayaqda əsmə; - hiperqlikemiya, hipoqlikemiya - metobolizm pozğunluğu; - qanda triqliseridlərin və xolesterinin çoxalması; - ürəyin işemik xəstəlikləri; - bədən kütləsinin çox dəyişməsi – çox kökəlmə və ya arıqlama; - kişilərdə reproduktiv funksiyasının azalması; Orqanizm xromu su, hava, qida ilə qəbul edir. Xromun sovrulması qalın bağırsaqda baş verir, mənimsənilməmiş xrom nəcislə xaric olur. Daha böyük miqdar xrom isə öd şirəsi ilə itirilir. Xrom qlükozaya tolerantlıq faktorunun əsas komponenti olduğundan o qlükozanın hüceyrə membranını təşkil edir. O, insulinin fəaliyyətini aktivləşdirir, bu hormonun təsir etdiyi bütün prosesləri tənzimləmiş olur. Ona görə xrom şəkərli diabet xəstələrinə çox lazımdır. İstənilən şəkər xəstəsinin qanında xrom defisiti var. Bəlkə də xrom ehtiyatı kifayət qədər olsaydı, qanda qlükoza qalxmazdı, insulin pozulmazdı. Məhz bu mikroelementin çatışmazlığı diabet önü mərhələ zamanı aşkarlanmalı, qarşısı alınmalıdır. Xrom hamilə qadınlarda da azalır. Ona görə çox vaxt hamiləlik diabeti adlanan sindrom baş verir. Xrom lipid mübadiləsinə təsir edir, artıq piy-yağın belə deyək əridilib çıxarılmasına səbəb olur. Ateroskleroz, damar tıxanıqlığı, işemiya kimi xəstəliklərin kökündə də xrom defisiti var. Heyvanlar üzərində aparılmış təcrübə göstərib ki, xrom defisiti boy artımını saxlayır, sinir sistemini pozur, spermatozoidlərin keyfiyyətini azaldır.

    Ətraflı   06:24     23-Dec-2019     5348
  • alternative title

    “YARAT”da “Yeni ilə az qalıb” adlı filmin premyerası olub

    “YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan “Yeni ilə az qalıb” adlı filmin premyerası keçirilib. QalaNews.com-un məlumatına görə, xronometrajı 87 dəqiqə olan ekran əsərinin quruluşçu rejissoru Aleksey Bajanov, ssenari müəllifi Tatyana Vinoqradovadır. Filmdə rollara aktyorlar Tatyana Vinoqradova, Svetlana Bolşakova, Konstantin Adayev, Aleksey Markov, Aleksey Bajanov, Anastasiya Karaçevskaya, Denis Boyereviç, Anna Levanova və başqaları çəkilib. Film rus dilində nümayiş edilib.

    Ətraflı   20:46     22-Dec-2019     4795
  • alternative title

    Ukrayna Prezidenti Vladimir Zelenskinin təsviri olan pullar internetdə satışa çıxarılıb.

    Ukrayna Prezidenti Vladimir Zelenskinin təsviri olan pullar internetdə satışa çıxarılıb. 100 qrivna nominallı əsginaslar suvenir xarakteri daşıyır. Əsginasın üz tərəfində Ukrayna bayrağı, gerbi və Zelenskinin portreti yerləşdirilib. Arxa tərəfində isə Prezident Müstəqillik meydanında “Azadlıq Heykəli”nin fonunda dayanıb.

    Ətraflı   09:59     22-Dec-2019     5143
  • alternative title

    Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov MMA döyüşçüsü Aleksandr Yemelyanenkonu təkbətək döyüşə çağırıb.

    Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov MMA döyüşçüsü Aleksandr Yemelyanenkonu təkbətək döyüşə çağırıb. Kadırov “İnstagram” hesabında Aleksandra döyüş təklif edib: “Axşamınız xeyir. Bizim idman aləmində belə bir dəb baş qaldırıb – kim tənbəllik etmirsə, Aleksandr Yemelyanenkonu döyüşə çağırır. Mən də bunu etmək qərarına gəlmişəm. Lakin hələlik bilmirəm, hansı idman növündə döyüşəcəyik”. Yemelyanenkonun cavabı da özünü çox gözlətməyib. O, Kadırovun videosunu belə bir şərhlə paylaşıb: “Yemelyanenkonu döyüşə çağır fleşmobu dostum Ramzana qədər çatıb”.

    Ətraflı   09:50     22-Dec-2019     4995
  • alternative title

    Qarın piylərindən xilas olmaq üçün düzgün seçilmiş diet kömək edə bilər

    Qarın piylərindən xilas olmaq üçün düzgün seçilmiş diet kömək edə bilər. Bu barədə “Focus” nəşri amerikalı endokrinoloq Elizabet Loudenə istinadən xəbər yayıb. Həkim adekvat qidalanma üsulunu orqanizmin maddələr mübadiləsini yaxşılaşdırdığını deyir. Mütəxəssisin fikrincə, yavaş maddələr mübadiləsi olan insanlar çox miqdarda enerji tələb etdikləri üçün gec həzm olunan avokado və qoz kimi doymamış yağ turşuları ilə zəngin olan qidaları daha çox qəbul etməlidirlər. Həmçinin həkim, qidanın tərkibində olan protein miqdarına diqqət yetirməyə çağırıb. Protein çatışmazlığı bədəndəki əzələ kütləsi nisbətinin azalmasına səbəb ola bilər.

    Ətraflı   09:49     22-Dec-2019     4650
  • alternative title

    Dünyanın ən məşhur videobloqeri PewDiePie adı ilə tanınan Feliks Çelberq YouTube-dan uzaqlaşdığını bildirib

    Dünyanın ən məşhur videobloqeri PewDiePie adı ilə tanınan Feliks Çelberq YouTube-dan uzaqlaşdığını bildirib. Çelberq iş fasiləsinin nə qədər çəkəcəyini açıqlamayıb. YouTube-a hazırladığı videoçarxların birində Feliks Çelberq 2020-ci ildə şəbəkədən uzaqlaşacağını bildirmişdir: "Mən öncədən bütün izləyicilərimə bildirirəm ki, növbəti ildən etibarən şəbəkədən uzaqlaşacam.Yorulmuşam". Qeyd edək ki, PewDiePie ən məşhur YouTube bloqerlərindən biridir. O, kanalında kompüter oyunlarına dair videoçarxlar hazırlayır. 102 milyondan çox izləyicisi var. Foto:Mətbuataz

    Ətraflı   19:33     19-Dec-2019     4045
  • alternative title

    "Forbes" jurnalı 2019-cu ildə milyarder adını qazanan şəxslərin reytinqini tərtib edib

    "Forbes" jurnalı 2019-cu ildə milyarder adını qazanan şəxslərin reytinqini tərtib edib. Siyahıya "Amazon" şirkətinin təsisçisi Ceff Bezosun keçmiş xanımı Makkenzi Bezos rəhbərlik edir. O, bu il baş vermiş boşanma prosesindən sonra 34,5 milyard dollar varidata sahib olub. İkinci yerdə kanadalı iş adamı Entoni fon Mendl qərarlaşıb. O, "Mark Anthony Brands" içki məmulatları şirkətini təsis etməklə 3,5 milyard dollar qazanıb. İlk üçlüyü amerikalı investor Herbert Verthaum tamamlayır. O, 1970-ci ildə təsis etdiyi "Brain Power" rəngli linza şirkətindən əldə etdiyi gəliri birjaya yatırmaqla 2019-cu ildə 3,1 milyard dollar qazanıb. Reytinqə həmçinin, "Kylie Cosmetics" şirkətinin təsisçisi Kayli Cenner və rusiyalı dörd uşaq anası, "Wildberries" onlayn mağazasının təsisçisi Tatyana Bakalçuk daxil olub. Hər iki qadın bu il 1 milyard dollar gəlir əldə edib. Foto:Baku.ws

    Ətraflı   12:00     18-Dec-2019     4629
  • alternative title

    Alimlər smartfonların gecə rejiminə qoyulmasının təhlükələri barədə xəbərdarlıq edir

    Alimlər smartfonların gecə rejiminə qoyulmasının təhlükələri barədə xəbərdarlıq edir. Bu barədə Mançester Universitetinin saytında məlumat verilir. Tədqiqatçıların fikrincə, telefondakı bu rejim bədənin sirkad ritmlərinə mənfi təsir göstərir. Qeyd olunur ki, telefon qaranlıq rejimdə olan zaman (“Dark mode”) mobil cihazın fonunda sarı rəng üstünlük təşkil edir, bu isə orqanizmin bioloji saatına ziyan vurur. Mobil telefon adi rejimdə olan zaman isə ekranda mavi rəngin spektrləri üstünlük təşkil edir. Mavi rəng orqanizm üçün təbiidir və ona ziyan vurmur.

    Ətraflı   06:13     20-Dec-2019     5572
  • alternative title

    Anasına bax qızını al - Nigarın qızı “Tottenhem”də deyil, “Çelsi”də oynamaq istəyir

    "Eurovision 2011"in qalibi Nigar Camal qızı Jasmini "Tottenhem" futbol klubunun qızlardan ibarət komandasında yer alması barədə yazılan məlumatlara münasibət bildirib. Sənətçi "Qafqazinfo"ya açıqlamasında 14 yaşlı qızının peşəkar futbolla məşğul olduğunu, Jasminin sözügedən komandanın üzvü olmadığını qeyd edib. Nigar vurğulayıb ki, Jasminin hədəfi "Çelsi"dir: "Qızım çalışır ki, "Çelsi"nin qız komandasına qəbul olunsun. "Tottenham"da oynamır. Bütün oyunlarına gedir. İngiltərədə hər məktəbdə belə dərslər keçilir. Amma qızım məktəbdə deyil, peşəkar komanda ilə çalışır. Burada hamı futbolun dəlisidir". Foto:Axsamaz

    Ətraflı   11:57     18-Dec-2019     5454
  • alternative title

    Oğlan canlı efirdə qız iştirakçının alt paltarını çıxartdı, veriliş bağlandı

    Bir zamanlar Azərbaycanda yayımlanan "Qəfəs" verilişi ilə müəyyən qədər oxşarlıq təşkil edən, Hollandiyada efirə gedən "The Villa" verilişində biabırçı anlar yaşanıb. RTL kanalında yayımlanan veriliş iştirakçıların əxlaqsızlığına görə bağlanıb. Belə ki, sərxoş oğlan canlı yayım zamanı qadın iştirakçısının alt paltarını çıxardıb. Həmin kadrların efirə getməsi ölkədə qalmaqal yaradıb. Verilişin layihə rəhbəri ilə yanaşı kanal rəhbəri də tamaşaçılardan üzr istəyib və bildirib ki, belə verilişlərin yayımı dayandırılmalıdır. Foto:Milliaz

    Ətraflı   11:50     18-Dec-2019     3666
  • alternative title

    Məşhur kolumbiyalı narkotacir Pablo Eskobarın Meksikadakı keçmiş evi bahalı kurorta çevriləcək

    Məşhur kolumbiyalı narkotacir Pablo Eskobarın Meksikadakı keçmiş evi bahalı kurorta çevriləcək. Dəbdəbəli hoteldə 40 SPA-prosedurlu otaq və lüks butiklər yerləşdiriləcək. Evi “Thor Equities Group” daşınmaz əmlak agentliyi 17,5 milyon dollara alıb. Şirkət bura 100 milyon dollar yatırım etmək niyyətindədir. Villa Yukatan yarımadasında, San-Kaan təbiət qoruğunun 1 kilometrliyində yerləşir. Yaxınlıqda həmçinin maya sivilizasiyasina aid şəhərin qalıqları da var. Foto:Maragaz

    Ətraflı   13:04     19-Dec-2019     5831
  • alternative title

    “Instagram” bloqeri Neylin Eşli “Apple Watch”un köməyi ilə sevgilisinin xəyanətini aşkar edib

    “Instagram” bloqeri Neylin Eşli “Apple Watch”un köməyi ilə sevgilisinin xəyanətini aşkar edib. Bu barədə “Mirror” xəbər verib. Eşli üç il oğlanla görüşüb. Dediyinə görə, onu çox sevib, amma qarşılığında oxşar hisslər görməyib. “Heç vaxt onunla özümü təhlükəsizlikdə hiss etməmişdim və o, heç vaxt məni qiymətləndirməyib”, - deyə qız bildirib. Model sevgilisi tərəfindən aldadıldığından şübhələnib, ancaq bunun üçün əlində dəlil olmayıb. Bir gün qız görüb ki, oğlanın “Apple Watch” saatı vibrasiya edir. Sevgilisinin evdə olmadığından istifadə edən bloqer saatın ekranına baxıb və orada müxtəlif qızlardan ismarıclar görüb, onun başqa qadınlarla görüşdüyünü öyrənib. Bunu sevgilisinə dedikdən sonra ondan ayrılıb. Ayrılmağına baxmayaraq, model özünü yaxşı hiss etdiyini deyib. Foto^Mirror

    Ətraflı   20:18     19-Dec-2019     16205

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:50     30-Oct-2020     288
  • alternative title 10:51     29-Oct-2020     567
  • alternative title 10:47     29-Oct-2020     1527
  • alternative title 11:16     28-Oct-2020     1765
  • alternative title 10:56     28-Oct-2020     526
image title here

Some title