Loading alternative title

MARAQLI

  • alternative title

    Cristiano Ronaldo-nun sevgilisi Georgina Rodriguez həftəyə təqribən bir milyon ABŞ dolları qazanır

    Portuqaliyalı dünya şöhrətli futbolçu Cristiano Ronaldo-nun sevgilisi Georgina Rodriguez sosial media üzərindən etdiyi paylaşımlardan həftəyə təqribən bir milyon ABŞ dolları qazanır. Sevgilisi ən az Ronaldo qədər məşhurlaşıb.İnstaqramda 15 milyon izləyicisi olan Georgina profilini gəlir mənbəyinə çevirib. Şəkillərdən birində Rodriguezin ağzında cihaz paylaşdığı fotoda bu paylaşım üçün nə qədər qonarar aldığı üzə çıxıb. Argentinalı model təkcə bu cihazın həftəlik paylaşımı üçün 300 min avro qonarar alıb. Yeni il öncəsi cihaz ağzında paylaşdığı fotoya 1,5 milyon izləmə gəlib. Bu səbəbdən Rodriguez reklam etdirmək istəyən markalar üçün bir brendə çevrilib.

    Ətraflı   12:41     02-Jan-2020     10742
  • alternative title

    Qaxda alça ağacı qış mövsümündə çiçək açıb

    Qaxda alça ağacı çiçək açıb. Maraqlı və qeyri-adi təbiət hadisəsi rayonun Qaxbaş kəndində Dünya Məmmədovanın həyətyanı sahəsində qeydə alınıb. Bayram öncəsi həyətində təmizlik işləri aparan qadın alça ağacının çiçəkləməsinin şahidi olub. Mütəxəssislərin sözlərinə görə, alça ağacı yazda çiçək açmalıdır. Ağacın qışda çiçəkləməsi anormal hadisədir. Ağacın çiçək açdıqdan sonra bar verməsi isə mümkün deyil. Çünki havanın soyuq olması tozlanmanın qarşısını alır və yeni çiçəklər quruyur. Qeyd edək ki, Qaxbaş dağlıq kənddir və burada havanın temperaturu əksər vaxtlar normadan aşağı olur.

    Ətraflı   12:11     02-Jan-2020     4822
  • alternative title

    Əhməd Davudoğlu komik videoların paylaşıldığı "Tiktok" platformasının üzvü olub

    Gələcək partiyasının təsisçisi Əhməd Davudoğlu komik videoların paylaşıldığı "Tiktok" platformasının üzvü olub. Əhməd Davudoğlu, Türkiyədə 38 milyon insan tərəfindən istifadə edilən bir tətbiq ilə paylaşdığı ilk videoda meşəyanı ərazi boyunca gəzintisini görüntüləyib. OTiktokda gənclərə müraciət ünvalayıb: "Gənclər haradasınız"."Biz də gənclərin olduğu yerə gəldik " deyə o bildirib. AK parti sıralarını tərk etdikdən sonra gələcək partiyanı quran sabiq Baş nazir əhməd Davudoğlu gənclərə qucaq açıb. Çinə aid olan Video paylaşma platformasında hesab açan əhməd Davudoğlu, TikTok da ilk mesajını göndərib. Əhməd Davudoğlu ilk paylaşımda:" Gənclər haradadır" dedim onlar Tiktokda dedilər. "Biz gənclərin olduğu yerə gəldik" dedi. Davudoğlu paylaşdığı ilk videonun altından:"Salam, mən də Tiktokdayam" sözlərini yazıb.

    Ətraflı   11:21     02-Jan-2020     5515
  • alternative title

    Argentinalı futbolçu Mauro Ikardi nİn həyat yoldaşı və meneceri Vanda Nara sosial şəbəkələrdə gündəm olub

    Argentinalı futbolçu Mauro Ikardi nİn həyat yoldaşı və meneceri Vanda Nara sosial şəbəkələrdə hesabından cəsarətli paylaşımları ilə gündəmə gəlib. Qısa müddətdə minlərlə bəyənmə və şərh toplayan Vanda Nara tərif yağışına tutulub. "PSG" - ə keçən futbolçu Mauro Ikardi nin həyat yoldaşı sosial media hesabından öz cəsarətli paylaşımlarına daha birini əlavə edib. İnstagram hesabında 5,9 milyon izləyicisi olan Vanda, izləyicilərinin xoşuna gəlmək üçün sarı bikinidə selfie etdiyi pozasını təqdim edib. qalmaqal mövzusu olan Vandanın paylaşımı qısa müddətdə 13 mindən çox bəyənmə və yüzlərlə şərh toplayıb. Digər tərəfdən, Vanda Nara bu yaxınlarda sosial şəbəkələrdə öz hesabı ilə bölüşdüyü yataq pozası ilə nəfəs kəsib. On minlərlə bəyənmə və şərh Vandanın "saçlarıma hakim ola bilmədiyim günlər" qeydi ilə paylaşdığı fotoşəkilə gəlib.

    Ətraflı   17:25     30-Dec-2019     6533
  • alternative title

    Viktoria Odintçova - Futbolçular bir mesajı kopyalayıb hər kəsə yollayırlar, artıq kimdə tutdusa... FOTOLAR

    Son günlər irəli sürdüyü ittihamlarla diiqqət mərkəzinə düşən ecaskar model Viktoria Odintçova yenə paylaşdığı yarıçılpaq fotoları ilə gündəm olub. O öz paylaşımından qısa müddət sonra minlərlə like toplayıb.Viktoria Odintçova nın instaqram hesabında 5,5 milyon izləyicisi var. Öz gözəlliyi və bədən forması ilə hamının qəlbinə yol tapmağı bacaran rusiyalı model hər zaman irəli sürdüyü ittihamlarla yadda qalıb. İtaliya A seriyasında Juventusun formasını geyinən Cristiano Ronaldoya qarşı ittiham irəli sürən model bir anda məşhurlaşmışdı. Bir qədər əvvəl bu barədə mediaya bomba kimi düşən açıqlamalar verən model "Uzun müddət öncə mənə instaqramda mesaj yazmışdı. Salam necəsən deyə.Mən mesajı oxudum və sildim, amma cavab yazmadım.Düşünürəm ki, futbolçular hər kəsə eyni gözlə baxırlar. Bir mesajı kopyalayıb hər kəsə yollayırlar, artıq kimdə tutdusa..." deyə açıqlama vermişdi.

    Ətraflı   17:00     30-Dec-2019     13681
  • alternative title

    Realme Buds Air simsiz qulaqlıqları satış rekordunu təyin edib

    Bir həftə əvvəl Realme zəngin funksionallıq təklif edən və əvvəlcədən gözlənildiyindən daha əlverişli qiymətə olan ilk Realme Buds Air simsiz qulaqlıqlarını təqdim etdi. Premyeradan dərhal sonra yenilik Hindistanda satış rekordunu qıraraq, 1 saat ərzində satışı 11 000 ədəd cihaza çatdıra bilib. Xatırladaq ki, Realme Buds Air 55 dollar dəyərində təklif olunur. Qulaqlıqlar Bluetooth 5.0 modulu və səs-küy azaldılması sisteminin işi və danışıq üçün istifadə olunan ikiqat mikrofonlarla təchiz olunub. Tam enerji təchizatı qulaqlığa 3 saat işləməyə imkan yaradır, futlyar isə 17 saat iş rejimini təmin edir. Bundan əlavə, qulaqlıqlar simsiz enerji toplamanı dəstəkləyir. Əvvəldən cütlənmiş qulaqlıqlara qoşulma avtomatik olaraq baş verir və Google Fast Pair tərəfindən dəstəklənir. Buds Air ağıllı sensor nəzarətini dəstəkləyir və zəngləri rahat şəkildə qəbul etməyə və tamamlamağa, musiqi parçalarını bir-biri ilə əvəz etməyə, səs köməkçisini işə salmağa və bir toxunuşda yüksək məhsuldarlıq rejimini aktivləşdirməyə imkan verir. 18 ay ərzində Realme 23 milyon istifadəçisi ilə dünyanın ən sürətlə inkişaf edən smartfon markasına çevrilib və satılan telefonların sayına görə bazarda yeddinci yeri tutub. Gələn ilin əvvəlində şirkətin Xiaomi Mi Band 4 ilə rəqabət aparacaq ilk fitness qolbağının buraxılması gözlənilir.

    Ətraflı   14:43     30-Dec-2019     4341
  • alternative title

    iPhone X sahibləri iki il sonra smartfonun batareyasından şikayət etməyə başladılar

    iPhone X 2017-ci ildə təqdim edilib, iki ildən sonra isə istifadəçilər smartfonun batareyasından fəal surətdə şikayət etməyə başlayıblar. Apple və Reddit forumlarında istifadəçilər min dollardan artıq dəyəri olan smartfonun, iki il ərzində batareya yükünü pis saxlamağa başladığını və smartfonun çox tez bir zamanda tam olaraq enerjisiz qaldığını yazırlar. Apple artıq şikayətlərə reaksiya verib və qeyd edib ki, iPhone X smartfonunun batareyası 500 tam yükləmə dövrü üçün hesablanıb. Normal şəraitdə, xidmət müddəti ərzində, o, orijinal keyfiyyətlərini 20%-ə qədər itirə bilər. Həmçinin Amerika şirkətinin nümayəndəliyi batareyaya bir il zəmanət verildiyini, zəmanət müddəti bitdikdən sonra isə akkumulyator bloku üçün pullu xidmətin göstərildiyini qeyd edib.

    Ətraflı   14:40     30-Dec-2019     5070
  • alternative title

    Google-da yeni funksiya meydana gəldi

    "Google Foto" tətbiqi daima yeni funksiyalarla inkişaf etdirilir. Tətbiqə daha bir yenilik əlavə olunub. Bu funksiya sayəsində videoda kadrları yaxınlaşdırıb baxmaq mümkün olacaq. Qeyd edək ki, bu yenilik tətbiqin 4.33 versiyasına əlavə ediləcək. "XDA Developers" şirkətinin redaktorları "Google Foto"nun gizli funksiyasını işə salmağı bacardıqlarını təsdiqləyiblər. Bu funksiya ilə smartfonlar video çəkərkən daha məhsuldar və səmərəli olur. Şirkət nümayəndələri yaxın zamanlarda "Google Foto" tətbiqinin daha bir neçə yenilik təqdim edəcəyini bildiriblər.

    Ətraflı   14:38     30-Dec-2019     5820
  • alternative title

    İnsan zəkasının kəskin dərəcədə azalması proqnozlaşdırılıb

    Kolorado Universitetinin alimləri, atmosferdəki yüksək karbon qazının insanların zehni qabiliyyətlərinə fəlakətli şəkildə təsir göstərə biləcəyini sübut edir. Tədqiqatçılar, artan karbon dioksid səviyyəsinin, sinif otaqlarında təhsil alan uşaqlara necə təsir etdiyini araşdırıb. Əvvəlki təcrübələr göstərdi ki, qazın yüksək konsentrasiyası, həqiqətən zehni qabiliyyətlərə təsir göstərir, lakin problem, otaqları havalandırmaqla asanlıqla həll edilə bilər. Eyni zamanda, çox miqdarda karbon qazı olan təmiz havanın insana təsiri məlum deyil. Mütəxəssislər iki ssenarini nəzərdən keçirib. Birincisi, bəşəriyyət atmosferə atılan istixana qazının miqdarının azaldılması, ikincisi, tullantıların dəyişməz olaraq əvvəlki səviyyədə qalmasıdır. Tələbələrin koqnitiv qabiliyyətinin istəniln halda azalması məlum olmuşdur. Alimlərin proqnozlarına görə, ən yaxşı halda 2100-cü ilə qədər əqli qabiiyyətin azalması 25 faiz, ən pis halda isə 50 faiz olacaq.

    Ətraflı   14:37     30-Dec-2019     4778
  • alternative title

    Ford-un nasaz əyləclərə görə 600 mindən çox avtomobili geri çağırıldı

    ABŞ-ın Ford şirkətinə məxsus bütün dünya üzrə 600 mindən çox avtomobilin yaxın zamanlarda geri çağırılmasına başlanılacaq. Məcburi proqram 2006-cı ildən 2009-cu ilə qədər Ermosilyo şəhərində istehsal edilən Fusion, Milan və MKZ modellərinə toxunub. Buna səbəb səhv aşkar edilmiş hidravlik nəzarət blokundadır. Belə ki, hər hansı bir anda blokdakı klapan açıla bilər. Mütəxəssislər bu nasazlığın yollarda qəzalara gətirib çıxaracağını istisna etmirlər. Bundan əlavə, artıq qüsurun 15 yol-nəqliyyat hadisəsinə səbəb olduğu elan edilib. İstehsalçı, hidravlik nəzarət vahidinin qüsurunun aradan qaldırılması üçün bütün işlərin şirkətin hesabına həyata keçiriləcəyini qeyd edib.

    Ətraflı   14:35     30-Dec-2019     4499
  • alternative title

    “Amazon” rekord satış nəticələri göstərib

    ABŞ-ın onlayn pərakəndə satış şirkəti olan "Amazon" bu ilin dekabrında Milad bayramının alış-veriş mövsümündə rekord həcmdə məhsul satıb. "Amazon"un səhmləri S&P 500 indeksində ən yüksək artım göstərib və şirkət bu ilin bayram alış-verişi mövsümündə satış həcmlərinin rekorda çatdığını bildirərək, milyardlarla məhsulun göndərildiyini və on milyonlarla satıldığını xəbər verib. Qeyd edək ki, "Amazon"un bayram ərəfəsində satdığı ən populyar məhsullar "Echo Dot" "ağıllı" səsgücləndirici, "Fire Stick" TV dəsti və "Echo Show 5" smart-ekran olub.

    Ətraflı   14:31     30-Dec-2019     5044
  • alternative title

    İşdən qovduqlarına peşman oldular - Şirkətin iki milyonunu ələ keçirdi

    Fransalı sahibkar, rəqəmsal texnologiyalar şirkətlərindən birinin qurucusu işdən qovulmasına etiraz olaraq şirkətin 1,1 milyon avro (2 milyon 90 min manat) pulunu mənimsəyib. Fransa sərhədlərindən kənarda yaşayan şəxs, şirkətin 182 bitcoinini oğurlayıb ki, bu da 1,1 milyon avro (2 milyon 90 min manat) edir. Bu, Fransa tarixində üçüncü ən böyük kriptovalyuta oğurluğudur. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi saxlayıblar.

    Ətraflı   14:30     30-Dec-2019     4077
  • alternative title

    Zeytun Yağı Nədir?

    İlk olaraq onu bildirmək istəyirəm ki, çox şanslı ölkələrdən biriyik ki, zeytun ağacı bizim ölkədə də yetişir. Zeytun yağı, zeytun ağacının yetişmiş məyvələrindən mexanik yolla əldə edilən, otaq temperaturunda maye olan, açıq yaşıldan sarıya dəyişən rəngdə, özünə xas dad və qoxusu olan, təbii olaraq istifadə olunan önəmli bir bitki mənşəli yağdır. Zeytun Yağının Çeşidləri Zeytun yağının sızma (Extra Virgin), riviera, rafinə və pomas (pomace) tipləri vardır. Sızma zeytun yağı mexaniki yolla zeytun meyvəsinin sıxılaraq əldə olunan yağa deyilir. Sızma zeytun yağı əsasən birbaşa qidalanmada və saladların, sousların hazırlanmasında istifadə olunması məsləhət görülür. Çünki Sızma zeytun yağı vitaminlər və antioksidant maddələrlə zəngin olduğundan yemək bişirmə zamanı bu faydalı maddələr yüksək temperaturdan dolayı azalır, ona görə sızma zeytun yağının soyuq istifadə olunması tövsiyə olunur. Sızma zeytun yağı zeytun meyvəsinin yetişdiyi yerindən və yetişmə dövründən asılı olaraq rəng və dad fərqinə malik olur. Ona görə təkcə zeytun yağının rəngi keyfiyyət ölçüsü deyildir. Keyfiyyətli sızma zeytun yağını iylədiyin zaman ondan zeytun meyvəsinin iyinin gəlməsi lazımdır. Sızma zeytun yağı insan boğazını azacıq yandıra bilər, bu zeytun yağında olan faydalı antioksidant maddələrdir. Bu yanma nə qədər yüksək olarsa həmin zeytun yağının daha keyfiyyətli olduğunu göstərir. Buna bir misal olaraq, təbii balı da yediyimiz zaman, boğazda yanma hiss olunur. Ona görə zeytun yağında acılıq və yanma ona xas olan əlamətdir. Rafinə zeytun yağı, sərbəst yağ turşu miqdarı yüksək olan zeytun yağını (sızma zeytun yağına uyğun olmayan) rafinə edilərək əldə olunan yağdır. Rafinə zeytun yağında zeytunun qoxusu və dadı zəif olur və əsasən yemək bişirilmədə istifadəsi məsləhət görülür. Riviera zeytun yağı isə rafinə olunmuş zeytun yağı ilə sızma zeytun yağının qarışığıdır. Riviera zeytun yağı isə saladların, sousların və əsasən yemək bişirmələrdə istifadə olunması məsləhət görülür. Pomas (pomace) zeytun yağı isə zeytun meyvəsindən yağ alındıqdan sonra zeytun küspəsində qalan yağı həlledici ilə ekstraksiyon edilərək ayrılan yağı daha sonra rafinə edilərək əldə olunur. Pomas zeytun yağı əsasən yemək bişirilmədə istifadəsi məsləhət görülür. Zeytun yağının bütün çeşidlərinin faydalılığı günəbaxan və qarğıdalı yağından üstündür. Zeytun Yağının Saxlanması Zeytun yağı qaranlıq və sərin şəraitdə saxlanılmalıdır. Zeytun yağını soyuducuda da saxlaya bilərsiniz, bu zaman yağ bulanacaqdır və ya donacaqdır, bu xüsusiyyət zeytun yağına xas olan əlamətdir. Zeytun yağının bir nömrəli düşməni işıqdır. Buna görə Zeytun yağını işıqdan qorumaq lazımdır. Zeytun yağı günəş işığına məruz qaldığı zaman tərkibində olan antioksidant maddələr parçalanır. Zeytun yağı aldığınız zaman şüşə və tənəkə qablaşdırmada olan zeytun yağına üstünlük verməyiniz tövsiyə olunur. Müəllifdən son söz: Gəlin ölkəmizdə zeytun ağacların sayını artıraq və onları qoruyaq. Hər bir Azərbaycanlı zeytun ağacının əkilməsinə öz dəstəyini verməsi lazımdır. Düşünürəm ki, bu bizim gələcək nəsil üçün bir borcumuzdur.

    Ətraflı   14:29     30-Dec-2019     27079
  • alternative title

    Məşhur kardioloq ürəyi qoruyan 5 VACİB QAYDANI açıqladı

    Rusiyanın Səhiyyə Nazirliyinin baş kardioloqu, Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin direktoru Sergey Boyçov ürək sağlamlığı barədə ən çox yayılmış və əsas təhlükəli səhvlərdən danışıb. Kardioloqlar son dövrlərdə bir çox insanın 40-45 yaşında, hətta 35 yaşında artıq ürək-damar xəstəliklərindən əziyyət çəkməyə başladığını iddia edir. Bununla bağlı danışan həkim orqanizmdə ən tez yaşlanan orqanın damarlar olduğunu bildirib: "İnsanların əksəriyyətində "təslim olan" ilk və əsas orqan qan damarlardır. Onların ən çox rast gəlinən xəstəliyi - arterial hipertoniyadır. Hipertoniya infarkt, insult və vaxtından əvvəl ölümün əsas günahkarıdır. Onun risk faktoru 45% -dir. Yəni damar xəstəlikləri və ölüm hallarının yarısı yüksək qan təzyiqindən asılıdır. Siqaret, alkoqol, duz, artıq çəki isə digər amillərdir. Yaşla bağlı olaraq çox az adam hipertoniya inkişafının qarşısını ala bilər. Damarlar daha sərt olur, böyrəklər daha pis işləyir, bədəndən duzu çıxarmaq funksiyasının öhdəsindən daha az gəlirlər. Bildiyiniz kimi, artıq duz artan təzyiqin əsas səbəblərindən biridir". Ancaq hər şey o qədər də pis deyil. Baş kardioloq deyir ki, hipertoniyanın qarşısını almaq mümkündür və xəstəlik artıq başlamışsa, onu nəzarətdə saxlamaq lazımdır. Həkim eyni zamanda bir çox hipertoniklərin böyük səhv edərək, çox təhlükəli yüksək təzyiqi ilə həyatına davam etməsi və müalicədən qaçması ilə bağlı narahatlğını da dilə gətirib: "Təzyiqim həmişə 160-100-ədir və özümü çox yaxşı hiss edirəm" kimi ifadələr böyük səhvdir. Unutmayın ki, infarkt olmaq və ya insult keçirmək istəmirsinizsə, 140 ilə 90 icazə verilən maksimum təzyiqdir. Və 130/80 təzyiqə düşmək daha yaxşıdır. Hipertoniya dərmanlarını müalicə kursuna görə qəbul etmək yol verilmiş digər bir xətadır. "Dərmanları 2 həftə qəbul etdikdən sonra təzyiq normal vəziyyətə qayıdacaq" demək və sağaldığını iddia etmək ən çox yayılmış səhvlərdən biridir. Müasir tibb hipertoniya kurs terapiyasını tanımır. Çünki bu xəstəlik əbədidir. Xronikdir, tamamilə müalicə edilə bilməz, ancaq müvəffəqiyyətlə nəzarət altında saxlanıla bilər, ömrü uzatmaq və həyat keyfiyyətini qorumaq olar. Bunun üçün hipertoniya dərmanlarını kardioloqların dediyi kimi, "müddətsiz" qəbul etməlisiniz. Əks halda mütəmadi olaraq tibbi müayinədən sonra dərmana ehtiyac duyulur. İstisna hallarda, xəstəliyin erkən mərhələlərində yüksək qan təzyiqi dərmansız müalicə edilə bilər". Daha sonra baş kardioloq damarları xolesterindən təmizləyən üsulların təsirindən danışıb: "Bu gün damarları təmizləmək mümkün deyil. Ümumiyyətlə, "damar təmizlənməsi" məişət dilidir. Ən azı iyirmi ildir ki, sübutlara əsaslanan tibb dünyasında yaşayırıq. Hər hansı dərmanların damarları "təmizləməsi" ilə bağlı isə heç bir elmi sübutlar yoxdur. Artıq ciddi elm bu cür "təmizləmələr" ilə heç məşğul olmur. Bir vaxtlar xolesterin lövhələrini ləğv etməyə yönəlmiş bir terapiya var idi. Lakin bu istiqamət gözləntiləri doğrultmadı. Müasir tibb nə təklif edir? Xolesterin lövhələrinin ölçüsünü azalda bilən statin dərmanları var. Bu vəziyyətdə lövhənin yağ komponenti azalır, lakin bu gün qan damarlarının divarlarında əmələ gələn "lövhələri" tamamilə çıxarmaq mümkün deyil. Odur ki, lövhələrin və ya aterosklerozun böyüməsinin qarşısının alınması ilə məşğul olmaq vacibdir. Buna sağlam həyat tərzindən başlamaq və həkiminiz tərəfindən təyin olunan dərmanları qəbul etməklə başlamaq olar". İnfarktın əlamətlərindən danışan kardioloq bildirib ki, bu gün çoxları onlardan xəbərsizdir. Odur ki, risk müddətini uzatmaq ölümcül nəticəyə qədər təhlükəli vəziyyətə gətirib çıxara bilər. Kardioloq infarktın əlamətlərini belə sadalayıb: İlk və əsas siqnal ağrıdır. Ağrı sıxlıqla ürək ətrafında, sinənin orta hüceyrələrində hiss edilir. Bu ağrı tez-tez sol ələ, çiyinlərə, çənəyə və boyuna yayılır. Vacib qeyd: İnfarkt keçirənin tikiş və ya yanıq ağrısı olmur, o, adətən sıxılma və boğulma şəklində özünü göstərir. İkinci simptom - boğulma, kəskin hava çatışmazlığı. Bu iki simptom bir neçə dəqiqə ərzində yox olmazsa, dərhal təcili yardım çağırmalısınız. Bu halda nəinki sağ qalmaq, həm ürək əzələsinə dəyən zərərin miqdarını minimuma endirmək, həm də infarktdan sonra ürək çatışmazlığının inkişafının qarşısını almaq üçün bir şans var". Professor ürək sağlamlığını qorumaq üçün 5 qayda irəli sürüb: 1. Qarnınızı düzləşdirin. Kişilər üçün kritik təhlükəli bel ölçüsü 102 sm və daha çoxdur, qadınlarda 88 sm və daha çox. Yadda saxlayın ki, mədədəki yağ - ürək-damar sistemi üçün çox təhlükəlidir. 2. Fiziki baxımdan aktiv olun. Hipertoniyaya qarşı ən yaxşı vasitələrdən biri işləyən əzələlərdir. Onlarda qan aktiv şəkildə axın edir. Nəticədə ürək və beyin damarlarının yük azalır. 3. Duzu azaldın. Yemək bişirərkən duz əlavə etməyin. Mümkünsə duzu süfrədən ümumiyyətlə, yığışdırın ki, hazır yeməyə duz əlavə etməyəsiniz. 4. Siqaretdən imtina edin. Tamamilə! Elektron siqaretlərə keçməyin, bütün tütün məhsullarından uzaq durun. Onların hamısı damarlar üçün zərərlidir, istisnasız. 5. Alkoqolu azaldın. Faydalı doza yoxdur. Spirtli içkiləri az-az içməklə onun sadəcə zərərlərini minimallaşdırmaq olar. Ən təhlükəlisi də gecə alkoqol qəbul etdikdən sonra səhər yaşanan paxmeldir. Bu, qan damarları və ürək üçün kritik dərəcədə təhlükəli olan ağır intoksikasiyanın baş verdiyi deməkdir.

    Ətraflı   14:25     30-Dec-2019     5114
  • alternative title

    FUTBOLÇULARIN YENİ İL PAYLAŞIMLARI - MARAQLI FOTOLAR

    Hər il dünyanın hər yerində məşhurlar milad bayramını fərqli şəkildə keçirirlər və fotolar çəkdirirlər. Qalanews CNN Türk-ə istinadən bu dəfə tanınmmış futbolçuların yeni il fotolarını sizlər üçün sıralayıb. Beləliklə 24 məşhur futbolçunun yeni il fotoları Gəlin birlikdə baxaq:

    Ətraflı   12:18     30-Dec-2019     5717
  • alternative title

    Səhər idmanı ürək xəstəliyinə necə təsir edir? - ARAŞDIRMA

    Səhərlər idmanla məşğul olmaq 2-ci tip diabet və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Mütəxəssislər səhər yeməyindən əvvəl ikiqat yağ əritmək üçün məşq etməyi məsləhət görürlər, çünki bu vəziyyətdə bədənin insulinə reaksiyası yaxşılaşır. Alimlər bunu müəyyən etmək üçün araşdırma aparıb. Altı həftə davam edən tədqiqatda artıq çəkili 30 kişi iştirak edib. Tədqiqatların sonunda mütəxəssislər qan şəkərinə nəzarət edilə biləcəyini müəyyənləşdirə biliblər. Onların fikrincə, bunu etmək üçün yalnız yemək və idman oynamaq vaxtını dəyişdirməlisiniz. Qeyd edilib ki, bir insan bütün gecə yemək yemirsə, səhər bədən ən böyük yağ tədarükünü istifadə edə bilər. Mütəxəssislər həmçinin boş mədə ilə fiziki fəaliyyətin ümumi sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını qeyd edirlər. Bu rejimlə bədən insulinə daha yaxşı cavab verir, bu da 2-ci tip diabet və ürək xəstəliyi riskini azaldır. Qeyd edək ki, ancaq bu günə qədər bu tədqiqatlar yalnız kişilər üzərində aparılıb. Bu rejimin qadınlar üçün nə qədər təsirli olduğunu elm adamları hələ dəqiqləşdirməyib. Bundan əlavə, səhər idmanı diqqət dağınıqlığının qarşısını alır. Səhər saatlarında edilən qaçış zamanı bədənin gücü artır. Sinir sistemi yaxşı çalışdığından diqqət əksikliyi kimi problemlər effektli şəkildə düzəlir. Yuxu rejimini normala salır. Çünki sürətlənən maddələr mübadiləsindən sonra vücud normadan çox çalışır bu isə vücudun yorulmasına səbəb olur.

    Ətraflı   12:09     30-Dec-2019     4674
  • alternative title

    Aktrisa sevgilisi ilə restoranda öpüşdü - FOTO

    Aktrisa Keyt Hudson ilə musiqiçi sevgilisi Denni Fukijava ABŞ-da restoranlardan birində görüntüləniblər. Dostları ilə birgə nahar edən cütlük daha sonra hamının qarşısında qucaqlaşmağa və öpüşməyə başlayıb. Keyt və Denninin bu hərəkəti ətrafdakı bəzi insanların xoşuna gəlməyib. Qeyd edək ki, 15 ildir bir-birini tanıyan Hudsonun 40, Fukijavanın isə 33 yaşı var.

    Ətraflı   12:04     30-Dec-2019     4432
  • alternative title

    Hətta kvant kompüterlər tərəfindən müdaxilə edilə bilməyən kriptoqrafiya üsulu hazırlanıb

    Beynəlxalq alimlər komandası tərəfindən hazırlanmış mikroçip istifadəçidən istifadəçiyə informasiyanı birdəfəlik rabitə kanalı vasitəsilə göndərməyə imkan verir. Bu texnologiya hətta kvant kompüterləri tərəfindən müdaxilədən də qoruya bilər. Yeni müdaxilə olunmayan təhlükəsizlik sistemi Səudiyyə Ərəbistanında Kral Abdullah adına Elmi-Texniki Universitet və Şotlandiyada Sent-Endryus Universitetinin mütəxəssisləri tərəfindən işlənib hazırlanıb. Onlar informasiyanı adi münasib kanallar üzrə son dərəcə təhlükəsiz göndərməyə imkan verən optik çip hazırlayıblar. Müasir kriptoqrafiya metodları sürətli məlumat mübadiləsinə imkan verir, lakin müasir kompüter və ya kvant alqoritmləri tərəfindən müdaxiləyə məruz qala bilərlər. "Nature Communications" jurnalında dərc edilmiş məqalənin əsas müəllifi professor Andrea di Falko və onun həmkarları iddia edirlər ki, onların kriptoqrafiya üsuluna müdaxilə etmək qeyri-mümkündür. Bu halda yeni üsul ənənəvi şifrlənmiş kommunikasiyalarla müqayisədə internetdə daha az yer tutur.

    Ətraflı   17:29     28-Dec-2019     3460
  • alternative title

    Son onilliyin ən uğursuz texnoloji həlləri məlum olub

    "The Verge" nəşri son onilliyin ən uğursuz texnoloji həllərinin reytinqini tərtib edib. "Samsung Galaxy Note 7" smartfonu ən uğursuz həll adlandırılıb. Jurnalistlər bildiriblər ki, 2016-cı ilin qabaqcıl cihazı alışma ilə bağlı xəbərlər yayılmazdan öncə bazarda ən yaxşı smartfonlardan biri adlandırılırdı. Sözügedən smartfonun təqdimatından bir ay sonra ən azı 35 alışma hadisəsi qeydə alınıb. Nəticədə "Samsung" şirkəti akkumulyatorda problem olduğunu etiraf edərək bütün "Galaxy Note 7" partiyasını geri çağırmalı olmuşdu. İlk onluğa Cənubi Koreya şirkətinin aparatından başqa, "Windows Phone" platforması, "Google Glass" eynəyi, "Amazon Fire" telefonu, 3D ekranlı televizorlar, "Google Hangouts" ani mesajlaşma proqram təminatı və aktual "MacBook" noutbuklarının problemli klaviaturası daxil edilib.

    Ətraflı   17:28     28-Dec-2019     4096
  • alternative title

    “Xiaomi” şirkəti “Mi Band”in ucuz əvəzetməsini təqdim edib

    "Xiaomi" şirkəti ucuz "Haylou LS01" "ağıllı" saatını təqdim edib. Model idman funksiyalarına və pulsometrə malikdir. Qurğu düzbucaqlı 1,3 düymlük LCD displey və silikon kəmərlə təchiz edilib. Cihazın iç tərəfində pulsometr quraşdırılıb, aksesuar "IP68" standartı üzrə su və toza qarşı dayanıqlıdır. "Haylou LS01" aparatı 14 gün avtonom işləməyə imkan verən 210 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. "Xiaomi Haylou LS01" "smart" saatı funksiyalar baxımından eyni istehsalçının "Mi Band"nə uyğundur. Sözügedən "smart" saat daxili addımölçəndən başqa 9 təlim rejiminə malik xüsusi proqram təminatına malikdir. Həmçinin aksesuar yuxunun keyfiyyətinə nəzarət edə bilir, "ağıllı" zəngli saata malikdir. Qurğu "Android" və "iOS" sistemli smartfonlarla işləyə bilər. "Ağıllı" saatın qiyməti 99 yuan təşkil edir.

    Ətraflı   17:27     28-Dec-2019     4091

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:31     26-Sep-2020     283
  • alternative title 17:49     26-Sep-2020     315
  • alternative title 17:19     26-Sep-2020     318
  • alternative title 17:02     26-Sep-2020     263
  • alternative title 16:47     26-Sep-2020     357
image title here

Some title