Loading alternative title

MARAQLI

  • alternative title

    Qış mövsümündə bu qidalar qəbul edilməlidir

    Soyuq günlər yaxınlaşdıqca xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək lazımdır. Bunun üçün A, E və S vitaminləri qəbul edilməsi faydalıdır. Bibər, ispanaq, limon və narıngi S vitamini ilə zəngindir. E vitamini isə daha çox yağlarda, o cümlədən balıq yağında və fındıq meyvəsində daha çox üstünlük təşkil edir. Bu barədə həkim-diyetoloq Ləman Süleymanova bildirib. Onun dediyinə görə, qış mövsümü zamanı balanslaşdırılmış qida qəbul edilməlidir. Əlbəttə ki, hər kəsin fərqli seçimi ola bilər, lakin səhər yeməyinin bir dilim qızardılmış tost çörək, yumurta, 4 zeytun, bir qədər pendir və ya kəsmikdən ibarət olması daha çox məsləhətdir. Xüsusilə qış mövsümündə orqanizm tələb etmədikdə də mümkün qədər çoxlu su, gün ərzində 10-14 stəkan içilməlidir. "Qış fəslində Omeqa-9 yağından istifadə etmək tövsiyə olunur. Lakin pəhriz rejimində olanlar Omeqa-3 yağına üstünlük verməlidirlər. Naharda ət yeyilibsə, şam yeməyi zamanı balıq, toyuq, göbələk kimi zülallarla zəngin qidalardan istifadə edilməsi daha yaxşıdır. Həmin qidaları sevməyənlər paxlalı bitkilərdən - qarğıdalı, noxud, lobyadan daha çox istifadə etməli və ya onları salatlara əlavə edib yeməlidirlər",- deyə həkim-diyetoloq fikrini yekunlaşdırıb.

    Ətraflı   18:06     03-Jan-2020     4441
  • alternative title

    40 yaşı olan xanımlar bunu etməsin - DİQQƏT

    40 yaşdan sonra qadınlar yeni makiyaj tövsiyələrini mənimsəməlidir. Qadınlar 40 yaşa çatandan sonra həyat tərzlərini bir çox istiqamətdə dəyişməyə başlayırlar. Çünki bu yaşdan sonra dəri elastikliyini itirir, qırışlar aydın görünür. 40 yaşdan sonra xanımlar dəri tipini daha yaxşı tanımalı və ona uyğun baxım vasitələrindən istifadə etməlidir. Əks halda, edilən makiyaj da istənilən görüntünü verməyəcək. Sağlam dəri Ən yaxşı görünən makiyaj sağlam dəri üzərinə ediləndir. Ancaq bir çox qadın dərisini nəmləndirmədən, dəri tipinə uyğun qulluq vasitələrindən istifadə etmədən makiyaj edir. Bu da istənilən nəticəni əldə etməyə mane olur. Dərini nəmləndirən, qidalandıran vasitələrdən istifadə etmək makiyajın yaxşı görünməsi üçün vacibdir. Düzgün "fondöten" seçimi "Fondöten" seçimi də yaxşı makiyaj üçün əsas şərtlərdəndir. Dəri tipinə və rənginə uyğun seçilməyən "fondöten" vulqar görüntü yarada bilər. Qidalandırıcı vasitələr 40 yaşdan sonra qadınlar 20 yaşda istifadə etdikləri makiyaj vasitələrindən istifadə etməməlidir. Bu yaşdan sonra artıq dərinin gözəlləşdirilməsi üçün qulluq vasitələrinə üstünlük verilməlidir. Gözlərə və gözaltı torbalara qulluq 40 yaşdan sonra qadınlarda gözətrafı qırışlar artır, gözaltı torbalar daha tünd rəng alır. Bunun üçün qapadıcı vasitələrdən istifadə, sadəcə onları bir müddət gizlətmək üçün kifayət edir. Kofein, peptidlər və kimyəvi aşındırıcı maddələr kimi aktiv maddələrdən ibarət məhsulların gözlərinizə tətbiq edilməsi makiyajınızı daha da gözəlləşdirə bilər.

    Ətraflı   18:04     03-Jan-2020     4320
  • alternative title

    Gözəl qalmağın sirri

    Makiyaj, stress, hava şəraiti ilə yanaşı bir çox səbəblər dərimizin yorulmasına, təravətini itirməsinə səbəb olur. Məhz buna görə müxtəlif təbii üsullardan istifadə edərək dərimizi qidalandırmaq mütləqdir. Dərini daha da gözəlləşdirmək üçün isə evdə bu prosesləri etmək məsləhətdir. Quru və qarışıq dəri üçün maska: Yarım ədəd banan, 2 yemək qaşığı bal və bir çay qaşığı zəncəfil tozunu qarışdıraraq məhlul halına salın. Maskanı 30 dəqiqə üzünüzdə saxladıqdan sonra soyuq su ilə yuyun. Yağlı və parlaq dəri üçün maska: 1 qəhvə stəkanı qazlı su ilə alma sirkəsini qarışdırın. Səhər və axşam pambıq vasitəsi ilə üzünüzə vurun. Yarım saat gözlədikdən sonra ılıq su ilə dərinizi təmizləyin.

    Ətraflı   18:03     03-Jan-2020     3615
  • alternative title

    Kivinin faydaları

    Bütün mövsümlərdə asanlıqla tapa biləcəyimiz kivi güclü antioksidant tərkibi ilə bir çox sağlamlıq problemini həll edir. Həm dadlı, həm vitamin deposu olan bu sitrus meyvəsi erkən qocalmadan qoruyur. Belə ki, tərkibindəki güclü antioksidantlar sərbəst radikalları və toksinləri bədəndən kənarlaşdırır. Bundan başqa onun tərkibi A, C, B qrupu vitaminləri, fosfor, dəmir və kalsiumla zəngindir. Susuzluğu effektiv şəkildə yatırır. Mütəmadi istifadə etdikdə damar tıxanıqlığının və ürək xəstəliklərinin qarşısını alır. Arıqlamaq istəyənlər hər gün kivi yeməklə maddələr mübadiləsini sürələndirə bilər. Kivi eyni zamanda bədəndə olan şişliyi aradan qaldırır. Tərkibindəki C vitamini sayəsində immuniteti artırır. Astma və allergik öskürəyin dərmanıdır.

    Ətraflı   18:02     03-Jan-2020     4609
  • alternative title

    Məşhur futbolçunun keçmiş həyat yoldaşı sosial mediada "like" yağışına tutuldu- FOTOLAR

    Qalatasarayın keçmiş futbolçusu Blerim Dzemaili ilə evliliyi başa çatan Erjoni Sulejmani sosial mediadakı aktivliyi ilə seçilir. Bu bəs deyilmiş kimi o, hər dəfə yarıçılpaq və hətta geyimsiz fotolarını paylaşmaqla, ağılları başdan alır. Modelliklə məşğul olan Sulejmani 2019-cu ildə çəkdirdiyi vida fotosu ilə gündəm olub. Onun fotosu hər kəsin marağına səbəb olub. Futbolçu ilə evlənməmişdən öncə modelliklə məşğul olan Sulejmani, 2020-ci ili Dubayda qarşılayıb. Bununla bərabər o, 2019-cu ildə ən çox bəyənmə toplayan fotolarından kollaj yaradaraq, paylaşım edib. Səs küyə səbəb olan bu paylaşıb çoxlu sayda bəyənmə toplayıbŞ, və müzakirə mövzusuna çevrilib. Tətili başa çatan Sulejmani İtaliyaya geri dönüb.

    Ətraflı   17:23     03-Jan-2020     5518
  • alternative title

    25 yaşlı milyonçu model sosial mediada gündəm olub - FOTOLAR

    Vaxt keçdikcə dəb dünyasına yeniliklər gəlir. Əgər əvvəl arıq, uzun, incəbelli modellərə üstünlük verilirdisə, indi daha çox qıvrımsaçlı, bir qədər dolu bədənli,əzalı modellərə üstünlük verilir.Hətta bədəndəki hər hansı bir qüsur, əksinə modeli digərlərindən fərqləndirərək önə çıxarır. Anadangəlmə dəri xəstəliyi ilə doğulan və iki bədən rənginə sahib olan, Harlow da, onlardan biridir. Winnie Harlowun 25 yaşı var, amma o artıq milyonçudur.Əvvəllər bədənin rənginə görə lağa qoyulan qız bu gün özünəməxsus bir gözəlliyə , bir tərzə sahibdir. O yeni ili Mayamidə qarşılayıb.Onunla işləmək üçün hər gün başqa bir agentlikdən təklif gəlir. Ecaskar model sosial mediada da, paylaşdığı fotolardan çoxlu sayda bəyənmə və şərh toplayır. Əsl adı Chantalle Brown- Young olan Harlow, yeni il üçün Mayamidə fotosessiya etdirib. Onu fotoları İnstaqramı silkələyib.

    Ətraflı   16:51     03-Jan-2020     5052
  • alternative title

    Bağırsağa dağıdıcı təsir göstərən məhsullar açıqlandı

    Alman qastroenteroloqu Tomas Frilinq bağırsağa dağıdıcı təsir göstərən məhsulları açıqlayıb. Bu barədə "MedikForum" yazıb. Həkimin sözlərinə görə, əgər insan uzun müddət düzgün qidalanmırsa, bu, müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır - bağırsaq iltihabından qaraciyər serrozunadək və hətta kolorektal və düz bağırsaq xərçənginə. Bağırsağa əsas zərəri adi və rafinə edilmiş qənd, un məmulatları, şokolad və marmelad vurur. Həmçinin, Frilinq ət basdırması və hisə verilmiş kolbasa məhsullarının da qəbulunu azaltmağı tövsiyə edib. Lakin, bu məhsulları həftədə bir dəfə yedikdə, onlar orqanizm üçün o qədər də zərərli olmur. Amma əgər insan meteorizm (bağırsaqlarda şişkinlik), qarın ağrılarından şikayətlənirsə, onun üçün ən yaxşısı bu məhsullardan imtina etməkdir.

    Ətraflı   10:56     03-Jan-2020     3641
  • alternative title

    Uzun ömür sürməyin - 10 əsas şərti

    Uzun ömrün sirri yalnız yediyimiz və içdiyimiz qidalardan deyil, ailə bağlarının möhkəmliyindən də asılıdır. Elm adamları dünyanın ən uzunömürlü insanlarının yaşadığı bölgələri araşdırarkən, uzunömürlülüyün sirri ilə bağlı aşağıdakı nəticələrə gəliblər: 1. Bu insanlar ümumiyyətlə, idman etmirlər, amma həyatlarında fiziki fəaliyyətə çox yer ayırırlar. Əkin işləri, pilləkənlərlə qalxmaq, bağdakı otları biçmək, velosiped sürmək və sair bu kimi fəaliyyətlərlə məşğul olurlar. 2. Uşaqlıqdan bəri qorunan yaxın dostluq münasibətləri var. Onlarla tez-tez görüşürlər. 3. Ailə bağları çox güclüdür. Daim ailə ilə ünsiyyət qururlar və narahat olurlar. 4. Tərəvəzlərlə qidalanırlar. Əlbəttə ki, onlar heyvan qidalarını da istehlak edirlər, lakin bitki mənşəli qidalara daha çox yer ayırırlar. 5. Yeməyi kiçik porsialarla qəbul edirlər. 6. Stressdən uzaqdırlar. 7. Sadiq insanlardır. İnanclarının tələb etdiklərini edirlər. 8. Dostları sağlam bir həyat sürdükləri üçün hər kəs bir-birinə müsbət bir şəkildə töhfə verir. 9. Hər bir meyvə və tərəvəzdən öz mövsumunda istifadə edirlər. 10. Düzgün yuxu rejimləri var. Mütəmadi yuxu çox vacibdir, bədəndəki yorğunluğu azaldır və siz günə gümrah başlayırsınız.

    Ətraflı   10:53     03-Jan-2020     3548
  • alternative title

    Enerjiniz heç tükənməsin

    Orqanizmin sağlam olması daim diqqət çəkir. Bəzən ağır iş prosesi enerjimizi azaldır, səhhətimizdə bir çox problemlər yaradır. Hər an həkimə getməyə isə vaxtımız yoxdur. Evdə hazırladığınız yüngül məlhəmlər orqanizmi daim sağlam saxlaya bilər. Həyat enerjisini, iş qabiliyyətini yüksəltmək, yaz yorğunluğuna tutulmamaq, xroniki ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ev şəraitində vitaminli balzam hazırlayın: 10 baş sarımsağın şirəsini çıxarıb, 1 kq. bal və 10 ədəd limonun şirəsi ilə qarışdırın. Məcunu soyuducuda saxlayın. Hər gün axşamlar, yeməkdən sonra 1 xörək qaşığı qəbul edin. Xalq təbabətində sarımsaq yağından geniş istifadə olunur. Bu xeyirli məhsul skleroz, ürək-damar xəstəlikləri, əzələ ağrıları spazmı və beyin damarlarının açılmasında geniş istifadə olunur. Onu aptekdən almaq əvəzinə, evdə özünüz də hazırlaya bilərsiniz. Orta ölçülü 4-5 sarımsağı təmizləyib, sıyıq halına düşənə kimi əzin. Şüşə qaba qoyub, üzərinə 1 stəkan süzülməmiş (təmizlənməmiş) bitki yağı əlavə edib qarışdırın. Yağı soyuducunun aşağı gözündə saxlayın. Bir gün sonra ondan istifadə edə bilərsiniz. İstifadə qaydası: 1 xörək qaşığı limon şirəsinin üzərinə 1 çay qaşığı sarımsaq yağı töküb, qarışdırın. Və bunu hər gün yeməkdən yarım saat əvvəl qəbul edin. Bir kurs müalicə 1-3 aydır. Sonra 2 ay fasilə verib, yenidən təkrarlamaq olar.

    Ətraflı   10:52     03-Jan-2020     3597
  • alternative title

    Günün qoroskopu: intuisiyanız itidir və bu, özünü yaxınlarınızla münasibətlərdə göstərəcək

    Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir Qoç - həddindən artıq ziddiyyətli gündür. Gücünüzü düzgün hesablamaq çətin olacaq. Gözlənilməz təsadüf, hadisələrin ağlasığmaz şəkildə inkişafı planlarda köklü dəyişikliklərə vadar edəcək. Yersiz inadkarlıq göstərməyin, güzəştə getməyə hazır olun. Buğa - bu gün çox uğurlu olacaq. Günün birinci yarısı xoş xəbərlərlə, böyük əhəmiyyət verdiyiniz münasibətlərin bərpası ilə əlamətdar olacaq. Bu vaxt tək köhnə romanın yenidən canlanması üçün yox, həm də işgüzar əməkdaşlığın bərpası üçün əlveişlidir. Günün ikinci yarısında yaradıcılıq potensialı artacaq, yeni başlanğıclar uğurlu olacaq. Əkizlər - intuisiyanız itidir və bu, özünü yaxınlarınızla münasibətlərdə göstərəcək. Sevdiklərinizi nəinki ağızlarını açan kimi başa düşəcək, həm də lazım olduğu anda onların köməyinə çata biləcəksiniz. Xərçəng - gün əlverişsiz emosional fonu ilə fərqlənəcək. Bu, bir çox münasibələrdə, ilk növbədə romantik münasibələrdə gərginliyə səbəb olacaq. Sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək, qısqanclıq və şübhələrlə bir-birilərinə əziyyət verəcəklər. Barışmaq isə olduqca çətin olacaq. Şir - kifayət qədər çətin gündür. Birbaşa fəaliyyət göstərmək heç cür mümkün olmur, manevrlər etmək, fəndgirliyə əl atmaq lazım gəlir. Təəssüf ki, intriqalar meydanında bədxahlarınız daha yaxşı oynayırlar. İşgüzar danışıqlar üçün münasib gün deyil. Sizə təzyiq göstərmək istəyən yaxın adamlarla dil tapmaq xeyli çətindir. Maraqlarınızı müdafiə etmək üçün kifayət qədər sərt davranmaq lazım gələcək. Yaşlı nəslin nümayəndələri ilə münaqişələr mümkündür. Qız - diqqəti işə cəlb etməklə uğurlar əldə etmək olar. Danışıqlar aparmaq, əməkdaşlığa başlamaq və işgüzar səfərlər üçün münsib gündür. İş partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin yekdil mövqeyə gələ biləcəksiniz. Həyat potensialı yüksək səviyyədə olacaq, ovqatınız pis olmayacaq. Tərəzi - çox maraqlı məsələnin həlli ilə məşğul olacaqsınız. Əgər onun öhdəsindən layiqincə gəlsəniz, maraqlı təkliflər və karyera yüksəlişi özünü çox gözlətməyəcək. Yeni partnyorların axtarışı, əməkdaşlığa başlamaq üçün pis gün deyil. Bu gün insanlarla dil tapmaq, onları öz tərəfinizə çəkmək asan olacaq. Əqrəb - bu gün ümidlərinizi doğrultmayacaq. Çox darıxdırıcı və sönük gündür. Yeni işlər, yeni təəssüratlar arzulasanız da, təəssüf ki, ulduzlar bunu təklif etməyə hazır deyillər. Bunun əvəzində xeyli yeknəsək iş, qaranlıq, bədxah adamlarla görüşlər, işdəki atmosferi yaxşılaşdırmaq üçün əbəs səylər olacaq. Şəxsi həyatda isə işlər bir qədər yaxşıdır. Ən azı bu sahədə səyləriniz hədər olmayacaq. Yaxınlarınız sizə anlayışla yanaşacaq, sevdiyiniz şəxs diqqətdə xəsislik etməyəcək. Günün ikinci yarısına təyin olunan romantik görüşlər pis keçməyəcək. Oxatan - sizin üçün uğursuz və çətin gündür. Qurduğunuz planlar həyata keçməyəcək, çətin və birmənalı olmayan vəziyyətə uyğunlaşmalı, ətrafdakıların dolaşıq qarşılıqlı münasibətlərindən baş çıxarmalı olacaqsınız. Bu gün işiniz çox olacaq. Özü də onların hamısı çətin işlərdir və günün yorucu olacağı təəccüblü deyil. Dincəlməyə vaxt tapın. Gücünüzü bərpa etmək üçün işlərdən ayrılmalısınız. Oğlaq - maliyyə mənzərəsi əlverişlidir, investisiyalar və alış-veriş üçün pis gün deyil. Xüsusilə günün ikinci yarısında sevgidə bəxtiniz gətirəcək. Bu vaxt bəzi Oğlaqlar romantik görüşə yollanacaq, bəziləri isə sevdikləri şəxslə münasibətlərdə yeni məqamlar aça biləcəklər. Dolça - həftənin ən əlverişli günləri hələ irəlidədir. Amma bu gün də pis deyil. Diqqətinizi planlaşdırmalara yönəldin. Bu gün belə işlər üçün çox münasibdir. Analitik qabiliyyətiniz açıq şəkildə ortaya çıxacaq. Bir çox Dolçalar, nəhayət ki, çoxdandır diqqət tələb edən ailə işləri ilə məşğul ola biləcəklər. Övladlarınızın problemləri yarana bilər və onların həlli üçün şəxsən iştirakınız, eləcə də xərc lazım gələcək. Balıqlar - ünsiyyət üçün əlverişli gün deyil. Hətta köhnə müttəfiqlər, bir-birlərinə yaxın insanlar arasında da münaqişələr yarana bilər. Maliyyə və mülk məsələlərini həll etmək məsləhət deyil. Belə danışıqların ciddi mübahisələrə, davamlı münaqişələrə səbəb olması ehtimalı var.

    Ətraflı   10:51     03-Jan-2020     3592
  • alternative title

    Günə enerjili başlamaq üçün bunları edin

    Səhərlər günə adaptasiya olduğumuz ilk saatlardır. Günə necə başlasaq, eləcə də davam edər. Buna görə də yaxşı yuxu və rahat oyanmaq çox vacibdir. Səhərlər bəzi qaydalara əməl etməklə günümüzü daha enerjili keçirə bilərik. 1. Meditasiya edin Meditasiyanın gücünü anlayanlar günbəgün artmaqdadır. Bu zaman zehninizdəki lazımsız düçüncələrdən qurtularaq, daha saglam bir düşüncəyə sahib ola bilərsiniz. Səhər 15 dəqiqə meditasiya ilə məşğul olmaq gün ərzində daha sakit qalmağınıza səbəb olacaq. 2. Yüngül idman hərəkətləri edin Səhər yüngül idman hərəkətləri etmək bədəninizdəki hormonları tarazlayaraq, günboyu enerjili qalmağınıza səbəb olar. Bunu bir ritual halına gətirdiyiniz zaman isə həyatınızda baş verən müsbət dəyişikliklərin şahidi olacaqsız. 3. Güzgüyə baxın Səhər tələsik şəkildə əynimizi geyinib, güzgüyə sadəcə, paltarlarımızı düzəltmək üçün baxırıq. Ancaq unuduruq ki, üzümüz bizim mənliyimizi beynimizə əsk etdirən ən önəmli görüntüdür. Buna görə də, səhər oyanan kimi, güzgüyə baxın və gülümsəyin. Bu sadə hərəkətlə günə daha pozitiv başlayacaqsınız. 4. Hədəflərinizi xatırlayın Çoxumuz səhər oyandığımızda özümüzü bir boşluğun içində hiss edirik və motivasiyamız aşağı olur. Bundan qurtulmanın ən gözəl yolu, həyatda qarşınıza qoyduğunuz hədəfləri xatırlamağınızdır. Onları bir yerə yazaraq, səhərlər oxuya da bilərsiniz. 5. Gününüzü planlaşdırın Gündəlik plan qurmaq sizə hədəflərinizə dogru hərəkət etməkdə kömək olacaq. Oyandıqdan sonra özünüzə bir neçə dəqiqə vaxt ayırıb qəhvə və çay içərək günlük planınızı qura bilərsiniz.

    Ətraflı   10:48     03-Jan-2020     3712
  • alternative title

    Azyaşlı qızlar hisslərinə aldanıb evdən qaçır - Psixoloq

    Son zamanlar uşaqların evdən qaçması, itkin düşməsi ilə bağlı xəbərlərin sayı artıb. Xüsusilə də yetkinlik yaşına çatmayan uşaqlar bu siyahıda üstünlük təşkil edir. İtkin düşən və tapılan uşaqların bir çoxu isə psixoloq və hüquq-mühafizə orqanlarına müraciətində, söhbət zamanı ailəsinə, evinə qayıtmaq istəmədiyini deyir. Baş verənlərə səbəb ən çox valideyn-övlad münasibətlərinin qaydasında olmaması, şiddət və zorakılıqlara məruz qalmaları olur. Sığınacaqlara yerləşdirilən uşaqların çoxu da elə evdən qaçanlardır. Doğrudur, valideyn məsuliyyətsizliyi, səhlənkarlığı səbəbindən itən azyaşlıların da sayı az deyil, lakin bu məsələnin bir başqa tərəfidir. Balacaların evdən, öz doğma ailələrindən qaçma səbəbləri nədir? Doğurdandamı yetkinlik yaşına çatmayan uşaqlar tanımadıqları yad bir cəmiyyəti özlərinə ailələrindən, evlərindən daha təhlükəsiz bilirlər? Onları qaçmağa vadar edən nə və ya kimdir? Yoxsa, bu, sadəcə uşaqlıqdır? Psixoloq Aytən Ələkbərovanın dediyinə görə, yetkinlik yaşına çatmamış uşaqlarda psixi, fiziki, mənəvi keyfiyyət və xüsusiyyətlərində özünü qiymətləndirmə çox mühüm rol oynayır. Yetkinlik yaşına çatmayan uşaqların azadlığa daha çox meyilli olduğunu diqqətə çatdıran Aytən Ələkbərova, onların uyğunlaşa bilmədikləri mühitlərdən uzaqlaşdığını qeyd edir. Xaotik ailələrdə isə istər qız, istər oğlan uşaqları evdən qaçmaq üçün fürsət axtarır : "Evdə valideynlərin düzgün qoymadığı təlim-tərbiyə məsələləri uşaqlara mənfi təsir edə bilir. Hər bir ailənin özünə uyğun tərbiyə metodu, dəyərləri var. Bəzən uşaqlar evdən qaçmağa, kənar şəxslərdə sevgi axtarmağa meyil edirlər. Bu hal daha çox xaotik ailələrdə özünü büruzə verir. Məsələn, parçalanmış ailədə böyüyən azyaşlıları götürək. Xaotik ailələrdə istər qız, istər oğlan evdən qaçmaq üçün fürsət axtarır. Yəni tamamilə bütöv və əsl ailə modelindən fərqli bir mühit nəzərə alsaq, övladın evdən qaçması gözləniləndir. Müşahidə etsək, görərik ki, onların valideynlərinin ailəsində də bu cür xaotik mühit olub. Burda fərq ailələrin normal həyat tərzi və övladlarına qarşı münasibətidir. Valideyn uşağına irad tutarkən belə istifadə etdiyi sözlərə, üslubuna diqqət etməlidir. Uşaqları təhqir etmək qətiyyən olmaz. Çünki yaşından asılı olmayaraq heç kim təhqiri qəbul etmir. Amma valideyn uşağına səhvini düzgün şəkildə bildirsə, uşaq da təklikdə bunu düşünəcək və öz səhvini qəbul edəcək. Çünki şüurlu qiymətləndirmə və özünə dəyərvermənin təməli bu yanaşmalardan gəlir. Başqa bir tərəfdən yetkinlik yaşına çatmayan uşaqların təlim tərbiyəsinin bir hissəsi də təhsil sistemindən, pedaqoqdan asılıdır. Bir sinifdə müxtəlif cür - səs salan, tamamilə özünəqapanan, özbaşınalıq edən uşaqlar olur. Onların təlim-tərbiyəyə yatımlı olması eyni dərəcədə ola bilməz". Psixoloq deyir ki, heç bir uşaq dünyaya tərbiyəsiz gəlmir. Bu məsələ onların davranışları ilə ölçülür. Davranışlar isə ailə və mühitdən görüb-götürülən amillərdir. Məhz bu səbəbdən son dövrlər yenietmələrdə stress halları da çoxalıb: "Ümumiyyətlə stres iki yerə ayrılır - informativ və emosional. Bu gün informativ stres halları daha çox yayılıb. Bunun da səbəbi informasiya çoxluğu, uşaqların sosial şəbəkələrdən istifadə üçün yaradılan sərbəst şəraitdir. Açıq danışaq, əksər valideynlər öz başı dinc olsun deyə uşaqlara bu cür meydan verirlər. Amma başa düşmürlər ki, sosial şəbəkələrdən artıq istifadə etmək uşaqlara evdən qaçmağa, pis vərdişlərə yiyələnməyə sövq edir". Bu səbəblər arasında ögey ata və ya ana faktorunun, ailədaxili münaqişələrin olması inkar edilmir. Psixoloqlar deyir ki, psixoloji təzyiqlərdən bezən uşaqlar üçün evdən qaçmaq ani olaraq qurtuluş kimi görünür: "Bunun səbəbidir ki, yeniyetməlik dövründə qızlarda cinsi münasibətlər artıb. Xüsusilə də dərk edilmədən atılan bu addım, onları evdən qaçmağa, "hisslər"i ilə hərəkər etməyə sövq edir. Bütün bu hisslər bitdikdən və peşmançılıq yarandıqdan sonra məcbur olub evə qayıdırlar. Təbii ki, övlad səhv edir. Valideyn isə döysə də, söysə də övladını hər halı ilə qəbul edir, yenə bağrına basır. Digər tərəfdən ilk olaraq cəmiyyətin bir üzvü kimi, həm də bir psixoloq kimi valideynlərə demək istərdim ki, yetinlik yaşına qədər olan uşaqları psixoloqa aparmaq heç də onların psixi durumunda problem var demək deyil. Bu dövrdə psixoloqla söhbət etmək onlar üçün yaxşı olur. Psixoloqlar həm də övladları ilə dil tapa bilməyən valideynlərə çıxış yolu göstərir. Çünki, uşaqların psixoloji zərbə alması onların gələcək həyatının məhv olması deməkdir. Bütün bunların qarşısını almaq üçün psixoloqlara müraciət etməkdən çəkinməsinlər". Xatırladaq ki, son üç il ərzində hüquq-mühafizə orqanlarına azyaşlıların itkin düşməsi ilə bağlı müraciətlərə nəzər salsaq, 2019-cu il üçün rəqəmlər heç də az deyil. Belə ki, 2017-ci il üzrə yetkinlik yaşına çatmayan uşaqların itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan 105 müraciətdən 95-i tapılıb, 11-i axtarışdadır, 2018-ci il üzrə daxil olan 135 müraciətdən 127-si tapılıb, 8-i axtarışdadır, 2019-cu ilin 9 ayı ərzində daxil olan 108 müraciətdən isə 103-ü tapılıb 5-i hələ də axtarışadadır.

    Ətraflı   10:47     03-Jan-2020     4165
  • alternative title

    Adi Alma sirkəsi bu dərdlərə dəvadır

    Alma sirkəsi - çoxlu qiymətli mikroelementlərin (kalium, dəmir, maqnezium, kalsium, natrium kimi) və üzvi turşuların (alma, limon, sirkə) mənbəyi kimi faydalıdır. Alma sirkəsi, tez parçalanmaya yağlar və karbohidratlar olan qidalarda maddələr mübadiləsinin sürətlənməsinə, həzm proseslərinin yaxşılaşmasına kömək edir. İçki kimi qəbulda alma sirkə ilə iştahanı aşağı düşməsinə aşkar etmək mümkündür. Müalicə məqsədilə evdə hazırlanmış, qatqısız təbii alma sirkəsi istifadə edin.

    Ətraflı   10:46     03-Jan-2020     4056
  • alternative title

    Məşhur həkimdən ŞOK AÇIQLAMA: "Qrip əleyhinə heç bir dərman effektiv deyil, yalnız bu yolla qalib gəlmək olar"

    "Qripin əsas əlaməti baş ağrısıdır. Burun axmaya da bilər". Bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, bildirib ki, qrip olan xəstə qidalanmasına ciddi fikir verməlidir: "Kalorili yeməklər yeyə bilərsiniz, çəkiniz artmayacaq. İnfeksion iltihab varsa, orqanizm fövqaladə hal rejiminə keçir və infeksiya ilə mübarizədə çox enerji sərf edir. Bu səbəbdən nə qədər kalori qəbul etsək də, enerji defisiti həmişə var. Odur ki, qrip əleyhinə heç bir dərman effektiv deyil, virusa yalnız orqanizmin enerji gücünü artırmaqla qalib gəlmək olar".

    Ətraflı   10:45     03-Jan-2020     3151
  • alternative title

    Fasiləsiz 25 saat efirdə olan aparıcı rekord qırdı

    Rusiyanın "Vsya Ufa" teleşirkətinin aparıcısı Denis Qaniyev canlı televiziya yayımında 25 saat keçirməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Regnum"un məlumatına görə, Qaniyev 28 dekabr saat 12:00-dan, 29 dekabr 13:00-a qədər fasiləsiz olaraq verilişə aparıcılıq edib. "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün aparıcıya 24 saat kifayət etsə də, o daha bir saat efirdə qalmaq qərarına gəlib. Canlı yayım zamanı aparıcı bir çox qonaq dəvət edib maraqlı mövzuları müzakirə edərkən, efirə Rusiya və dünyanın müxtəlif yerlərindən telefon zəngləri daxil olub.

    Ətraflı   15:25     02-Jan-2020     3956
  • alternative title

    Ağ siçan ilində nələr baş verib? - TARİX

    2020-ci il Çin təqviminə görə ağ siçan ilidir. Bu isə Çin təqviminin ilk ili sayılır. Əfsanəyə görə siçan buğanın belinə çıxaraq onu təqvimdə qabaqlamışdı. Ağ siçan ədalətli və təmiz iş görən şəxslərin himayəçisi sayılır. Varlanmaq hərisi və cinayətkar yollara baş vuranları isə ağ siçan cəzalandıra bilər. Ağ siçanın yüksək praktikliyə malik olduğu və düşdüyü çətin vəziyyətlərdən özünü çıxara bilmək qabiliyyətinə malikdir. Bu il altında doğulanlar özlərin və ətraflarına qarşı çox tələbkar olur. Uğur qazanmaq istəyənlər və cəmiyyətdə yüksək yerə sahiblənmək istəyənlər özlərini sırf bu hədəfə sərf etsələr, onları uğur gözləyəcək. 2020-ci ilin ən uğurlu ayları fevral, aprel və avqust sayılır. Evlənmək üçün isə fevral, avqust və sentyabr əlverişli hesab edilir. Bu il yeni başlanğıclar, biznesin genişlənməsi, nikaha girmək, daşınmaz əmlak almaq və yaşayış yerini dəyişmək üçün əlverişli sayılır. Tarixə nəzər saldıqda siçan ilində dünyanın inkişaf istiqamətini dəyişə biləcək önəmli proseslərin baş vermədiyini, siçan illərinin nisbətən sakit keçirdiyi müşahidə edə bilərik. Məsələn XX əsrin daxil olduğu 1990-cu il də siçan ili simovlu altında daxil olmuşdu. Bu ildə əhəmiyyətli müharibələr yaxud konfliktlər qeydə alınmamışdı. Tarixdə baş verən hadisələri xronoloji ardıcıllığı təqdim edir. 1804-cü il – Dünya əhalisi 1 milyarda çatdı 1816-cı il – Argentina müstəqillik əldə edib 1828-ci il – Rusiya ilə İran arasında Türkmənçay sülh müqaviləsi imzalanıb 1840-cı il – Böyük Britaniya Yeni Zelandiya koloniyasının əsasını qoydu 1852-ci il – Herman Melvil məşhur "Mobi Dik" romanını çap edir 1864-cı il – Rusiya İmperiyasında çərkəzlərin soyqırımı gerçəkləşib 1876-cı il – Bolqarıstanda Osmanlı İmperiyasına qarşı "Aprel üsyanı" başlayıb 1888-ci il – Braziliya quldarlığın ləğvi barədə qanun 1900-cu il – Hindistanda daşqınlar 1 milyon insanın həyatına son qoydu 1912-ci il – Şimal qütbü kəşf olundu "Titanik" gəmisi qəzaya uğradı 1924-cü il – Vladimir Leninin vəfatı 1936-cı il – İspaniyada vətəndaş müharibəsinin başlanması 1948-ci il – İsrail dövlətinin elan olunması, Aşqabad şəhərində dəhşətli zəlzələ 1960-cı il – "Afrika ili" – 16 dövlətin müstəqillik əldə etməsi, "Triesta" batiskafının dünyada ən dərin Mariana çökəkliyinə enməsi 1972-ci il – Münhen Olimpiadası sırasında törədilən terror aktı zamanı 11 israilli idmançı həyatını itirdi 1984-cü il - Qazanılmış İmmun Çatışmamazlığı Sindromu (HIVQİÇS) xəstəliklər reestrinə daxil edilir. 1996-cı il – İlk dəfə heyvan klonlaşdırılıb 2008-ci il – Barak Obama ABŞ prezidenti seçkilərək tarixdə ilk qaradərili ölkə başçısı kimi tarixə düşür

    Ətraflı   15:16     02-Jan-2020     4728
  • alternative title

    Ürəyin ən yaxın dostu - Fındıq

    Fındığın bəlkə də bir neçə faydası haqqında məlumatınız var. Bu dəfə adıçəkilən meyvənin heç vaxt eşitmədiyiniz faydalarını sadalayacaq: 1. Tərkibindəki E vitamini sayəsində qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alır və beləliklə anemiya riskini minimuma endirir. Qan dövranını tənzimləyir. Qışda daha çox yemək tövsiyə olunur, çünki soyuqdəymə kimi narahatlıqların qarşısını alır. 2. E vitamini ilə zəngin olması xərçəng riskini də azltmış olur. 3. Fındıq ürək və damar dostudur desək, yanılmarıq. 4. Fındıqdakı protonosyanidinlər, quercetin və kaemferol kimi fitokimyəvi maddələr beyini inkişaf etdirir. 5. Arıqlamağa kömək edir. Qəbzliyin qarşısını alır. 6. Sümükləri bərkidir. Eyni zamanda şəkə xəstələri üçün faydaları meyvə hesab olunur.

    Ətraflı   15:12     02-Jan-2020     5231
  • alternative title

    Yaponların super beyninin sirri – Uşaqlıqdan bu bitkinin kökünü yeyirlər

    Nəyə görə yaponlar zəkalı, beyni aktiv, özləri uzun ömürlüdür? Onlar baş beynin aktivliyini artıran və onu lazımi maddələri bir bitkidən alırlar. Daha doğrusu bu bitkinin təzə köklərini həm yeməkdə, həm şorabasını uşaqlıqdan yeyirlər. Hazırda da Yaponiya bazarlarında və marketlərində satılan bu bitki ayıpəncəsidir (rus dilində lopux). Bazarda nazik, zoğ kimi təzə kökləri göyərti kimi dəstələnib satılır. Yaponlar ona qobo deyir. Onlar üçün bitki yox, tərəvəzdir. Bitkinin kökü temperatura dözümlüdür və uzun müddət qalır. Marinadlaşdırılmış ayıpəncəsi kökü isə vakuum qablaşdırmada satılır və onu restoranlarda, evdə az qala hər yeməyin yanında şoraba kimi verirlər. Marinadlaşdırılmış köklər xoş narıncı rəng alır, xırçıltılıdır. Ənənəvi qaydası isə kok karandaş yonurmuş kimi rəndələnir, küncüt yağında hazırlanıb soya sousu ilə qarışdırılır. Hesab edilir ki, ayıpəncəsi qan dövranının yaxşılaşdırır, böyrəkləri təmizləyir, orqanizmdən artıq mayeni qovur, bu da beyni yüngülləşdirir. Tərkibində çox saytda B6 vitamini var. Bu da baş beynin tələb etdiyi vitamindir.

    Ətraflı   15:08     02-Jan-2020     5483
  • alternative title

    Gözəl qalmağın sirri

    Makiyaj, stress, hava şəraiti ilə yanaşı bir çox səbəblər dərimizin yorulmasına, təravətini itirməsinə səbəb olur. Məhz buna görə müxtəlif təbii üsullardan istifadə edərək dərimizi qidalandırmaq mütləqdir. Dərini daha da gözəlləşdirmək üçün isə evdə bu prosesləri etmək məsləhətdir. Quru və qarışıq dəri üçün maska: Yarım ədəd banan, 2 yemək qaşığı bal və bir çay qaşığı zəncəfil tozunu qarışdıraraq məhlul halına salın. Maskanı 30 dəqiqə üzünüzdə saxladıqdan sonra soyuq su ilə yuyun. Yağlı və parlaq dəri üçün maska: 1 qəhvə stəkanı qazlı su ilə alma sirkəsini qarışdırın. Səhər və axşam pambıq vasitəsi ilə üzünüzə vurun. Yarım saat gözlədikdən sonra ılıq su ilə dərinizi təmizləyin.

    Ətraflı   15:06     02-Jan-2020     4466
  • alternative title

    Kəskin miqren ağrılarına EV ŞƏRAİTİNDƏ SON

    Baş ağrısı formasında ifadə edilən miqren xəstəliyinə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Hər 5 qadından və 10 kişidən birində bu xəstəlik özünü biruzə verir. Araşdırmalar miqren və qidalar arasında əlaqə olduğunu göstərir. Bəzi qidalar miqrenə səbəb ola bilər. Bəziləri isə bunun qarşısını ala, hətta müalicə edə bilər. Əncir İltihabı azaldır və baş ağrılarını uzaqlaşdıran kaliumla zəngindir. Avokado Avokado miqrenlə savaşmaq üçün effektiv vasitədir. Lütein və zeaksantin kimi antioksidantlar baxımından zəngindir. Şiddətli baş ağrısını kəsir. Som balığı Omeqa-3 yağ turşuları və vitamin B2 ilə zəngin balıq, tez-tez hiss edilən baş ağrılarının möcüzəvi dərmanıdır. Şirin kartof Sadəcə dadı ilə deyil, həm də ağrılara qarşı mübarizə ilə də xoşunuza gələcək. C vitamini ilə zəngindir, B1 və kalium tərkiblidir. Kök və xiyar Miqren xəstəliyinə ən böyük təsir edən vasitələrdən biri bol su içməkdir. Xiyar, kök, qarpız və kərəviz kimi su ilə zəngin qidalar da buna daxildir. Dehidrasiya baş ağrısının öndə gələn səbəblərindən biridir. Kələm və kinoa Bu iki qida da miqrenin qarşısının alınmasına yardımçı olur. Riboflavin, maqnezium və dəmirlə zəngin kinoa ağrıları uzaqlaşdırır, kələm isə Omeqa- 3 lif tərkibi ilə miqrenə qarşı qalxan yaradır. Qatıq Aparılan araşdırmalara görə, B vitamininin bir parçası olan riboflavin qatığın tərkibində yüksək miqdarda var. Miqren ağrıları ilə tez-tez qarşılaşırsınızsa, qatığa üstünlük verin. Limon suyu Yüksək miqdarda C vitamini tərkibli limon suyunun sağlığa faydaları tez-tez müzakirə edilir. Ağrı yaranan zaman limon suyunu bir stəkan suya qarışdırın və 2 çay qaşığı duz əlavə edin. Bu içki iltihabı aradan qaldıracaq.

    Ətraflı   14:07     02-Jan-2020     4337

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:49     26-Sep-2020     233
  • alternative title 17:19     26-Sep-2020     241
  • alternative title 17:02     26-Sep-2020     225
  • alternative title 16:47     26-Sep-2020     329
  • alternative title 16:33     26-Sep-2020     339
image title here

Some title